Bozdağın qoynundakı Mingəçevir trolleybusu (Fotolent)

Azərbaycanda mövcud olmuş tramvay və trolleybus sistemləri (VIII yazı)

Ötən əsrin ortalarında təməli qoyulan Mingəçevirdə böyük sənaye müəssisələri olsa da, bura daha çox energetiklər şəhəri kimi tanınıb. Əlbəttə ki, bu tam təbii idi. Keçmiş SSRİ-nin ən böyük SES-lərindən biri burada qərar tutmuşdu. Lakin şəhərdə Yol təmiri maşınları zavodu (xalq arasında rus abreviaturası olan DORMAŞ tərcih edilir), kabel zavodu, toxuculuq fabriki kimi sanballı müəssisələr də vardı. Lakin əhalinin sayına görə Mingəçevir Gəncə və Sumqayıtdan geri qalırdı. Şəhərdə nəqliyyat sistemi də inkişaf edirdi. Mingəçevir Qafqazın ən böyük enerji istehsalçısı olsa da şəhərə elektrik nəqliyyatı çox gec gəlib çıxdı.

Lent.az-ın xəbərinə görə, keçmiş SSRİ-də yalnız əhalisi yüz mindən çox olan şəhərlərdə trolleybus nəqliyyatının işə salınmasına icazə verilirdi. Lakin ittifaqın bir neçə şəhərində bu qaydadan kənara çıxıldı. Mİngəçevir də bu sırada idi. Şəhərin yüz mininci sakini dünyaya gəldikdə artıq SSRİ yox idi (2008-ci ilin siyahıyaalmasına görə şəhərin 118 000 sakini var).

Beləliklə, Azərbaycanın ən gənc trolleybus şəbəkəsi bu şəhərdə yenidənqurma zamanı işə salındı. 19 mart 1989-cu ildə sınaq hərəkətləri başladı. Trolleybuslar müntəzəm sərnişindaşıma üçün xəttə 15 apreldə çıxdı. Gənc olmasına baxmayaraq Mingəçevir trolleybus şəbəkəsi Azərbaycanda ən dəqiq elektrik nəqliyyat sisteminə çevrildi. Burada kontakt xəttinə, maşın və avadanlıqlara müntəzəm qulluq edilməsi sayəsində sistem çox gözəl işləyirdi. İlk illərdə heç bir nəqliyyat trolleybusla ayaqlaşa bilmirdi. 1992-ci ilə olan məlumata görə, şəhərdə 19 ədəd "ZİU-9" trolleybus işləyirdi.

Marşrutlar

1. Bağçılıq təsərrüfatı - Azərbaycan DRES qəsəbəsi
2. Varvara - Depo - Varvara
3. Dormaş - Depo

Cədvəldən göründüyü kimi, trolleybus xətləri sənaye zonası ilə yaşayış məntəqələrini əlaqələndirən əsas nəqliyyat olub, başqa sözlə Kürün 2 sahilini birləşdirib. Xəttin ümumi uzunluğu 2000-ci ildə 34 km idi.

Qara günlər

Azərbaycandakı bütün tramvay-trolleybus sistemləri kimi, 21-ci əsr bu şəhərdə də "buynuzlu nəqliyyat"ın tarixinə qara hərflərlə yazıldı. Müstəqillikdən sonra başlayan geriləmə ölkənin ən yaxşı işləyən trolleybus təsərrüfatını da vurdu. Bütün maşın və avadanlıqlar köhnəlmişdi. Trolleybusdan əsasən yük (o cümlədən ev quşları) daşımaq üçün istifadə edilirdi. Bakı və Sumqayıtdan sonra 2005-ci ilin dekabrında burda da trolleybuslar xətdən yığışdırıldı. 2006-cı ilin aprelində isə trolleybus nəqliyyatı bir müəssisə olaraq ləğv edildi. 17 yaşında ləğv edilən Mingəçevir trolleybusu isə tarixə Azərbaycanın gənc elektrik nəqliyyatı sistemi kimi düşdü. Trolleybuslar isə təxminən 2 il Kürün sahilindəki qarajda baxımsız vəziyyətdə qaldı, sonradan doğranaraq metaləritmə müəssisələrinə göndərildi.

Hazırda Mingəçevir trolleybusundan heç bir nişanə qalmayıb - arxiv fotolarından başqa.

Son söz yerinə

Mingəçevirdə trolleybusun ləğvi ilə Azərbaycan keçmiş SSRİ-də yerüstü elektrikli şəhər nəqliyyatını tam ləğv edən ilk ölkə oldu. Bundan sonra nəqliyyat sektoru (metrodan başqa) özəlləşdi, səssiz və ekoloji təmiz nəqliyyatın yerini əvvəlcə narahat və təhlükəli mikroavtobuslar, sonradan isə hay-küylü, bir il ərzində bərbad hala düşən avtobuslar tutdu. Fevral ayındakı qarlı havalarda vətəndaşın köməyinə çatan yenə də relsli nəqliyyat (metro) oldu.

Əziz oxucu. Sizcə energetiklər şəhərinə elektrik nəqliyyatı yaraşmırmı?

P.S. Bu layihədən olan yazıları hazırlayarkən rus mənbələrindən istifadə etdik. Rusiyada Azərbaycandakı elektrik nəqliyyatına dair kitab nəşr olunsa da, ana dilimizdə bu mövzuya dair heç bir mənbə yoxdur (Bakı tramvayı barədə bir-birinin təkrarı olan materialları çıxmaqla). Ən yeni Azərbaycan tarixini araşdıranların bu mövzuya müraciət etməsi yerinə düşər.

mənbə: lent.az

Bozdağın qoynundakı Mingəçevir trolleybusu (Fotolent)Bozdağın qoynundakı Mingəçevir trolleybusu (Fotolent)Bozdağın qoynundakı Mingəçevir trolleybusu (Fotolent)Bozdağın qoynundakı Mingəçevir trolleybusu (Fotolent)Bozdağın qoynundakı Mingəçevir trolleybusu (Fotolent)Bozdağın qoynundakı Mingəçevir trolleybusu (Fotolent)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 9819   Tarix: 02 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.