500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA
"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır".
Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, sosial paketin icra edilməsi orta aylıq əməkhaqqıya birbaşa təsir göstərib:
"Çünki minimum əməkhaqqıda da artımlar müşahidə olunub. Bir sıra sektorlarda çalışan vətəndaşlarımızın maaşları artdı. Eləcə də Nazirlər Kabinetinin qərarı ilə bəzi qurumlarda çalışan vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqqı alan vətəndaşlarımızın vəzifə maaşlarında artımlar oldu.
İlkin gözlənti ondan ibarətdir ki, pensiyalar 9,2 faiz artacaq və son rəqəm növbəti ilin fevral ayının əvvəllərində elan olunacaq. Bu, o deməkdir ki, 500 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində təxminən 46 manat artım olacaq. Tam dəqiq rəqəm növbəti ilin əvvəllərində elan olunacaq. Hər bir vətəndaş öz pensiyasını hesablamaq imkanına malikdir.
Pensiya artımları əmək pensiyası alan bütün vətəndaşlarımıza şamil olunacaq. Həm yaşa görə əmək pensiyası, həm əlilliyə görə əmək pensiyası, həm ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğində artımlar olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3922 Tarix: 14 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSağlamlığımız üçün əsas təhlükəli məhsul: ucuzdur, həm də...
Həkimlər orqanizm üçün ciddi təhlükə yarada bilən məhsulun adını açıqlayıblar. Mütəxəssislərin fikrincə, onun ucuz və asan əldə olunması problemi daha da ağırlaşdırır. xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-dan olan tədqiqatçılar müəyyən ediblər ki, şəkərli qazlı içkilərin həddindən artıq istehlak
18.09.2026 181 Türk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18.09.2026 184 Mobil danışıq tarifləri niyə artır? - Operatorların səs gəlirləri azalır, qiymətlər isə yüksəlir - İQTİSADÇIDAN AÇIQLAMA
Mobil rabitə bazarında istehlakçıların istifadə vərdişləri dəyişdikcə operatorların gəlir mənbələri də transformasiya olunur. İnsanlar əvvəlki illərlə müqayisədə səsli zənglərdən daha az istifadə edir, messencer və internet üzərindən ünsiyyətə üstünlük verirlər. Buna baxmayaraq, mobil danışıq tariflərind
18.09.2026 240 Merz Aİ ölkələrini Ukraynaya dəstəyi artırmağa çağırıb
Almaniya kansleri Fridrix Merz Avropa İttifaqına (Aİ) üzv ölkələri Ukraynaya dəstəyi artırmağa çağırıb. xəbər verir ki, Merz bu çağırışı Danimarka, Niderland, Avstriya və Finlandiyanın hökumət başçıları ilə birgə "Politico"a üçün hazırladığı məqalədə yazıb. Məqalədə bildirilir ki, bu ölkələ
18.09.2026 159 Azərbaycanın gənclər siyasəti: Milli dövlətçiliyin davamlılığını təmin edən strateji xətt
"Azərbaycanın dövlət gənclər siyasəti bu gün yalnız sosial siyasətin bir istiqaməti deyil, həm də milli dövlətçiliyin davamlılığını təmin edən strateji amillərdən biridir. Bu siyasətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə ardıcı
18.09.2026 200 Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)
Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 40 ünvanında fəaliyyət göstərən "ELMA" restoranından sakinlər şikayətçidir. "Real Azərbaycan" xəbər verir ki, İmran Qasımov küçəsi 10 ünvanında yaşayan sakinlər restoran ərazisindən gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsində
18.09.2026 186 Uşaq məktəbə getmək istəmir: Valideyn nə etməlidir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Yeni dərs ilinin başlaması ilə uşaqların məktəbə uyğunlaşması məsələsi yenidən gündəmə gəlir. Bəzi şagirdlər dərslərə həvəslə başlasa da, bir qisim uşaq məktəbə getməkdən imtina edir və müxtəlif səbəblərdən dərsə qarşı maraqsızlıq göstərir. Belə vəziyyətdə valideynin uşağa necə yanaşması, problemin səbəbin
18.09.2026 194 Süni intellektlə başqasının fotosunu və videosunu hazırlamaq: Hansı cəza tətbiq olunur? - VƏKİLDƏN AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətli inkişafı foto və videoların hazırlanmasını asanlaşdırsa da, bu imkanların başqa şəxslərin görüntülərindən icazəsiz istifadə olunması ilə bağlı hüquqi riskləri də artırır. Xüsusilə bir şəxsin fotosu əsasında onun real görüntüsünə bənzər saxta foto və ya vide
18.09.2026 282 Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bakıda kişi həyat yoldaşını marketdə, autizmli övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın
18.09.2026 256