Hər səhər limonlu-ballı su için... - İNANILMAZ NƏTİCƏ

Hər səhər limonlu-ballı su için... - İNANILMAZ NƏTİCƏ1 il hər səhər limonlu-ballı su içdiyini açıqlayan avstriyalı yazıçı Crystal Davis sonradan bu barədə məqalə yazaraq sehrli içkinin təsirlərindən bəhs edib.

BiG.AZ ailem.az-a istinadən məşhur yazıçının limonlu-ballı içkinin faydaları haqda fikirləri ilə sizi də tanış edir.

O, bildirib ki, bir neçə il əvvəl qrip olanda ballı və limonlu içkilər alıb içib, ancaq heç bir faydasını görməyib. Bunun əvəzinə evdə təzə sıxılmış limon suyu ilə balı qarışdırıb içib. Bu dəfə o, öz hazırladığı təbii içkinin təsirini görüb: "12 ay boyunca hər səhər bu qarışımı hazırlayıb içdim. Həyatım tamamilə dəyişdi. Bütün il ərzində qrip, soyuqdəymə və ya hər hansı başqa bir xəstəliyə yoluxmadım. Təbii ki, ilk günlərdə bəzən burnum axırdı, başım ağrıyırdı, lakin bir müddət sonra bu simptomların heç birinə rast gəlmədim. Böyük ailəm var. Bəzən ətrafımdakı hər kəsin soyuqdəyməyə tutulduğunu görürəm. Buna baxmayaraq, qrip mənə keçmir".

C. Davis səhərlər oyanmaq üçün qəhvəyə ehtiyacı olmadığını da əlavə edib. Limon və balın qazandırdığı enerji ona gün boyu yetir: "Qəhvəyə vərdiş edən insan onu bir gün içməyəndə baş ağrıyır. Lakin limonlu-ballı suyun verdiyi enerjiylə səhərlər daha gümrah oluram. Əvvəllər yuxudan oyandıqdan sonra ən az 1 saata özümə gəlirdim. Artıq ailə üzvlərim də limonlu-ballı suya vərdiş ediblər. Bunun sayəsində ətrafımdakılar də daha sağlamdır".

Limonlu-ballı içkinin hazırlanma qaydası:

Yarım təzə limonun suyuna bir çay qaşığı təbii bal əlavə edin. Qaynatdığınız bir fincan su azca soyuyanda bu qarışımı əlavə edin. Hər səhər ac qarına için.

İnfeksiyalardan qoruyur

Səhər yuxudan oyanan kimi bu qarışımı içmək həzm sisteminə təsir edir və bağırsaqlara lazım olan maye ehtiyacını qarşılayır. Beləcə, qəbizliyin qarşısını alır. Eyni zamanda, sidikqovucu təsiri sayəsində sidik yollarını təmizləyərək, infeksiyaların qarşısını alır.

Həzmi yaxşılaşdırır

Limon qaraciyərin aktiv fəaliyyətini təmin edir və yeməklərin daha asan yandırılmasını şərait yaradır. Yeməklərdəki qidalandırıcı maddələr daha asan həzm sisteminə qarışar. Eyni zamanda, bal antibakterial xüsusiyyəti sayəsində infeksiyalara qarşı qoruyucudur. Bununla yanaşı, toksinlərin daha asan atılmasını və çəki tarazlığının qorunmasını təmin edir.

Dəri sağlamlığını təmin edir

Dəriyə bir çox faydası olan limon qanı təmizləyərək, yeni qan hüceyrələrinin istehsal edilməsinə kömək olur. Su və bal da dəri üçün qoruyucudur, antibakterial və kollagen artırıcı təsirə malikdir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 10840   Tarix: 30 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecə oyanıb tərpənə bilmirsiniz, sanki nəsə sizi boğur - Yuxu iflici nədir?

"Gecəyarısı yuxudan durursunuz, tərpənə bilmirsiniz. Bir barmağınızı belə hərəkət etdirə bilmirsiniz və sanki orada nəsə var. Kimsə sizin sinənizin üstündə oturub və sizi boğur". Ölkə.Az xəbər verir ki, bu sözləri klinik psixoloq Fuad Əsədov deyib. O bu halın "yuxu iflici" olduğun

07.04.2026 500
.

