"10 yaşlı yandırılan Nərmin üçün susma" adlı imza kampaniyası başladıldı
Noyabrın 21-i Tovuzun Dondar Quşçu kəndində itkin düşən və yanvarın 6-da axşam saatlarında yaşadığı evin yaxınlığında yandırılmış meyiti tapılan Nərmin Quliyevanın faciəli qətli bütün sosial medialarda böyük səs-küy yaratdı. Kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəs Nərmin üçün susma haştağı ilə postlar paylaşıb, bu cinayəti törədənin tapılıb, ən ağır cəza ilə cəzalandırılmasını tələb etdi.
Big.az xəbər verir ki, Nərminin cinayətinin araşdırılmasında atılan növbəti addım "10 yaşlı yandırılan Nərmin üçün susma" başlığı ilə başladılan imza kampaniyasıdır. Sözügedən kampaniyada yazılanları təqdim edirik:
" Azərbaycanda cinayətlərin sayı artır. Ən sonuncusu, acımasız cinayətlərdən biri, bəlkə də birincisi olan 10 yaşlı Nərmin Quliyeva'nın yandırılması səbr kasamızı daşırdı. Nərmin'i kim yandırıb, niyə yandırıb bilmirik amma, Nərminin qatilinin onun öldüyü şəkildə öldürülərək cəzalanmasını istəyirik. Azərbaycanda edam cəzası bərpa olunmazsa, belə cinayətlərin daha da artacağına heç bir şübhə etmirik. Bakıda öldürülən itlər üçün susmamalı idik amma susduq, yandırılan heyvanlar üçün susmamalı idik amma susduq, Leyla üçün susmamalı idik amma susduq, yoldaşı tərəfindən öldürülən qadınlar üçün susmamalı idik amma susduq, susmamalı olduğumuz o qədər cinayətlər oldu amma susduq. Bu dəfə susmamalıyıq və susmayacayıq da. Cinayətkarların ən ağır şəkildə cəzalanmasını istəyirik. Həbs olunmasını yox, edam edilməsini istəyirik".
Kampaniyada iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq imza qoya bilərsiniz:
www.change.org
Qeyd edək ki, yandırılmış meyiti tapılan Nərmin Quliyeva bu gün dəfn olunub. Cinayəti törədənin kimliyi hələ də məlum deyil. Faktla bağlı cinayət işi açılıb, zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Lamiyə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4631 Tarix: 08 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada taun xəstəliyi yayılır?
Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2
05.10.2026 237 Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə
Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq
05.10.2026 137 Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA
Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri
05.10.2026 222 İbrahim Borçalının evində toy olacaq
Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub
05.10.2026 338 "Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
05.10.2026 244 Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
05.10.2026 159 Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı
Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay
05.10.2026 202 "Altın Çocuk" vəfat etdi
Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse
05.10.2026 201 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca
05.10.2026 202