"İmtahanlar rüşvət almaq üçün keçirilir" - Elşən Qafarov

"İmtahanlar rüşvət almaq üçün keçirilir" - Elşən QafarovAğsuda Samid Mikayılov adına kənd tam orta məktəbinin sabiq direktoru Fəxrəddin Həsənov külli miqdarda rüşvət aldığına görə həbs olunub. Oğlu və kolleqaları isə bu iddianı təkzib edib.
Bəs bu qədər imtahandan sonra niyə yenə adı rüşvətdə hallanan təhsil işçilərini görürük?

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, bu, rüşvət məsələsi deyil. Çünki hamı yaxşı bilir ki, məktəb direktoru adi bir texniki işçini belə işə götürə bilmir. Həmin direktor rüşvət almış olsa belə bu işlə məşğul olan yüzlərlə direktor və regional təhsil işçiləri var. Bu gün ölkənin ümumtəhsil məktəblərində müsahibə mərhələsi ilə birlikdə 380-ə yaxın imtahan var. O imtahanlar rüşvət almaq üçün keçirilir:

"Rüşvətə görə məktəb direktoru həbs olunursa, elə birinci növbədə Elm və Təhsil Nazirliyində, regional təhsil idarələri və Bakı şəhər Təhsil İdarəsində həbs olunmalı N qədər insan var. Düşünürəm ki, bu, rüşvət məsələsi deyil. Çünki hamı yaxşı bilir ki, məktəb direktoru adi bir texniki işçini belə işə götürə bilmir. Görünür ki, regional təhsil idarəsinin razılığı ilə kiməsə söz verib işə düzəltmək adı ilə pul alınıb və söz verənlər sözünü tutmayıb. Nəticədə direktor pul alan kimi istintaq orqanlarına cəlb olunub. Hər bir məktəb direktoru bilməlidir ki, öz fəaliyyətində qanunun aliliyini gözləməli, neqativ hallardan uzaq olmalıdır. Əslində imtahanlar rüşvət almaq üçün bir metoddur. Kim deyir ki, imtahan olan yerdə rüşvət olmur?
Bu gün ölkənin ümumtəhsil məktəblərində müsahibə mərhələsi ilə birlikdə 380-ə yaxın imtahan var. O imtahanlar rüşvət almaq üçün keçirilir. Təhsilin idarə edilməsində problemlər var. Təəssüf ki, təhsil idarə etmədə funksional vəzifədə çalışanlar, xüsusən Elm və Təhsil Nazirliyində işləyənlərin təhsil mühiti ilə əlaqəsi olmadığı üçün və təhsilə biznes layihə kimi baxılması, təhsili başdan axıra imtahana çevirməsi acı nəticələrdir. Bu gün təhsildə hara baxsaq imtahanlar, təlimlər, müsabiqələrdir. Təhsilin təşkili və idarə edilməsi, keyfiyyətinin yoxlanılması, təhsildə psixoloji işin təşkili, nizam-intizam qaydaları ilə bağlı heç bir addım atılmır. Bu gün məktəblərdə şagirdlərin bir-birilərini bıçaqlaması, müəllim- şagird davaları adi hal alıb. Düşünürəm ki, həmin direktor rüşvət almış olsa belə bu işlə məşğul olan yüzlərlə direktor və regional təhsil işçiləri var. Elm və Təhsil Nazirliyinin yüksək vəzifəsində çalışanlar və Təhsil İnstitutu bu işlə məşğuldur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1621   Tarix: 07 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

08.09.2026 342
.

"Tramp hakimiyyətinin xarici siyasətində ABŞ-ın öz təsir dairəsini yenidən müəyyənləşdirmək cəhdi açıq şəkildə görünür" - BƏHRUZ QULİYEV

"ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə İslandiyanı, Qrenlandiyanı, Kanadanı, Meksikanı, Mərkəzi Amerika və Karib hövzəsini ABŞ bayrağı altında göstərən xəritə paylaşması ilk baxışda adi bir sosial media paylaşımı təsiri bağışlaya bilər. Amma beynəlxalq siyasətdə xəritələr heç vaxt sadəc

08.09.2026 200
.

"Ay Bizimdir" - Trampdan gözlənilməz paylaşım

ABŞ Prezidenti Donald Tramp Ayla bağlı diqqətçəkən paylaşım edib. xəbər verir ki, o, bunu özünün "Truth Social" səhifəsində yazıb. Ağ Ev rəhbəri Ayın şəklini "Ay Bizimdir" başlığı və ABŞ bayrağı ilə paylaşıb. Paylaşımın hansı hadisə və ya qərarla bağlı olduğu isə aydın deyil. Bel

08.09.2026 182
.

Peskov açıqladı: Putin-Paşinyan görüşündə mühüm məqamlar müəyyən edildi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bişkekdə keçirilən görüş məzmunlu və əhəmiyyətli olub. xəbər verir ki, bu barədə RİA Novosti Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb. Rusiya liderinin mətbuat katibi görüşün əhəmiyyətini vurğulayara

08.09.2026 183
.

Azərbaycanlı jurnalistlərin İsrail səfəri: Media sahəsində yeni əməkdaşlıq

Azərbaycanlı jurnalistlərin İsrailə səfəri iki ölkə arasında münasibətlərin yalnız siyasi, iqtisadi və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığını, media istiqamətində də əlaqələrin inkişaf etdiyini bir daha göstərib. Media-tur çərçivəsində İsrailə səfər edən azərbaycanlı jurnalistlər bir sıra yerl

08.09.2026 239
.

Yumurta arıqlamağı sürətləndirə bilər - Amma bir şərtlə

Yumurta arıqlamaq istəyənlərin rasionunda faydalı məhsullardan biri ola bilər. O, yüksək miqdarda zülal ehtiva edir, nisbətən az kalorilidir və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. Ancaq nəticə yalnız bir məhsuldan deyil, ümumi qidalanmadan və gün ərzində qəbul edilən enerji miqdarında

08.09.2026 196
.

Bu səhra Saharadan 5 dəfə daha qurudur, amma... - Milyonlarla çiçəklə örtüləcək

Çilinin şimalında yerləşən Atakama Yer kürəsinin ən quraq ərazilərindən biri hesab olunur. Səhra Sakit okeanla And dağları arasında 100 kilometrdən çox məsafəyə uzanır. Burada ildə orta hesabla təxminən 15 millimetr yağıntı düşür, halbuki Saharada bu göstərici təxminən 75 millimetrdir. Atakama səhrasını

08.09.2026 101
.

"Azərbaycanda kitabdan pul qazanmaq mümkün deyil"

Əməkdar artist Bəhram Bağırzadə maddi vəziyyəti, kitablarından əldə etdiyi gəlir və ailəsi qarşısındakı məsuliyyətindən danışıb. Axşam.az xəbər verir ki, aktyor "Первый чек" yutub layihəsində qonaq olarkən maddi çətinlik çəkmədiyini və işləməyi sevdiyini bildirib:. "Maddi çətinliklər çəkməmişəm

08.09.2026 196
.

NATO Baş katibi Aİ-nin Ukrayna üçün "Patriot" sistemləri ilə bağlı qərarını alqışlayıb

NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün mühüm məhsullar almasına imkan verən istisna ilə bağlı razılığa gəlməsini alqışlayıb. APA xəbər verir ki, Mark Rütte bu barədə "X" hesabında bildirib

08.09.2026 155
.