1 aprel zarafatımız iki məşhuru düşmən etdi

1 aprel zarafatımız iki məşhuru düşmən etdi1 aprel Gülüş günündə iki tanınmış insan arasında qalmaqal yaradıb. Təbii ki, aprel zarafatı etmək istədik və belə alındı. Əməkdar artist Elza Seyidcahanla sevilən şair Vahid Əzizi üz-üzə qoyduq. Tərəflər hətta əsəbiləşərək, bir-birlərinin ünvanına ittihamlar səsləndiriblər. Amma bu, bizə asan başa gəlmədi. Zarafatın sonu hətta dava ilə nəticələnəcəkdi.

- Elza, tanınmış şair Vahid Əziz bizə açıqlamasında sənin şairlik istedadının olmadığını deyib. Bu fikirlə razısanmı?
- Vahid Əzizin mənim haqqımda bu sözləri deməyə ixtiyarı yoxdur. Çünki mənim şeirlərimə qiymət verən xalqdır. Mən özüm Vahid Əzizin şeirlərinə baxıb şair olmuşam. Əgər məni bəyənmirsə, mənə pis şair deyirsə, deməli, elə özü-özünü pisləyir.

- Heç şeirləriniz barəsində aranızda fikir mübadiləsi olub?
- Həmişə şeirlərimi tərifləyib. Amma bir dəfə mənə dedi ki, Elza, şeirlərini mənə gətir, bəzi yerlərində düzəliş edim. Bu sözlər xoşuma gəlmədi, çünki mən şeirlərimə düzəliş olunmasını istəmirəm.

- Ümumiyyətlə, münasibətiniz necədir?
- Yaxşı. Hansı məclisə gedirəmsə, məni yuxarı başda əyləşdirir, "gözəl xanım, burda oturma, orda otur" deyir. İndi nooldu, pis şair oldum? Onun sözlərinə mahnı da bəstələmişəm. "Aktyorlar" mahnısı çox məşhurdur. İndi durub məni pisləyir.

- Elə onu deyəcəkdim. Vahid Əziz deyir ki, o vaxt həmin şeirinə mahnı bəstələməyini istəmirmiş. Çünki sənin bəstəkarlıq istedadını da şübhə altına alır.
- Vahid Əziz çıxıb efirdə bu sözləri hamının gözü qabağında söyləsin. Xalq onu qınayar e, necə yəni mənim "Aktyorlar" mahnım pisdir, belə şey olar?

- Bəlkə, özü də şair olduğu üçün şeir yazmağını qısqanclıqla qarşılayır?
- Elə səbəb budur də. Elza şeirləri ilə qabağa gedir, xalq onu şairə kimi də tanıyır, sevilir. Bunu həzm eləmək asan deyil e… Həmişə məni qadınlar dəstəkləyib, kişi şairlər məni qısqanıblar. Çünki gözəl qadınam, gözəl mahnılar bəstələyirəm, gözəl də şeirlər yazıram. Buna görə də Vahid Əziz məni pisləyir.

- Bəlkə, bədahətən ona bir şeir söyləyib, necə bir şair olduğunu sübut edəsən?
- Yaz:
Şair səni vəsf eyləyim,
Yoxsa səni məst eyləyim?
Mən axşam proqramların birində qonaq olacağam, onda Vahid Əzizə üzümü tutub bu şeiri deyəcəyəm, qoy mənə cavab versin.

- Bəs Publika.az vasitəsi ilə Vahid Əzizə nə demək istərdiniz, deyin, özü də eşitsin.
- Vahid Əziz, qamçınızı, tüfənginizi hazır saxlayın, Elza Seyidcahan gəlir.

Vahid Əziz isə Elza xanım haqqında Publika.az-a bunları söylədi:

- Vahid müəllim, Elza Seyidcahanla münasibətiniz necədir?
- Salam-əleykimiz var. Mənim iki şeirimə mahnı da bəstələyib. İnsafən, mahnıları xoşuma da gəlib, yaxşı musiqilərdir, çox da sevilir.

- Şeirlərini bəyənirsiniz?
- Vallah, yalan nə deyim, oxumamışam, nə də eşitməmişəm.

- Bəs axı özü deyir ki, siz ondan şeirlərini istəmisiniz və demisiniz ki, Elza, şeirlərini gətir, düzəliş edim…
- Yox, yox, mən elə şey deməmişəm, yalan deyir.

- Elza onu da deyib ki, sizi bir şair kimi bəyənmir…
- Bəyənmir heç bəyənməsin. Vahid Əziz qız-gəlin deyil ki, hamının xoşuna gəlsin.

