Bel ağrılarının SƏBƏBLƏRİ
Beliniz ağrıyırsa "mənə diqqət et, problemim var!" demək istəyir. Ancaq hər bel ağrısı bel yırtığı deyil.
Cəmiyyətdə ən çox stress tipli bel ağrısı ilə qarşılaşırıq. Beyin stress zamanı bel və ya boyun əzələlərinə çoxlu siqnallar göndərir. Bu zaman əzələlər gərilir. Bu bölgələrdə sərtlik və ələ gələn yumrular meydana gəlir. Xəstə nevroloji olaraq rahat deyilsə, fiziki müalicə və ya əzələ yumşadıcı və ya isti müalicələr, məlhəmlərin istifadəsi effekt vermir. Yüngül antidepresant çox faydalıdır. Bundan əlavə əzələ yumşadıcılar və analgetik-antiinflamatuar preparatlar verilir.
İkinci səbəb isə onurğaya düşən mexaniki yükün artmasıdır. Oturuş pozğunluğu, ağır qaldırma, gücə salmalar, kilo almalar, uzun müddət ayaqda qalma, uzun müddət ərzində oturmada bel ağrısı uzun müddətlidir.
Soyuqdəymə, tənəffüs yolu infeksiyaları qısamüddətli ağrıya səbəb ola bilər.
Çox az nisbətdə onurğa və ya onurğa beynində şiş, infeksiya (Brucella kimi onurğa infeksiyası və ya bədəndəki başqa bir orqan infeksiyası), skolioz (onurğa əyriliyi), onurğa oynaq xəstəliyi (sakroiletis və s), revmatizm və nadir hallarda onurğa beyini pərdəsinin içinə olan qanama (subaraxnoidal qanama) da ağrı yaradır və diaqnoz qoymaq çətinləşir.
Qalan səbəblər isə onurğa dinamikasını pozan səbəblərdir. Yəni bel yırtığının başlanğıc mərhələdə bel ağrısı görülür və çox şiddətli olduğundan xəstə lazım olmadığı halda əməliyyatla ağrıdan xilas olmaq istəyir.
Vaxt keçdikcə bel ağrısı azalır, amma bu dəfə ağrı qalça və ayaqlara enir. Bu qrupda ayağında qismən iflic olanlara əməliyyat məsləhətdir. Ancaq ayaq ağrısı bel ağrısından yüngül olduğundan xəstələr təəssüf ki, əməliyyata bu dövrdə laqeydlik edərlər.
Bel ağrısı dar kanal, bel kirəcləşməsi, bel sürüşməsi zamanı müşahidə olunur. Ancaq bel ağrısı zamanı ayaq ağrısı və ya uyuşma, yerimə çətinliyi, ayaqlarda qüvvətsizlik əlamətləri müşahidə olunmursa əməliyyat ilk etapda düşünülməməlidir. Çünki tək başına əməliyyat bel ağrısını aradan qaldırmaz. Yaxşı bir əməliyyat olsa belə, xəstənin bel ağrısı tamamilə keçməsə, xəstə üçün əməliyyatın qiyməti qalmayacaqdır.
Bel ağrısı üçün xəstə əməliyyat edilməsini istəsə belə həkim qəbul etməməlidir. Ya da beldə implant əməliyyatlarında (bel sürüşməsi və dar kanalda) bel ağrısının tamamilə keçəcəyi sözü xəstəyə verilməməli, əməliyyatı etmək istəməkdə əsl səbəbin "olanı" qorumaq, irəli ifliclərin qarşısını almaq və yeriyişi yaxşılaşdırmaq olduğu izah edilməlidir.
Bəzi xəstələrdə nə qədər araşdırılsa da, bel ağrısının səbəbi tapılmır. Belə hallarda daban düşməsini araşdırmaq lazımdır. Beldə ağrı yaradan dabandakı ortopedik pozğunluqdur.
