Vətəndaşlar Maaş və Pensiyalarını İstədikləri Bankdan Ala Biləcək - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda maaş və pensiya ödənişlərinin vətəndaşların istədiyi bank vasitəsilə alınmasına imkan yaradılacağı ilə bağlı açıqlama bank sektorunda yeni müzakirələrə səbəb olub. Mərkəzi Bankın sədrinin verdiyi məlumata görə, yaxın 3 ay ərzində vətəndaşlar və təqaüdçülər maaş və pensiyalarını istədikləri bankdan ala biləcəklər.
Bir çox ölkələrdə tətbiq olunan bu sistem banklar arasında rəqabəti artırmaqla yanaşı, müştərilərə əlavə üstünlüklər və bonuslar təqdim olunmasına da şərait yaradır. İndi isə diqqətlər bu təcrübənin Azərbaycanda bank sektoruna necə təsir edəcəyinə yönəlib.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, vətəndaşların maaş və pensiyalarını istədikləri bank vasitəsilə almaq imkanının yaradılması bank sektorunda rəqabəti gücləndirə bilər. Çünki indiyə qədər bir çox hallarda maaş və pensiya ödənişləri müəyyən banklara bağlı olurdu və vətəndaşın seçim imkanları məhdud idi. Onun sözlərinə görə, yeni sistem bankları müştərini cəlb etmək üçün daha əlverişli xidmətlər təklif etməyə məcbur edə bilər: "İnkişaf etmiş ölkələrdə banklar maaş və pensiya axınını özlərinə cəlb etmək üçün əlavə bonuslar, yüksək depozit faizləri, pulsuz kart xidmətləri, keşbek proqramları və güzəştli kreditlər təqdim edirlər. Çünki daimi maaş və pensiya daxilolmaları bank üçün stabil maliyyə mənbəyi hesab olunur. Azərbaycanda da müəyyən müddətdən sonra oxşar kampaniyaların yaranması mümkündür.
Bu dəyişiklik xüsusilə rəqəmsal xidmətlər sahəsində rəqabəti artıra bilər. Banklar mobil tətbiqləri, sürətli köçürmələri, komissiyasız əməliyyatları və xidmət keyfiyyətini yaxşılaşdırmağa çalışacaqlar. Çünki artıq müştərini "məcburi axınla" deyil, xidmət üstünlüyü ilə saxlamaq lazım olacaq.
Bununla yanaşı, bütün bankların eyni imkanlara malik olmadığı da nəzərə alınmalıdır. Böyük banklar daha çox bonus və xidmət təqdim etmək imkanına sahib ola bilər. Kiçik banklar isə müştəri cəlb etmək üçün daha fərqli və çevik təkliflər hazırlamağa çalışacaqlar.
Əgər sistem tam şəffaf və texniki baxımdan rahat işləsə, bu addım həm bank sektorunda rəqabəti artırar, həm də vətəndaşların maliyyə seçim azadlığını genişləndirə bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1964 Tarix: 12 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672