Taksi sürücüləri istəylərinə nail oldu

Taksi sürücüləri istəylərinə nail oldu Azərbaycan Nəqliyyat Nazirliyi bu gündən etibarən taksi fəaliyyəti üçün avtomobillər üzrə buraxılış ili ilə bağlı tətbiq olunan məhdudiyyəti aradan qaldırıb.

Bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış ili 5 ildən artıq olan avtomobillərə də icazə veriləcək. Bunu «APA-ECONOMICS»ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib: «Buraxılış ilindən 5 il keçməsi məsələsi ləğv edilib. Çünki elə avtomobillər var ki, bunlar həmin vaxtdan əvvəl buraxılsa da, texniki cəhətdən saz avtomobillərdir və taksi fəaliyyəti üçün texniki tələblərə, lisenziya almaq şərtlərinə cavab verir».

Xatırladaq ki, taksi fəaliyyəti üçün lisenziya alınması barədə Nəqliyyat Nazirliyinin tətbiq etdiyi şərtlərə əsasən, taksi fəaliyyəti üçün lisenziyalar yalnız son 5 ildə istehsal olunan avtomobillərə - buraxılış ili 2007-ci ildən əvvəl olmayan avtomobillərə verilə bilərdi. Lakin indi bu qayda ləğv edilib. N.Həsənovun sözlərinə görə, Nazirliyin rəhbərliyi bu qaydanın ləğvi zamanı edilən çoxsaylı müraciətləri, hazırda taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin bir hissəsinin texniki vəziyyətinin normal olduğu, eləcə də bəzi sürücülərin belə avtomobilləri yenicə aldığını nəzərə alıb: «Buna görə taksi avtomobilləri üçün buraxılış ili məhdudiyyəti ləğv edilib».

Bununla yanaşı, qaydanın ləğv olunması heç də o demək deyil ki, taksi fəaliyyəti üçün bütün avtomobillərə lisenziya veriləcək. Əvvəla keçmiş SSRİ və indiki Rusiya istehsalı olan avtomobillər buraxılış ilindən asılı olmayaraq taksi kimi istifadə olunmayacaq, taksilərin hamısı xarici maşınlar olmalıdır. Bundan başqa, N.Həsənovun sözlərinə görə, lisenziya verilməsi üçün avtomobil texniki cəhətdən saz vəziyyətdə olmalı və lisenziya üçün qoyulan parametrlərə cavab verməlidir: «Maşınların texniki vəziyyəti ciddi surətdə araşdırılacaq, texniki tələblərə cavab verən səviyyədədirsə, ona lisenziya veriləcək».


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5751   Tarix: 05 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu institut ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə

10.06.2026 167
.

Kirayə mənzillərin bahalaşmasının əsas səbəbləri

"Son illərdə kirayə mənzil bazarında, xüsusilə keyfiyyətli və tam təmirli mənzillərə tələbat təklifdən daha sürətlə artıb. Nəticədə kirayə qiymətlərində yüksəliş müşahidə olunur". Bunu BİG.Az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, xüsusilə metr

10.06.2026 222
.

İxracın qarşısındakı maneələr: logistika və nəqliyyat xərcləri

"Azərbaycan iqtisadiyyatının daha sürətli inkişaf edə bilməməsinin əsas səbəblərindən biri ölkənin dünya okeanlarına birbaşa çıxışının olmamasıdır. Bu gün qarşılaşdığımız ən ciddi problemlərdən biri də məhz budur. Dünya təcrübəsi göstərir ki, iqtisadi baxımdan uğur qazanan ölkələrin əksəriyyət

10.06.2026 179
.

Emiliano Martines "Yuventus"a keçəcək

Argentinanın heyətində Dünya çempionatının qalibi qapıçı Emiliano Martines İngiltərənin "Aston Villa" klubundan Turinin "Yuventus" klubuna keçəcək. -ın xarici mediaya istinadən məlumatına görə, İtaliya klubu 33 yaşlı qapıçı ilə üç illik müqavilə imzalayacaq. Emiliano Martines 2020-c

10.06.2026 143
.

"Son zəng" bu il neçə nəfər üçün səslənəcək?

Azərbaycan məktəblərində "Son zəng" tədbirləri iyunun 13-də keçiriləcək. Elm və Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu il ölkənin ümumi təhsil müəssisələrinin XI siniflərini təxminən 116 min şagird bitirir. Paytaxt məktəblərində isə bu il 37 22 nəfər məzun olur. Nazirliyi

10.06.2026 227
.

İxtisas seçimi: Gələcəyi müəyyən edən ən vacib qərar - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitetə ixtisas seçimi gəncin gələcək həyatına birbaşa təsir edən ən mühüm mərhələlərdən biridir. Bu dövrdə abituriyentlər çox vaxt öz arzuları ilə valideynlərinin gözləntiləri və müəllimlərin tövsiyələri arasında seçim etməkdə çətinlik çəkirlər. Ailələr adətən daha sabit və perspektivli hesab etdiklər

10.06.2026 195
.

Taliban: Pakistanın Əfqanıstana hava hücumları nəticəsində azı 13 nəfər həlak olub

Əfqanıstan Talibanının sözçüsü Zəbihullah Mücahid çərşənbə günü bildirib ki, Pakistan ordusunun Əfqanıstanın üç əyalətində hava hücumları nəticəsində 11-i uşaq olmaqla ən azı 13 nəfər həlak olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, bu il yüzlərlə insanın ölümünə səbəb olan münaqişənin yenidə

10.06.2026 191
.

Tramp xəbərdarlıq edib: İran ABŞ-la danışıqları uzatmasının hesabını ödəyəcək

İran özünə sərf edən razılaşma üzrə danışıqları həddindən artıq uzatdı, bunun hesabını ödəyəcəklər. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb. "Onlar özləri üçün çox sərfəli ola biləcək razılaşma üzrə danışıqları həddindən artıq uzatdılar, indi is

10.06.2026 125
.

İsrail ordusu bir neçə Hizbullah terrorçusunu məhv etdi və hücumları davam etdirir

İsrail ordusu çərşənbə günü təsdiqləyib ki, İsrail ordusu Livanın cənubunda İsrail qoşunlarının yaxınlığında fəaliyyət göstərən bir neçə Hizbullah terrorçusunu vurub öldürüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, bundan əlavə, İsrail Müdafiə Qüvvələri Tirdə partlayıcı dron buraxılış məntəqəs

10.06.2026 183
.

TOP MP3