Fərdi yaşayış evlərinin tikintisi ilə bağlı vacib məqamlar
"Vətəndaş mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatına uyğun tikinti aparıla bilər. Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin kateqoriyası "yaşayış məntəqələri" olmalıdır".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, qanunvericiliyə əsasən, yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın "0" səviyyəsi - birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi üçün xüsusi icazə tələb olunmur. Bu halda tikinti "məlumatlandırma icraatı" əsasında həyata keçirilir:
"Məlumatlandırma icraatı çərçivəsində tikinti layihəsinin yalnız aşağıdakı hissələri hazırlanmalıdır:
zirzəmilərin, mərtəbələrin və dam örtüklərinin planları
kəsiklər
fasadlar
memarlıq-planlaşdırma bölməsi
tikinti ərazisinin baş planı
Layihə sənədlərini yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, layihələndirmə fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər hazırlaya bilər. Bu xidmət ödənişlidir və məbləğ tikinti obyektinin sahəsindən, yerləşdiyi zonadan, eləcə də işin təcili və ya standart müddətdə icrasından asılı olaraq dəyişir.
Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən göstərilən xidmətə görə "Dövlət rüsumu haqqında" Qanuna əsasən 60 manat rüsum tutulur.
Eyni zamanda daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı rüsumlar da müəyyən edilib. Belə ki:
mülkiyyət hüququnun (o cümlədən vərəsəliklə əldə olunan hüquqların) dövlət qeydiyyatı çıxarışının verilməsi - 50 manat
daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan-ölçü) verilməsi - 75 manat rüsum təşkil edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1753 Tarix: 12 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"
"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar"
11:46 206 Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin
14:14 284 "Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"
"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki
17:45 55 Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
18:15 1 "Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona
13:26 148 Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma
14:05 167 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
17:12 93 "Hərənin arxasında, böyük bir dayı var"
"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim
17:39 75 Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə
11:38 205