Onurğadan əməliyyatından sonra ilk aylarda rahat olmuş, sonra isə beli ağrıyan xəstələr kilosuna diqqət etməlidirlər. Əməliyyat keçirmiş və yaxşılaşmaya çalışan bel bir kilo belə əlavə çəki qəbul etmir. Ağrı daha şiddətli şəkildə qayıdar. Buna görə də kilolu xəstələri əməliyyata sevinərək almırıq. Çünki əməliyyat əsnasında cərraha çətinlik yaratmalarından çox, əməliyyat sonrası onurğanın kiloya üsyan etməsi iki tərəfə də çətinlik yaradır.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2365 Tarix: 06 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəhvə Altsheymer xəstəliyindən xilas edə bilər - Yeni ARAŞDIRMA
Bir qrup rusiyalı alim təbii pirokatexin antioksidantı əsasında Altsheymer xəstəliyinin müalicəsinə yaxşı təsir göstərən yeni molekullar aşkarlayıb. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası bildirib. Qeyd olunub ki, alimlər Altsheymer xəstəliyinin inkişafında vacib rol oynayan butirilxolinesterazanı
07.12.2025 224 Xərçəngə qarşı "ağıllı" və "canlı" silahlar: Son 30 ilin ən böyük uğuru
Dünya üzrə ərçəng halları həyəcanverici şəkildə artır, lakin ümidverici inkişaflar da diqqət çəkir. Yeni nəsil ağıllı və canlı müalicələr sayəsində bəzi qan xərçəngi növləri artıq ölümcül olmaqdan çıxıb idarə olunan xəstəliklərə çevrilir. Bəs bu qabaqcıl müalicələr necə işləyir?. Qaynarinfo xəbər veri
25.11.2025 643 Həkimlər həyəcan təbili çalır: Malyariyaya qarşı mübarizə dalana dirənib
Uzun illərin nailiyyətlərini məhv edə və səhiyyə sistemlərini həddindən artıq yükləyə biləcək genişmiqyaslı epidemiya təhlükəsi realdır. Qaynarinfo-nun məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, malyariyaya qarşı qlobal mübarizə iqlim dəyişikliyi, parazitlərin dərmanlar
05.12.2025 398 Çox dil bilənlərin beyni daha gec yaşlanır
27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanması prosesi xeyli ləng gedir. Mütəxəssislər bildirirlə
03.12.2025 391 COVID-19-un beynimizə uzunmüddətli təsiri
COVID-19 keçirən insanlar onun mənfi nəticələrini illərlə hiss edə bilərlər. xarici mediaya istinadla bildirir ki, Liverpul Universiteti, London Kral Kolleci və Kembric Universitetinin alimləri müəyyən ediblər ki, COVID-19 insan beyninə uzunmüddətli mənfi təsir göstərir. Araşdırmaya görə, ağır formad
30.11.2025 350 Qış depressiyasından qoruyan 4 tövsiyə: Kimlər daha həssasdır?
Qışa daxil olarkən günlərin qısalması və günəş işığının azalması ilə birlikdə artan yorğunluq, istəksizlik və yuxuluq qış depressiyasının əlaməti ola bilər. Bəs kimlər daha həssasdır və bu depressiyadan necə qorunmaq olar?. Qaynarinfo xəbər verir ki, türk psixiatr Umut Mert Aksoy dərman istifadəsi olmada
27.11.2025 462 Yaddaşı gücləndirən iki təbii qoxu - Mütəxəssislər tövsiyə edir
Yeni araşdırmalar göstərir ki, bəzi təbii qoxuların inhalyasiyası zehni fəaliyyəti artırır, enerjini yüksəldir və diqqəti kəskinləşdirir. Xüsusilə çox kofein qəbulunun qan təzyiqini yüksəltməsi, hamilələr üçün risk yaratması kimi yan təsirləri nəzərə alındıqda, qoxu terapiyası daha təhlükəsiz alternati
10.12.2025 434 Bahalısı da, 2 manatlığı da eyni işi görür, aldanmayın - Həkim
Bahalı diş fırçaları düşündüyünüz qədər fərq yaratmır. xəbər verir ki, bunu hollandiyalı stomatoloq parodontoloq Tima Tomassenin deyib. Alim müxtəlif klinik tədqiqatları müqayisə edərək adi və elektrikli fırçaların təsirini və fırçalama müddətinin dişlərə təsirini araşdırıb. Bu barədə Amsterdam Universitet
06.12.2025 372 2 yaşa qədər uşaqlara qətiyyən belə dərmanları vermək olmaz - Xəbərdarlıq
Uşaqlara öskürək siroplarını səbəbsiz yerə vermək təhlükəli ola bilər. xəbər verir ki, bu barədə rusiyalı pediatr Darya İvanova xəbərdarlıq edib. Onun sözlərinə görə xüsusilə bəlğəmi duruldan dərmanlar körpələr üçün ciddi risk yaradır. Bu dərmanlar bəlğəmin həcmini artırır və uşaq onu çətinliklə xari
30.11.2025 408