Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti, aylıq maaşı,ailəsi...
Son günlər ən çox müzakirə olunan mövzulardan biri də futbolçu Nəriman Axundzadədir.
İdmançı "Qarabağ"ın "Ayaks"la sonuncu oyununda uğursuz çıxışından sonra tənqid atəşinə tutulub.
Sosial şəbəkələrdə bir çoxları açıq şəkildə futbolçunu oynaya bilməməkdə ittiham edirlər.
Bəs,bu qədər müzakirə olunan Nəriman kimdir?
Əslən Lənkərandan olan Nəriman Axundzadə 23 aprel 2004-cü ildə Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir. Axundovlar ailəsinin son beşiyi olan Nərimanın futbol karyerası "Xəzər-Lənkəran" klubundan başlayıb. 12-13 yaşından isə "Qarabağ"ın aşağı yaş klubunda futbol fəaliyyətini davam etdirib.
"Xəzər Lənkəran" futbol klubunun yetirməsi olan Nəriman daha sonra "Qarabağ" klubuna qoşulub və digər yaş qruplar üzrə komandalarda da çıxış edib.
Nəriman Axundzadə 2022-23 mövsümünün 12-ci turunda "Qarabağ"ın heyətində "Şamaxı"ya qarşı oyunda 19-cu dəqiqədə Filip Ozobiçi əvəz edərək meydana çıxıb və komandasında debüt edib.
Həmin mövsüm o, komandasının Azərbaycan Premyer Liqasında qalib gəlməsində rol oynadı.
N. Axundzadə avrokuboklarda ilk qolunu 2023/24 mövsümündə 1/16 final mərhələsində Bakıdakı cavab oyununda Portuqaliyanın "Braqa" klubuna 120+2-ci dəqiqədə vurmaqla komandasının 1/8 finala keçməsini təmin edib. Nəticədə Qarabağ 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib və Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.
Nəriman 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində çıxış edib.O, İslam Həmrəylik Oyunlarında Azərbaycan milli komandasının heyətinə cəlb edilmişdi. O, 19 noyabr 2023-cü ildə UEFA Avro 2024-ün seçmə mərhələsində Belçikaya qarşı uduzduqları oyunda Azərbaycan millisinin heyətində debüt edib.
O,"Qarabağ"da hazırda 7 nömrə ilə çıxış edir.Qeyd edək ki, futbolçu daha əvvəl 90 nömrəli formanı geyinirdi.
Boyu 1.85 m,oyunçu kimi dəyər qiyməti 2 milyon avrodur.Nəriman Axundzadə 2 milyon avro ilə Azərbaycanın ən bahalı oyunçusudur.
Nəriman Axundzadənin aylıq maaşı "Qarabağ"da ilk vaxtlar 1700 AZN olub, lakin yaxşı çıxışından sonra 5000 AZN-ə qaldırılıb, daha sonra isə xarici klubların təkliflərinə görə onun aylıq gəlirinin artırıldığı bildirilir (bəzi xəbərlərdə aylıq maaşının 12.000 AZN-ə qədər çatdığı, ərəblərdən 3 qat artıq təklif aldığı qeyd olunur), lakin dəqiq rəqəm açıqlanmır. (Oxu24.com)
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 2025 Tarix: 13 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların
12.10.2026 754 Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən
10.10.2026 764 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 601 "Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
18.10.2026 738 Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu
17.10.2026 784 Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11.10.2026 767 4 güləşçimiz DÇ-də mübarizəyə başlayır
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz
31.10.2026 433 Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25.10.2026 645 Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi
Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd
27.10.2026 554