Trampın Çinə Səfəri: Yeni Diplomatik Mərhələ Başlayır - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Məlumata görə, səfər iki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət balansı və regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yüksək səviyyəli görüşlər çərçivəsində həyata keçiriləcək.
Məsələ ilə bağlı siyasi müşahidəçilər bildirirlər ki, bu səfər ABŞ-Çin münasibətlərində gərginlik və əməkdaşlıq arasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Xüsusilə qlobal ticarət, texnologiya və geosiyasi balans baxımından bu görüşlərin nəticələri diqqətlə izlənilir.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, ABŞ prezidenti Donald Trampın 13-15 May tarixlərində Çinə gözlənilən səfəri kifayət qədər mühüm nəticələri özündə ehtiva edir. Onuda qeyd etmək lazımdır ki, bu Trampın ABŞ prezidenti olaraq ikinci belə bir səfəridir. Onun sözlərinə görə, ilk səfəri 2017-ci ildə Trampın birinci ABŞ prezidentliyi dövründə baş tutmuşdur və indiki bir məqamda beynəlxalq münasibətlər sisteminin kifayət qədər təlatümlü bir dövrdən keçdiyi mərhələdə düşünürəm ki, Donald Trampın Çin səfəri bütün dünya mediasının və siyasi ictimayyətin diqqətinin bu istiqamətə yönəlməsinə səbəb olan əsas hadisələrdən biridir: "Çünki həm Rusiya-Ukrayna müharibəsi davam edir, eyni zamanda ABŞ və İran arasında gərginlik tamamilə sona çatmayıb və bu istiqamətdə hələki ortaq bir razılığın əldə olunduğunu biz müşahidə edə bilmirik. Belə bir məqamda Çin kilid ölkələrdən birinə çevrilə bilər. Qlobal sistemin əsas aktorlarından biri olmaqla, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi çıxış etməklə Çinin yerləşdiyi coğrafiyada təhlükəsizliyin təmin olunması ilə bağlı prioritetləri və maraqları var.
Mən düşünürəm ki, ABŞ bu istiqamətdə Çinlə müəyyən razılığa gəlinməsinin əslində problemlərin həlli üçün mühüm nəticələri özündə ehtiva edəcəyi reallığını qəbul edir və keçirilən müzakirələrdə gündəliyə nəzər yetirsək, ÇİN Xarici İşlər Nazirliyinin paylaşdığı informasiyalarda həm iki dövlət arasında ikitərəfli münasibətlərin gələcəyi, eyni zamanda qlobal sülhün təmin olunması istiqamətində ümumi məsələlərin və qlobal problemlərin müzakirəsi əsas gözlənilən istiqamətlərdir. Belə olan halda biz həm qlobal iqtisadi münasibətlərdə yaranmış böhranın aradan qaldırılması, eyni zamanda münaqişələrdən irəli gələn iqtisadi nəticələrin aradan qaldırılması, həmçinin münaqişələrin həll olunması istiqamətində ortaq maraqların müəyyənləşdirilməsi ilə bağlı iki qlobal aktorun, böyük dövlətlərin liderlərinin görüşünün mühüm nəticələri özündə ehtiva etdiyini aydın şəkildə bildirə bilərik.
Amma düşünürəm ki, görüşün nəticəsində paylaşılacaq ilkin informasiyalar razılığın hansı istiqamətdə olduğu yada böhranın hansı istiqamətdə davam edə biləcəyi ilə bağlı nikbin və ya bədbin ssenarilər haqqında daha aydın fikir bildirməyə bizə icazə verər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 618 Tarix: 12 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYAP İdarə Heyətinin yeni tərkibi - Siyahı
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha
16:28 161 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, saba
15:59 235 Hikmət Hacıyev Azərbaycanın İsraillə münasibətlərindən danışdı: "Prinsiplərdən geri çəkilmirik"
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda Azərbaycanın İsraillə münasibətləri və Fələstin məsələsində mövqeyi barədə açıqlamala
12:30 182 Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət
13:15 285 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
13:10 224 Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır
21:15 39 "Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona
13:26 160 Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı
17:23 157 "Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"
"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden
16:35 141