Yeddi həkimi əvəz edən şəfalı bitkinin MÖCÜZƏVİ FAYDALARI
Gicitkən hələ qədim zamanlardan müalicəvi xüsuyyətlərinə görə insanlar arasında tanınır. Ondan bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Hətta slavyanların belə bir ifadəsi var: "Bir gicitkən yeddi həkimi əvəz edir". Bəs gicitkəndən hansı xəstəliklər zamanı istifadə etmək olar?
BiG.AZ e-tibb.az-a istinadən gicitkənin möcüzəvi faydalarını sadalayır.
Gicitkən yarpaqlarının ödqovucu, iltihab əleyhinə, damardaraldıcı xüsusiyyətləri var. Qanda şəkərin miqdarını azaldır, südverən analarda süd ifrazatını artırır. Yarpaqların dəmləməsi bağırsaq, böyrək, ağciyər, uşaqlıq və digər qanaxmalarda, həmçinin yuxusuzluq zamanı tətbiq edilir. Gicitkəndən saçların dibini bərkitmək üçün istifadə olunur. Təzə gicitkəni ət maşınından keçirin, tökülmüş saçların yerinə qoyun, yeni tük gətirəcək, olan saçlarınızı qalınlaşdıracaq.
Ağrıkəsici təsirə sahibdir
Bəzi araşdırmalar gicitkənin revmatizmlə əlaqədar ağrını azaltmağa kömək etdiyini sübut edib.
Sümükləri inkişaf etdirir
Gicitkən yaxşı bir kalsium qaynağıdır. Gicitkən otunun çayını hazırlaya bilərsiniz və ya şorbalara dad verməsi üçün təzə gicitkən yarpaqları ata bilərsiniz.
Allergiyanın çarəsidir
Gicitkən min illərdir allergiya müalicəsində istifadə olunur. Elm adamlarının araşdırmasına əsasən, gicitkən allergiya səbəbindən yaranan iltihabı azaldır.
Diabet müalicəsi
Aparılan araşdırmalara əsasən, gicitkən diabetə bağlı simptomları azaltmağa kömək edir.
Digər faydaları:
- Yüksək qan şəkərini aşağı salır. Həddindən çox susamanı azaldır, çəkini balanslaşdırır, insulin səviyyəsini tənzimləyir, nevropatiya ağrısını azaldır, hətta yaddaşa da faydası var.
- Dəmir çatışmazlığı olan şəxslərə məsləhətdir. Anemiya müalicəsi alan şəxslər əlavə vasitə olaraq istifadə edə bilər.
- Menstruasiya dövründə rast gəlinən gərginliyi, qasıq ağrısını azaldır.
- Xərçəng xəstəliyinin qarşısını alır.
- Təzyiq və xolesterol problemi olan şəxslərə gündə bir fincan gicitkən çayı tövsiyə olunur.
- Bədəndəki şişi aradan qaldırır.
- Həzm sisteminə fayda verir, bir çox orqanı təmizləyir.
- Artrit simptomlarını yüngülləşdirir, infeksiyalara qarşı müqavimət qazandırır
- Cinsi zəiflik yaşayan şəxslərə kömək edir.
- Böyrəkləri təmizləyir və qaraciyərin yenilənməsini təmin edir.
- Soyuqdəyməyə qarşı olduqca təsirlidir
- İmmunitet sistemini qüvvətləndirir.
- Öskürəyi olan şəxslərə tez-tez gicitkən çayı içmək tövsiyə edilir.
- Qəbizliyi aradan qaldırır.
- Gicitkən kökləri prostat vəzin adenomasında (şişlərində) çay kimi dəmlənilib içilir.
