Mənəvi zərər nədir və necə kompensasiya olunur?
"Mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və ya iztirab kimi qiymətləndirilir. Bu zərərə görə kompensasiya isə şəxsin pozulan mənəvi tarazlığının bərpası və yaşama motivasiyasının yenidən formalaşmasına xidmət edir".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, mənəvi sarsıntı şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində yaranan stress, qorxu, kədər, alçalma kimi neqativ emosional vəziyyətləri ifadə edir. Mənəvi iztirab isə daha ağır formada olub, fiziki ağrı və ya psixi əzab (məsələn, depressiya) ilə müşayiət olunur:
"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarında ər-arvadın şəxsiyyət hüquqları da xüsusi qeyd olunur. Bildirilir ki, ailə münasibətlərində tərəflər qarşılıqlı hörmət və məsuliyyət çərçivəsində davranmalı, bir-birinin hüquqlarını pozmamalıdır.
Ər-arvadın hüquqlarına qarşılıqlı hörmət, yardım gözləmək, sərbəst seçim etmək kimi hüquqlar daxildir. Bu hüquqların pozulması məişət zorakılığı, psixoloji təzyiq, laqeydlik, şəxsi və ailə sirrinin yayılması kimi hallarda özünü göstərə bilər.
Lakin boşanmaq istəyi və ya qanuni hüquqlardan istifadə (məsələn, əmlak bölgüsü tələbi) hüquqazidd əməl sayılmır.
Mənəvi zərər üzrə iddialara baxılarkən, şəxsin həqiqətən sarsıntı və ya iztirab keçirməsi sübut olunmalıdır. Kompensasiyanın məbləği isə hüquq pozuntusunun xarakteri, ağırlıq dərəcəsi, nəticələri və tərəflərin vəziyyəti nəzərə alınmaqla müəyyən edilir.
Qeyd edək ki, şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə bağlı iddialara iddia müddəti tətbiq edilmir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 650 Tarix: 10 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs
13:03 127 Varşava Ukraynada muzdlu əsgərlər legionu yaratdığını təkzib etdi
Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış Ukraynada döyüşən Polşa muzdlularının iştirakını təkzib edib. xəbər verir ki, RİA Novosti siyasətçinin sözlərini sitat gətirib. Brifinq zamanı jurnalistlər nazirdən Polşanın Ukraynadakı döyüşlərdə iştirak etmək üçün beynəlxalq muzdlu əsgərlər legionu yaradıb-yaratmadığın
12:07 120 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. BİG.AZ APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyin
10:27 211 Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA
Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla
13:06 127 Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
12:16 133 Japarov sanksiyaların tətbiqi ilə bağlı BMT-yə müraciət edib
Bəzi dövlətlər sanksiyalardan suveren ölkələrin daxili işlərinə müdaxilə etmək vasitəsi kimi istifadə edirlər. xəbər verir ki, Sputnik-in Telegram kanalında yayılan məlumata görə, bunu Qırğızıstan Prezidenti Sadir Japarov BMT Baş Assambleyasının iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə
12:13 125 Moskva İrəvanın Aİ-yə inteqrasiya kursunu şərh etdi
Rusiya hesab edir ki, Ermənistan Avropaya inteqrasiyanın mümkün təhlükələrini obyektiv şəkildə qiymətləndirir. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov RİA Novosti-yə müsahibəsində bildirib. "Ölkənin inkişaf vektorunu
12:17 120 Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşməyə hazırdır. Bunu ABŞ dövlət katibi Marko Rubio NBC kanalına müsahibəsində bildirib. O, ABŞ tərəfinin İran Prezidenti Məsud Pezeşkianla da görüşə hazır olduğunu deyib. "Hazırd
22.09.2026 228 İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycanl
13:10 236