Misirdə turistlər artıq gecəyarısına qədər gəzə bilməyəcək

Misirdə turistlər artıq gecəyarısına qədər gəzə bilməyəcəkMisirin paytaxtı Qahirənin mərkəzində yerləşən kafe, mağaza və restoranlar artıq əvvəlkindən daha tez bağlanacaq. Bu qərar ABŞ və İsrail ilə İran arasındakı münaqişə fonunda artan enerji xərclərini azaltmaq məqsədilə hökumətin yeni sərəncamı ilə qəbul edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, kommersiya obyektləri həftə içi saat 21:00-da, həftə sonu isə 22:00-da bağlanacaq. Kopt Pasxası dövründə isə bu vaxt maksimum 23:00-a qədər uzadıla bilər. Bundan əvvəl həm yerli sakinlər, həm də turistlər kafe və küçələrdə gecəyarısına qədər vaxt keçirə bilirdilər.

Baş nazir Mostafa Mədubuli bu qərarı Misirin idxal olunan yanacaqdan yüksək asılılığı ilə izah edib. Fevralın sonundan başlayan münaqişədən sonra ölkənin aylıq enerji idxalı xərcləri iki dəfə artaraq 2,5 milyard dollara çatıb. İllik 20 milyard dollarlıq neft büdcəsinin təxminən 60 faizi elektrik şəbəkəsinin işlək vəziyyətdə saxlanmasına sərf olunur. Kiçik biznes artıq bu vəziyyətdən zərər görür: mağaza və kinoteatr sahibləri gəlirlərin 60 faizə qədər azaldığını bildirir, bəzi kafelər isə növbəli iş rejiminə keçməyə məcbur qalır.

Qahirədə turizm sektoru da bu dəyişikliklərdən təsirlənir. Məşhur bazarlar və tarixi məkanlar daha tez bağlandığı üçün turist axını azalır. Bununla belə, daha imkanlı sakinlər və turistlər məhdudiyyətlərdən azad olan Nil sahilindəki restoranlara və beynəlxalq otellərə üstünlük verirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1084   Tarix: 09 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

14.11.2026 142
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

14.11.2026 194
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 106
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14.11.2026 345
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 19
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 195
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

14.11.2026 163
.

2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını

00:11 152
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə

14.11.2026 272
.