"Azərbaycan dilinin izahlı lüğəti" proqramlaşdırdı

"Azərbaycan dilinin izahlı lüğəti" proqramlaşdırdı"Azərbaycan dilinin izahlı lüğəti" onlayn axtarış sistemində internet istifadəçilərinin istifadəsinə verilib.

BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə 3 aydan da az vaxta tamamlanıb. İstifadəçilər ADQ-nin www.adq.az saytına daxil olmaqla, ana səhifədəki pəncərədə "Azərbaycan dilinin izahlı lüğəti"ndə olan istənilən sözü yazmaqla, izahını "göstər"in üstünə tıklamaqla əldə edə bilərlər.

Xatırladaq ki, www.adq.az saytında "Orfoqrafiya lüğəti" də onlayn axtarış sistemində fəaliyyət göstərir. Axtarış sistemində proqramlaşdırılan lüğət 2004-cü il nəşridir. 2013-cü il nəşri qüsurlu olduğundan və hazırda AMEA-nın Dilçilik İnstitutu lüğətin təkmilləşdirilməsi yönündə işlər apardığından, son nəşr proqramlaşdırılmayıb. Buna baxmayaraq, sonuncu - 2013-cü il nəşrinin PDF variantı da internet istifadəçilərinə təqdim edilib.

Saytda həmçinin "Azərbaycan dilinin izahlı lüğəti"nin (4 cilddə) də PDF variantı var və istənilən istifadəçi heç bir ödəniş etmədən onu öz bilgisayarına yükləyə bilər.

"Azərbaycan dilinin izahlı lüğəti" və "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin axtarış sisteminə daxil edilməsi jurnalistlər, nəşriyyat işçiləri, tələbə və müəllimlər, ümumiyyətlə, söz adamlarının işini asanlaşdırmaq və ana dilimizdəki sözlərdən düzgün, yerində istifadə etməyə yardım məqsədi daşıyır.

ADQ bu yöndə çalışmalarını davam etdirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1307   Tarix: 23 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çinli milyarder səkkiz ay ərzində sərvətini itirdi

Çinli iş adamı, 37 yaşlı Yan Juntsze təsis etdiyi süni intellekt şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəbindən milyarder statusunu itirib. "Forbes"a istinadən xəbər verir ki, "MiniMax" şirkəti süni intellekt bazarı ilə bağlı investorların artan narahatlığından əziyyət çəkir

22.11.2026 184
.

Zelenski Ukraynanın Vaşinqtondakı səfiri postuna namizədlərin adlarını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Oksana Markarovanın Vaşinqtonda səfir vəzifəsinə qayıtmasını mümkün hesab edir. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Zelenski onlayn brifinq zamanı bildirib. Onun sözlərinə görə, digər mümkün namizədlər sırasında Yuliya Sviridenko

22.11.2026 177
.

Yaponiyada donanmanın nüvə sualtı qayıqları ilə təchizatı ehtimalı qaldırılıb

Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) əsas milli təhlükəsizlik sənədlərinin nəzərdən keçirilməsi çərçivəsində nüvə sualtı qayıqlarının istifadəyə verilməsi məsələsinin müzakirəsini istisna etməyib. "Report"un "Kyodo News"a istinadən məlumatına görə, LDP-nin Təhlükəsizli

22.11.2026 123
.

Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bütün Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna, Rusiya və ABŞ arasındakı danışıqların hazırlanmasında iştirak edə biləcək, bununla belə, orada bilavasitə səkkiz nümayəndə iştirak edəcək. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barəd

22.11.2026 193
.

Braziliyada qadın 33 illik köləlikdən azad edildi

Braziliyanın San-Paulu ştatının Embu-das-Artes şəhərində bir ev qulluqçusu 33 ildən artıq müddəti məvacibsiz və məzuniyyətsiz olaraq bir ailənin evində keçirib. xəbər verir ki, bu barədə Braziliyanın Əmək Prokurorluğu məlumat yayıb. Qadın təkcə ev işlərini görməklə kifayətlənməyib, həm də işəgötürənlər

22.11.2026 202
.

Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif

Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər. Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?. mövzu ilə bağlı "Kaspi"

22.11.2026 217
.

İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri general Jozef Auna təbrik məktubu göndərib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətil

22.11.2026 204
.

Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu

Ağcabədidə kişi arvadını döyüb. -a istinadən xəbər verir ki, 22 yaşlı Səxavət Bağırov (şərti adla) yaşadıqları evdə arvadı 37 yaşlı Nuranə Bağırovanı (şərti adla) üz və baş nahiyələrinə vuraraq döyüb. Zərərçəkənin şikayəti əsasında o saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Bağırovu

22.11.2026 246
.

Rumıniyada nazir müavini qaçaqmalçılıqda ittiham olunur: 880 min avroluq qalmaqal

Rumıniyanın Hərbi Prokurorluğu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Böyük Britaniyadan əlavə dəyər vergisi (ƏDV) ödəmədən helikopter alması ilə bağlı cinayət işini məhkəməyə göndərib. İş üzrə DİN-in Fövqəladə Hallar Departamentinin rəhbəri, nazir müavini Raed Arafat qaçaqmalçılıqda ittiham olunur

22.11.2026 178
.