Gicitkən çayı necə hazırlanır:
Bir çay qaşığı nazik doğranmış gicitkən yarpağını bir stəkan qaynar su ilə dəmləyin. 5-10 dəqiqə dəmlədikdən sonra süzün. Gündə 2-4 stəkan yeni dəmlənmiş çay ac qarına və ya yemək aralarında dadlandırılmadan içilməlidir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNəfəs darlığı bu xəstəliklərdən xəbər verir
Nəfəs darlığı hissi təhlükəli xəstəliklərdə, o cümlədən xroniki obstruktiv ağciyər xəstəliyində müşahidə edilə bilər. BİG.AZ xəbər verir ki, bu barədə pulmonoloq Sergey Babak məlumat verib. Onun sözlərinə görə, xüsusilə, simptom ürək çatışmazlığı fonunda baş verir. "Qan bütün bədəndə zəif dövr edir
28.01.2025 1050 Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki - Kompotdan daha faydalı uzvar
Qış - orqanizmimizin, xüsusilə, vitaminlərə və mikroelementlərə ehtiyac duyduğu zamandır. Lakin bu dövrdə təzə giləmeyvə və meyvə tapmaq kifayət qədər çətindir. Çıxış yolu var - qurudulmuş meyvələrdən uzvar adlanan dadlı və faydalı içki hazırlamaq. -ın -ya istinadla verdiyi məlumata görə, bu barədə qıcqırm
25.01.2025 508 Siqaret çəkmək ömrü nə qədər qısaldır? - Tədqiqat
London Universitet Kollecində aparılan yeni bir araşdırmaya görə, yalnız bir ədəd siqaret çəkmək insan ömrünü təxminən 20 dəqiqə azalda bilər. Alimlər, siqaretin uzunömürlülük üzərindəki təsirini daha dəqiq şəkildə müəyyənləşdirərək, insanları siqareti tərgitməyə təşviq etməyə çalışırlar. Araşdırma zaman
05.01.2025 713 10 saniyəlik məşqlə gözlərinizdəki yorğunluğa SON
Gözlərinizin yorulduğunu hiss etdiyiniz zaman gərginliyi aradan qaldırmağın və göz ətrafındakı əzələləri rahatlaşdırmağın asan və effektiv yolu var. Bu sadə üsul yalnız 10 saniyə çəkir. Yorğun gözləri necə tez rahatlaşdırmaq olar?. Xoş bir istilik yaratmaq üçün ovuclarınızı bir-birinə güclü sürtün. Gözləriniz
18.01.2025 673 Xərçəngin müalicəsində ümidverici tapıntı – TƏDQİQAT
Böyük Britaniyanın Nottinqem Universitetindən Korneliya de Murun rəhbərlik etdiyi tədqiqat qrupu, "Cordyceps militaris" (tırtıl göbələyi) adlı ənənəvi tibdə istifadə olunan göbələyin xərçəng hüceyrələrinin yayılmasının qarşısını ala biləcək xüsusiyyətlərini araşdırıb. BİG.AZ AZƏRTAC-a istinadl
31.12.2024 590 Bağırsaq xərçəngi riskini azaldan qida məhsulu
Oksford Universitetinin alimləri müəyyən ediblər ki, süd içmək bağırsaq sağlamlığını qoruyur və kolorektal xərçəng riskini 14% azaldır. "Report" xəbər verir ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub. Araşdırmaya Avropada yaşayan yarım milyondan çox orta yaşlı v
12.01.2025 1010 Soyuqdəymə zamanı nələri etməliyik? - Həkim tövsiyəsi
Soyuqdəymə və KRVİ - soyuq mövsümün yol yoldaşlarıdır. Bəs xəstələnən zaman nələri etmək olar, nələri olmaz?. -ın verdiyi məlumata görə, rusiyalı allerqoloq-immunoloq Aleksandr Andreyev özünün "Telegram" kanalında bununla bağlı tövsiyələrini bölüşüb. Yüksək hərarət zamanı bürünmək olar?. Həkimi
02.02.2025 379 Dəniz yosunu görün nələrə dərmandır - Həftədə cəmi 100 qram...
Dəniz yosunu istehlak etmək ürək əzələsinin səmərəli işləməsinə kömək edir və bununla da infarkt və insult riskini azaldır. Bu barədə Charite klinikasının aparıcı alman kardioloqu Volfqanq Haydelberqer "Deutsche Gesundheit Nachrichten"ə müsahibəsində paylaşıb. Almaniyanın aparıcı universitetlərini
19.01.2025 688 İsti yeyildikdə zəhərə çevrilən iki məşhur yemək
Həkimlər yeməyin düzgün yeyilməsi ilə bağlı çoxlu tövsiyələr verirlər, bu məsləhətlərdən biri də bəzi qabların bir az soyumasına icazə verməkdir. isti yeyildikdə zəhərə çevrilən iki məşhur yeməyin adını sizlərə təqdim edir:. Hamımız isti yemək yeməyə alışmışıq, onun daha sağlam olduğuna inanırıq. Bununl
02.02.2025 12358