Paytaxt yollarında qaydasız piyadalar - VİDEO
Piyada yola çıxdısa, o da birbaşa olaraq hərəkət iştirakçısı sayılır və sürücü kimi onların da üzərinə müəyyən məsuliyyət düşür - bu qaydalara əməl etsinlər. Amma görünən odur ki, bu qaydalara əməl etməyənlər kifayət qədərdir.
Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Ərşad Hüseynov (EKSPERT): "Yol hərəkəti qaydalarına laqeyd yanaşmamalıdır. Səki ilə getməlidir, yol çiyni ilə getməlidir. Səki yoxdursa, bəzən belə də olur yol zəbt olunub, heç olmazsa, onun kənarı ilə getməlidir. Yolun bir tərəfindən bir tərəfinə piyada keçidindən keçməlidir".
Sakin: "Piyada hər zaman haqlıdır. Amma yalnız olduğu nöqtələr də var. Keçid olmayan yerdən keçən piyadalar əsasən qəza şəraiti yaradır".
Sakin: "Fikirli olmuşam, yoldan keçmişəm. Amma mən özüm də bilirəm ki, düz etmirəm. Çünki hansısa sürücünü bədbəxt edə bilərəm"
Öz canlarını heçə sayıb yolun hərəkət hissəsinə çıxan əksər piyadanın günahını sürücülər daşımalı olur. Ötən ilin statistikasına görə, piyadaların avtomobillərlə vurulması ümumi qəzaların 57 faizi təşkil edir.
Vaqif Əsədov (BŞBDPYİ-nin bölmə rəisi): "Hadisələri təhlil etdikdə sürücü diqqətsizliyi, əsas amillərdən biridirsə, piyada səhlankarlığı da hadisələrin baş verməsinə səbəb olur. YHH-da qanun 40-cı maddəsi piyadaların hüquq və vəzifələrini tənzimləyir ki, məhz bu maddələrin tələbləri piyadalar tərəfindən öyrənilməli və əməl edilməlidir".
Amma əksər piyada unudur ki, onun günahı ilə nəticələnən yol nəqliyyat hadisəsinə görə, məsuliyətə də cəlb edilə bilər. Hadisənin ağırlıq dərəcəsinə görə, piyada inzibati və cinayət tərkibli əməlinə hüquqi qiymət verilə bilər.
Ərşad Hüseynov (Ekspert): "Piyadanın səhvi, piyadanın ciddi qayda pozuntusu, ölümlə nəticələnərsə, insanların ağır xəsarət almasına səbəb olarsa, CM-nin 267-ci maddəsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur".
Vaqif Əsədov (BŞBDPYİ-nin bölmə rəisi): "Ötən 2019-cu il ərzində 13 piyada barəsində təsirli tədbirləri görülüb. Bugün də bu istiqamətdə işlər aparılır".
Məsuliyyət cəza ilə yox, şüurlu davranışda, təmkinli hərəkətdə formalaşır. Piyada-sürücü münasibətləri həm də cəmiyyətimizin Sağlamlığı deməkdir. Sağlam yaşamaq üçünsə, qaydalara əməl etmək lazımdır...
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1099 Tarix: 02 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
04.10.2026 164 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
04.10.2026 157 İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
04.10.2026 148 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
04.10.2026 161 Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
04.10.2026 156 Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır
ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd
04.10.2026 147 ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
04.10.2026 114 Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir
04.10.2026 184 "Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
04.10.2026 152