- Güya siz onu şair olaraq qısqanırsınız?
- Bu nətəhər olur. Bilirsən necədir, bu poeziya dəb kimidir. Bir var "Volodarski" fabrikinin istehsalı olan mallar. Bir də var podium üçün istehsal olunan geyimlər. Brend malı geyinib avtobusa minmirsən. Yəni küçə-baca geyimləri, bir də kübar məclislərin libası. Şeir də belədir. Vahid Əzizi heç kimlə qarışıq salmayın. Bu saat kim istəsə, şeir yaza bilər.
Dişlərini fırçala,
Tər-təmiz ol, düş yola.

Bu, şeir deyil axı. Sən Allah, məni Elzanın dilinə salma.

publika.az


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2437   Tarix: 01 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

550 milyonluq sərvətindən övladlarına bir qəpik də miras qoymayacaq

Stinq kimi tanınan Qordon Metyu Tomas Sumner adlı ingilis musiqiçisi övladlarına miras qoymayacağını açıqlayıb. Axşam.az xəbər verir ki, 550 milyon dollarlıq sərvəti olan musiqiçi bu addımını belə izah edib:. "Əsas prioritetləri öz əməkləri, zəkaları və səyləri ilə uğur qazanmaq olmalıdır. Onlar

09.05.2026 186
.

Ancelina Coli Avropaya tək köçəcək

Amerikalı aktrisa Ancelina Coli ABŞ-ni tərk edərək Avropaya köçməyi planlaşdırır. Axşam.az xəbər verir ki, bu barədə "Globe Magazine" məlumat yayıb. Bildirilir ki, aktrisa bu qərarı uşaqlarına daha müstəqil həyat vermək üçün qəbul edib. Mənbə bildirib ki, Coli uzun illər uşaqlarına qayğı göstəri

09.05.2026 195
.

"Bu insan məni kürəyimdən elə vurdu ki..." - Ülviyyədən ŞOK ETİRAF

Aktrisa və aparıcı Ülviyyə Xəlilbəyli sərt açıqlaması ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, bildirib ki, bir zamanlar yaxın dost hesab etdiyi şəxs ona ciddi zərbə vurub:. "Bir zamanlar dost sanıb evimi açdığım, sirrim

03.05.2026 1002
.

Seren Serengildən Aybəniz Haşımova ilə bağlı paylaşım

Türkiyəli müğənni Seren Serengil Əməkdar artist Aybəniz Haşımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Seren müğənninin ifasını sosial şəbəkə hesabında yayımlayıb. Videoda A.Haşımova Sezen Aksunun "Biliyorsun" mahnısını oxuyub. Seren həmin görüntüyə "Nə qədər gözəl səslər"

05.05.2026 548
.

Xoşqədəm arıqlayıb TANINMAZ HALA DÜŞDÜ - FOTOLAR

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda aparıcının xeyli çəki atması diqqətdən qaçmayıb. Onun makiyajsız, təbii halı izləyicilərin marağına səbəb olub. Sözügedən fotoları təqdim edirik

09.05.2026 639
.

Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım instaqramda həyat yoldaşı ilə olan yeni fotosun

10.05.2026 481
.

"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR? - FOTO

Aktrisa Gülzar Əşrəfovanın yaratdığı son rol tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. "Komedixana"nın son buraxılışlarının birində Qacarlar sarayında "bığlı gözəl" kimi tanınan Anis Əl Dolehin obrazının canlandırılıb. Qeyd olunan hissə sosial şəbəkələrdə böyük məşhurluq tapı

09.05.2026 549
.

Kanye Uest konserti üçün stadion tikəcək

Amerikalı reper Kanye Uest Albaniyada öz konserti üçün stadion tikəcək. Axşam.az xəbər verir ki, bu barədə "Vice" məlumat yayıb. Konsert 11 iyulda Tirana şəhərində keçiriləcək. İlk olaraq tədbirin Albaniya milli futbol komandasının ev stadionu olan "Eagle" stadionunda keçirilməs

03.05.2026 352
.

Sürücülərə ŞAD XƏBƏR - Cərimə balları ilə bağlı dəyişiklik təklifi

Qanunvericiliyə görə, yol hərəkəti qaydalarını pozan sürücü cərimə olunur və ona bəzi hallarda cərimə balı yazılır. Cərimə balı 20-ni keçdikdən sonra sürücünün sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırılır. Amma burada bir məsələ var ki, məsələn, dayanma-durma qaydalarının pozulmasına görə 60 mana

09.05.2026 212
.

TOP MP3