Emmanuel Makron kimdir? — Fransanın yeni prezidenti haqqında bilmədiklərimiz

Emmanuel Makron kimdir? - Fransanın yeni prezidenti haqqında bilmədiklərimizMayın 7-də Fransada prezident seçkilərinin həlledici - ikinci turunda "İrəli" hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəldi. Kimdir bu 39 yaşlı prezident?

BiG.AZ oxu.az-a istinadən oxucuları Fransanın yeni prezidenti ilə yaxından tanış edir.

Emmanuel Makron 1977-ci ilin 21 dekabr tarixində Amyen şəhərində anadan olub. Onun atası Pikardiya universitetinin nevrologiya sahəsi üzrə professoru Jan-Mişel Makrondur. Anası isə həkim Fransuaz Makron-Noqesdir.

Emmanuel Paris X-Nanter universitetində təhsil alıb. Bu universitet siyasi tədqiqatlar institutu və milli administrasiya məktəbidir. 1999-2001-ci illər arasında fransız filosof Pol Rikyörün köməkçisi olub.

Makron 2004-2008-ci illər arasında iqtisadiyyat nazirliyində inspektor vəzifəsini tutub. 2007-ci ildən Jak Attalın rəhbərlik etdiyi Fransa iqtisadiyyatının inkişafının yaxşılaşdırılması üzrə komissiyada hesabatçının müavini vəzifəsini tutub. "Rothschild & Cie Banque" şirkətində investor bankir olub. Bu vəzifəyə görə maliyyə Mosartı ləqəbini alıb.

39 yaşlı Makronu uğurlu bankir adlandırırlar. O, artıq milyonlar qazana bilib. Emmanuel 2006-cı ilddə sosialistlərin cərgəsinə qoşulsa da, 2009-cu ildə partiya sıralarını tərk edib. 2012-2014-cü illər arasında prezident Fransua Ollandın yanında baş katibin müavini işləyib. Sonradan isə iqtisadiyyat naziri təyin edilib.

Məhz onun dövründə "Makron qanunları" adlandırılan bir sıra liberal iqtisadi islahatlar paketi qəbul edilib. Hakimiyyət nümayəndələrinin fikrinə görə, bu qanun fransız iqtisadiyyatını dirçəltməli idi. Bu qanuna əsasən ticarət və nəqliyyat sahəsində, vəkil və notariusların iş prinsipində, əmək mübahisələri məhkəməsində, ev tikintisi və kiçik biznesdə dəyişikliklər olmalı idi. Makronun maqazinlərə bazar günü də işləməyi təklif etməsi böyük rezonansa səbəb oldu.

Bir il əvvəl "İrəli" hərəkatını yaradır və na sağ nə də sol düşüncəli olduğunu elan edir. Tezliklə Emmanuel istefa verir. Mətbuat o dövrdə bu qərarın prezident seçkilərində iştirak etmək niyyəti ilə verildiyini yazırdı.

2016-cı ildə Emmanuel rəsmi olaraq prezidentliyə namizədliyini irəli sürür. Seçki platformasında Emmanuel 2022-ci ilə qədər işsizliyi 7.7 %-ə salmağa söz verib. Bundan başqa pensiya islahatları keçiriləcək. Bununla belə yaş həddi və pensiya məbləği dəyişilməyəcək. Polis üçün əlavə 10 min iş yeri açılacaq. Hərbi xərclər 2 faiz artırılacaq. Eyni zamanda əks kəşfiyyatın vahid antiterror bölməsi yaradılacaq.

Siyasətçi Aİ çərçivəsində müdafiə məsələsində gücləndirilmiş əməkdaşlığa dəvət edir. Eyni zamanda avrozona üçün vahid büdcə yaradılmasını təklif edir.

Onun təhsil aldığı məktəb siyasətçilər üçün ən yaxşı təhsil ocağı sayılır. 2004-cü ildə nazirlikdə işə başlasa da, sonradan bank sahəsinə qoşulur. Amma 2012-ci ildə yenidən nazirliyə qayıdır.

Makron bankların birində işləyəndə yüksək maaş aldığı üçün tənqid edilir. Bundan başqa Emmanuel proqramını elan etmədən çoxminlik mitinqlər təşkil edirdi. Bu səbəbdən fransızların bir hissəsinin ondan xoşu gəlmir.

Makron özündən 24 yaş böyük müəlliməsi ilə ailə həyatı qurub.

