Aİ və və AYİB-in dəstəyi ilə onlayn ödəmə platforması yenidən qurulub - FOTOLAR

Aİ və və AYİB-in dəstəyi ilə onlayn ödəmə platforması yenidən qurulub - FOTOLAR"Nağadsız cəmiyyət" haqqında arzular: Avropa Birliyi və AYİB-in dəstəyi ilə onlayn ödəmə platforması yenidən qurulub

Fərid İsmayılzadə onbir il əvvəl ‘GoldenPay’, onlayn ödəmə prosesinq xidmətini Azərbaycanda təsis edib. Həmin dövrdə cənab İsmayılzadə Birləşmiş Ştatlarda çalışardı,vətəninə qayıtdıqda burada onlayn ticacət üçün ödəmə sisteminin olmadığını gördükdə ölkəsində biznes qurmaq qərarına gəlib.

"Mənim üçün bu biznes qurmaq imkanı idi və bu imkanı aşkar etdikdən dərhal sonra bu potensialı araşdırmağa başladım. Tədricən Bakıya qayıdıb bu çağırışın öhdəsindən gəlməyə qərar verdim", -deyə Fərid İsmayılzadə xatirələrini bölüşür.

"Həmin vaxt ‘GoldenPay’evimdə 3-4 nəfərlə qurulmuş kiçik bir start up idi"- deyə xatırlayan F.İsmayılzadə "Bu gün isə gördünüz ki, ofisdə 30 nəfərdən çox işçi var"- bildirir.

O vaxtdan Avropa İttifaqının"EU4Business"təşəbbüsü, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyiilə hesab.az onlayn ödəmə portalını yaradan şirkət gələcəkdə PaşaBankla birgə öz ödəmə kartını emissiya etməyi, həmçinin ticarət və xidmət müəssisələrində öz pos terminallarını buraxmağı qarşısına məqsəd qoyub.

Fərid İsmayılzadənin sözlərinə görə şirkət sürətlə böyüsə də, biznes strukturu onunla ayaqlaşa bilmirdi:

"Biz bu layihəyə başlayanda hələ 15 nəfərdən ibarət komanda idik. Korporativləşməmişdik, departamentlər, şöbələr yox idi. Hamı hər şeylə məşğul idi, standartlarımız yox idi. Hər şey insanlardan asılı idi. Bir nəfər işdən çıxanda aləm dəyirdi bir-birinə".

Bu məsələdə "EU4Business" və AYİB, Avropa Birliyi tərəfindən maliyyələşən Kiçik Biznes üçün Məsləhət proqramı ilə şirkətə dəstək oldular. AYİB vəziyyəti qiytmətləndirib, Danimarkalı konsultantın köməyi ilə şirkətin işləmə prinsipini yenidən qurdu.

Həmin məsləhətçi iki il ərzində on dəfə Bakıya gələrək şirkətin strukturunu yenidən qurdu.

"Biz şirkəti startap mentalitetindən korporativ mentalitetə çevirməyə müvəffəq olduq. Artıq şirkətdə struktur, idarə heyəti, departamentlər, hər bir departamentin öz vəzifələri, işləri formalaşdı. Oturuşmuş bir sistem yarandı və bu da müştərilərə daha keyfiyyətli, daha sürətli xidmət verməyə imkan yaratdı. Şirkət planlarını keyfiyyətlə yerinə yetirməyə başladı".

‘GoldenPay’ and ‘Hesab.az’ bazarda artıq əsas yer tuturlar: "Ölkədə onlayn bazarın 75%-i bizim payımıza düşür. Bizdən sonra ikinci yerdə gələn bizdən on dəfə balacadır" -deyə İsmayılzadə bildirir.

Bununla belə şirkətin təsisçisi hələ görüləsi işlərin çox olduğunu deyir. Azərbaycanda 5 milyondan artıq bank kartı olsa da, onun cəmi 150-200 mini nağdsız əməliyyat həyata keçirir:

"İnsanlarda güvənsizlik var. Maaşını alan kimi gedib bankomatdan pullarını çəkirlər. Maaş, pensiya veriləndə bankomatlar qarşısında uzun növbədə dayanırlar"- deyə təəssüflə bildirir İsmayılzadə.