Hər gün nə qədər su içmək lazımdır? - Alimlər real normanı açıqladı

Tez-tez eşidirik ki, gün ərzində ən azı 8 stəkan su içmək lazımdır. Lakin yeni araşdırmalar göstərir ki, bir çox insan üçün bu miqdar artıq ola bilər. Qaynarinfo "Kiskegyed" nəşrinə istinadən xəbər verir ki, Şotlandiyanın Aberdin Universitetinin tədqiqatçılarına görə, insanların suya olan ehtiyac

01.04.2026 641
.

Xroniki böyrək xəstəlikləri hansı əlamətlərə malikdir? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki buraxılışında xroniki böyrək xəstəlikləri barədə müzakirə aparılıb. Xroniki və kəskin böyrək xəstəliklərinin fərqi nədir? Şəkərli diabet böyrəyi necə zədələyir? Hansı xəstəliklər böyrək çatışmazlığına səbəb olur?

28.03.2026 340
.

D vitamini çatışmazlığı cilddə hansı fəsadlar yaradır?

Dərinin nəm balansını qorumaqda vacib rol oynayan D vitamini kifayət qədər olmadıqda, cildinizdə müxtəlif problemlər yarana bilər. BİG.AZ xəbər verir ki, "Nutrients" jurnalında dərc olunmuş araşdırmaya görə, D vitamini çatışmazlığı dərinin nəm səviyyəsini azalda bilər. Xüsusilə serum D3 səviyyəs

09.04.2026 537
.

Qocalmanın qarşısını alan, arıqlamağa kömək edən yemək: Çox asan hazırlanır

Evdə asanlıqla hazırlanan ənənəvi Koreya yeməyi kimçi qocalmanı yavaşlada, immuniteti gücləndirə və arıqlamağa kömək edə bilər. Ölkə.az xəbər verir ki, mütəxəssislər kimçinin sağlamlıq faydalarını bölüşüblər. Yemək fermentləşdirilmiş tərəvəzlərdən hazırlanır. Ən çox çili bibəri, sarımsaq, zəncəfil, soy

06.04.2026 631
.

Hansı daha düzgündür: yeməkdən əvvəl, yoxsa sonra su içmək?

Gündəlik həyatda tez-tez müzakirə olunan mövzulardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bu məsələyə fərqli yanaşsalar da, ümumi tövsiyələr müəyyən məqamlarda üst-üstə düşür. BİG.AZ xəbər verir ki, qidalanma üzrə mütəxəssislərin sözlərinə görə

09.04.2026 497
.

Bu qidalar ürək üçün təhlükəlidir

Yüksək miqdarda ultra işlənmiş qida istehlakı ciddi ürək problemləri riskini əhəmiyyətli dərəcədə artırır. Nəticələr Amerika Kardiologiya Kollecinin İllik Elmi Toplantısında təqdim edilib. Araşdırmaya görə, gündə doqquz porsiyondan çox ultra işlənmiş qida qəbul edən şəxslərin ciddi ürək problemi yaşam

29.03.2026 314
.

3 möcüzə üçün bunu yeyin

Soyuq havada xəstəlik ehtimalı daha çox olduğundan süfrənizdə daim immuniteti gücləndirən qidalar, meyvələr olmalıdır. Mövsüm dəyişikliyi ilə insanların immunitetə daha çox eytiyacı var. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, belə meyvələrdən biri də heyvadır. A, B, C vitaminləri və potaşl

31.03.2026 637
.

Qoz, yoxsa badam: Hansı beyin üçün daha faydalıdır?

İnsanın qidalanması orqanizmin bütün funksiyalarına, o cümlədən beyin fəaliyyətinə birbaşa təsir edir. Mütəxəssislər bildirirlər ki, idrak qabiliyyətini və yaddaşı gücləndirmək istəyənlər qida rasionunda qoz-fındıq məhsullarına xüsusi yer ayırmalıdır. Qaynarinfo-nun "Prevention" nəşrinə istinadə

03.04.2026 679
.

TOP MP3