Makron litseydə təhsil alanda indiki arvadı Bricitə aşiq olur. Amma Bricit o dövrdə ailəli olub. Bundan başqa, müəllim-tələbə münasibəti də cinayət sayılır. Amma Makron Bricitdən əl çəkmir və qadın boşanan kimi ona evlənmə təklifi edir. Bu vaxt Makronun 17, Bricitin isə 41 yaşı olub. Cütlük 2007-ci ildə ailə həyatı qurub.

Makronun anası Fulda Bricitə "oğlum 18 yaşını tamamlayana qədər ondan uzaq dur"- deyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1854   Tarix: 08 may 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kaliforniyada onminlərlə insan təxliyə edildi

Amerikanın Kaliforniaya ştatında meşə yanğınları genişlənərək yaşayış məntəqələrinə doğru irəliləyib. xəbər verir ki, Los-Ancelesə yaxın Santa Susana və Simi Vadisi bölgələrində təhlükənin artması səbəbindən onminlərlə sakin təxliyə edilib. Rəsmilərin məlumatına görə, ən böyük yanğın ocağı təxminən 60

19.05.2026 303
.

"Fəaliyyətim dövründə heç vaxt botoks və dolğu tətbiq etməmişəm"-Günel Kıran

"Botoks və dolğudan niyə istifadə etməməliyik? Azərbaycanda bu sahəni ilk öyrənən həkimlərdən biri olsam da, fəaliyyətim dövründə heç vaxt botoks və dolğu tətbiq etməmişəm". Bunu BİG.AZ-ın "Səmimi Söhbət" proqramına müsahibəsində radioloq Günel Kıran bildirib. O, qeyd edib ki, botok

19.05.2026 488
.

Pensiyaçılara SEVİNDİRİCİ XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə BİG.AZ-a nazirlikdən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna mali

19.05.2026 496
.

Bakıda kirayə qiymətləri niyə artır? - Ekspert səbəbləri açıqladı

"Bakıda kirayə mənzil bazarında ucuz mənzillərin sayı azalmaqda davam edir". Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Ekspertin sözlərinə görə, bazarda ucuz mənzillərin yerini daha bahalı mənzillər tutur və bu tendensiya ümumi kirayə qiymətlərinə birbaşa təsir göstərir:

19.05.2026 341
.

30 yaşlı həkim dostunun tabutunu daşıdığı zaman öldü

Çinin Quyçjou əyalətində 30 yaşlı həkim dostunun dəfn mərasimində ürəktutmadan dünyasını dəyişib. Kişi tabutu daşımağa kömək edərkən qəfil yerə yıxılıb. xarici KİV-ə istinadla bildirir ki, hadisə Bijie şəhər dairəsinin Veynin bölgəsində baş verib. Həmin gün kənd sakinlərindən birinin dəfni keçirili

19.05.2026 393
.

28° isti... - Sabahın havası

Mayın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətl

19.05.2026 361
.

AzTU-nun daha bir tələbəsi qəfil vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) MBA Proqramının I kurs tələbəsi Məmməd Məmmədli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Tələbənin ürəktutmadan vəfat etdiyi bildirilib. Qeyd edək ki, ötən gün universitetin daha bir tələbəsi Elnur İslamlı da qəfi

19.05.2026 468
.

Niyə ağaclar göy üzünə qədər uzana bilmir?

Kaliforniya sekvoyaları öz inanılmaz hündürlüklərinə yalnız əlverişli mühitə deyil, həm də son dərəcə mürəkkəb bioloji tarazlığa borcludur. Lakin bu sistemin də fizikanın qoyduğu qəti bir həddi var. Qaynarinfo xəbər verir ki, bu barədə "Raketa" yazır. Dünyanın ən hündür ağacları sırasında ola

19.05.2026 276
.

Təkcə içkilər deyil: təyyarədə qadağan olunan 5 QİDA

Avropa hava limanlarında əl yükündə maye daşınmasına dair sərt qaydalar hələ də qüvvədə qalır. Bəzi hava limanları məhdudiyyətləri mərhələli şəkildə yumşaltsa da, əksər ölkələrdə tələblər dəyişməyib. Üstəlik, qadağalar yalnız su və ya digər içkilərə aid deyil. xarici mediaya istinadən xəbər verir ki

19.05.2026 355
.

TOP MP3