Cənab İsmayılzadənin missiyası bu mentaliteti dəyişərək kartdakı pulun cibdəkindən daha təhlükəsiz olmasını insanlara aşılamaqdır. Onun fikirincə kartlar oğurlansa onlar sığortalanır, sığorta pulu qaytaracaq, amma cibdə olan pul oğurlandıqda onu heç kəs qaytarmır. İndi Fərid İsmayılzadənin arzusu ölkəsində "nağdsız cəmiyyət"in qurulmasına nail olmaqdır:
"Biz rəqib olaraq bütün nağd əməliyyatları hesab edirik. Poçta ödəmək də nağddır, banka gedib filialda ödəməkdə nağddır, kioskda ödəmək də nağddır. Onlar hamısı rəqibdirlər. Əlbətdəki biz istərdik ölkəmizdə bütün əməliyyatlar nağdsız həyata keçirilsin".

İnsanların nağdsız ödənişlər barədə düşüncəsi dəyişdikcə hesab.az portalı yaranan boşluğu doldurmaq üçün tam hazır vəziyyətə gətirilir. Bütün əməliyyatların bir yerdə cəmləşdiyi platforma istifadəçilərə internet və mobil tətbiqlər vasitəsi ilə ödənişlər etməyə imkan verir.

Avropa Birliyi və AYİB-in dəstəyi ilə şirkətə lazımi vəsaitin ayrılması "hesab.az"ın ambisiyalarına çatmasında böyük rol oynayıb. Məsləhət xidmətinin dəyəri 60 min avro idi, onun 10%-i şirkət tərəfindən, yerdə qalan hissəsi isə Avropa Birliyinin maliyyələşməsi hesabına qarşılanıb:

"Biz yetərincə gücləndik, şaxələndik, xaricdə genişlənmək barədə düşündük.Maddi vəziyyətimizi, büdcəmizi daha düzgün qurduq, xərclərimizə daha yaxşı nəzarət eləməyə, daha yaxşı kadrlar seçməyə başladıq"- Fərid İsmayılzadə bildirib.

Aİ və və AYİB-in dəstəyi ilə onlayn ödəmə platforması yenidən qurulub - FOTOLARAİ və və AYİB-in dəstəyi ilə onlayn ödəmə platforması yenidən qurulub - FOTOLARFotolar Avropa İttifaqına məxsusdur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 883   Tarix: 01 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudo

12:12 286
.

Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y

16:49 168
.

İran: ABŞ etimadı bərpa etməlidir

İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib

14:55 178
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 221
.

Ən sürətli 5 quş: şahin 389 km/saat sürət yığır, amma...

Düşünürsünüz ki, şahin sürət baxımından mütləq rekordçudur? Şaquli dalış zamanı - bəli. Lakin üfüqi uçuşda o, hətta ilk üçlüyə də düşmür. İynəquyruqlu uzunqanadlı onu demək olar ki, iki dəfə qabaqlayır. xarici mediaya istinadən xəbər verir ki, şahin dalış uçuşunda mütləq rekordçu hesab olunur. O, saatd

20:15 3
.

Sabahın havası - Yağış, duman, külək...

Oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağı

15:17 208
.

Sevgiləri kimi serialları da bitdi

"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v

21:30 1
.

Co Baydenin son durumu AÇIQLANDI

ABŞ-nin sabiq prezidenti Co Bayden prostat xərçəngi ilə bağlı son müalicəsinin nəticələrini açıqlayıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Bayden bildirib ki, ötən ilin payızında aldığı şüa müalicəsi "nəzərdə tutulduğu kimi nəticə verib". O, həkimlərə və digər tibb işçilərinə təşəkkü

15:03 222
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

13:40 210
.