Sosial şəbəkələrdə saxta profil açanlara qarşı - Ciddi tədbir

Sosial şəbəkələrdə saxta profil açanlara qarşı - Ciddi tədbirDövlət İmtahan Mərkəzi (DİM) qurumun adından açılan saxta profillərlə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Mərkəzdən BiG.AZ-a verilən məlumata görə, son günlər yenidən "Facebook" və "Instagram" sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifələr yaradılıb.

Bildirilib ki, bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, ixtisas seçimi, müxtəlif hazırlıq kurslarının reklamı, dövlət qulluğuna qəbul, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirilir: "Belə səhifə idarəçiləri müəyyən ödəniş müqabilində istifadəçilərə müxtəlif xidmətlər təklif edirlər, öz əlaqə nömrələrini vətəndaşlara verirlər. Bundan sonra zəng edən vətəndaşların "şəxsi kabinet"lərinin parolunu əldə edir və onu dəyişirlər. Daha sonra isə həmin vətəndaşlarla əlaqə saxlayıb "şəxsi kabinet"in yeni parolunu vermək üçün müəyyən ödəniş tələb edirlər.

Bundan əlavə, bu tip şəxslər sosial şəbəkələrdə imtahanlarda iştirak etmək istəyənlərə yazırlar və ödəniş müqabilində qeydiyyatdan keçirməyi təklif edirlər. Lakin heç bir qeydiyyat etmirlər və bu abituriyentlər qeydiyyatdan keçmədiyi üçün imtahanda iştirak edə bilmirlər.

Belə səhifə, qrup və şəxslər istifadəçiləri aldatmaq üçün öz səhifələrinin "profil" şəkli və "cover" fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə edir, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. Qaydaları dəqiq bilmədikləri üçün istifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının "Dövlət İmtahan Mərkəzi" söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.

Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcək".

DİM rəhbərliyi sosial şəbəkə istifadəçilərinə daha da diqqətli olmağı və qurumun adından yaradılna saxta səhifə və qruplara üzv olmamağı tövsiyə edir. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinə məxsus yalnız aşağıdakı səhifələr fəaliyyət göstərir:

Facebook: https://www.facebook.com/stateexamcenter/
Instagram: https://www.instagram.com/stateexamcenter/
Twitter: https://twitter.com/stateexamcenter


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 436   Tarix: 05 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəmkirin mərkəzində küçədən meyit tapıldı

Şəmkirdə meyit tapılıb. xəbər verir ki, Şəmkir şəhər sakini, 1964-cü il təvəllüdlü Fərman Adil oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti şəhərin ərazisində aşkar edilib. Araşdırma aparılır

18:45 1
.

Azərbaycanda hantavirus yayılıb? (RƏSMİ)

Bir sıra Avropa ölkələrində hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxma faktları varmı?. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarə

14:09 272
.

Lökbatandakı yanğın yerindən yeni - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Qaradağın Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib. "Qafqazinfo"nun məlumatına görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin helikopterləri də cəlb olunub. Həmçinin qurumun xilasediciləri tərəfindən anbardak

11:21 341
.

1-ci Sinfə Qəbulda Sərt Tələblər Narazılıq Yaradır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda 1-ci sinfə qəbul zamanı 5-6 yaşlı uşaqlardan imla yazılması və sürətli oxu bacarığının tələb olunması ciddi suallar doğurur. Hələ oyun və sosial adaptasiya dövründə olan uşaqların erkən yaşda imtahan mühitinə salınması bir çoxları tərəfindən doğru hesab edilmir. Xüsusilə məktəbə yeni qədə

10:41 232
.

XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

Kaliforniyanın San-Xoakin vadisində yerləşən Tulare gölü XIX əsrin sonlarında insan fəaliyyəti və kənd təsərrüfatı maraqları səbəbindən yox olmuşdu. Lakin 130 ildən sonra göl yenidən meydana çıxıb və hazırda yenidən quruma təhlükəsi ilə üz-üzədir. Qaynarinfo xəbər verir ki, "WioNews"un yazdığın

11.05.2026 306
.

Hantavirus insandan insana nadir halda keçir - Rəsmi

"Ölkəmizdə epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur". "Qafqazinfo" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin son günlər beynəlxalq informasiya məkanında yayılmış hantavirus infeksiyası ilə bağlı açıqlamasında bildirilib. "Ümumdünya Səhiyyə Təşkilatını

15:57 136
.

Trampın Çinə Səfəri: Yeni Diplomatik Mərhələ Başlayır - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Məlumata görə, səfər iki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət balansı və regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yüksək səviyyəli görüşlər çərçivəsində həyata keçiriləcək

15:19 155
.

Yaz aylarında immuniteti gücləndirən qidalanma məsləhətləri

"Yaz fəslinin gəlişi ilə yalnız geyim tərzimiz deyil, həm də qidalanma rejimimiz dəyişir. Metabolizmin sürətlənməsi bədənin enerji və qida tələbatını yenidən formalaşdırır". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib. O, qeyd edib ki, yaz aylarında qidalanmanın əsasın

15:28 167
.

Mənbələr bildirir ki, Tramp həftələrlə olduğundan daha çox döyüş əməliyyatlarını bərpa etməyi ciddi şəkildə düşünür

Prezident Donald Tramp iranlıların müharibəni bitirmək üçün danışıqları necə aparmasından getdikcə daha çox əsəbiləşir və bəzi Tramp köməkçiləri onun son həftələrdə olduğundan daha ciddi şəkildə əsas döyüş əməliyyatlarının bərpasını düşündüyünü deyirlər. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, müzakirələrl

11:18 170
.

TOP MP3