Dəri cavanlaşdıran 11 qida

Dəri cavanlaşdıran 11 qidaBəzi qidalar var ki, insanı yaşlanmağa qoymur, gəncliyin ömrünü uzadır. Düzgün qidalanmaya önəm verən və yaşı 40-ı, 50-ni ötən dünya ulduzlarının görüntüsü buna inanmaq üçün ən real nümunələrdir. Tabloid.az gənc qalan ulduzların müsahibələrindən bəhrələnərək dərini cavanlaşdıran, hətta onu qocalmağa qoymayan qidaların toplusunu hazırlayıb. Həmin qidalar bunlardır:

1. Böyürtkən, yaban mərsini, moruq və çiyələk kimi giləmeyvələrin xüsusilə tünd rəngli olanları zəngin antioksidant mənbələri kimi tanınır. Bu giləmeyvələr insanı qocalmasının qarşısını alır. Antioksidantla zəngin olan məhsullar vitamin mənbəyidir. Bu giləmeyvələr dərininin təravətini itirməyə qoymur. Hüceyrələri canlı saxlamağa və xəstəliklərdən qorumağa yardımçı olurlar.
Xərçəng hüceyrələrinin inkişaf etməsini əngəlləyirlər. Maddələr mübadiləsinin sürətlənməsinə kömək edir, zəhərli maddələri orqanizmdən çıxarırlar.

2. Paxlalılar ürək sağlamlığını qoruyurlar. Xüsusilə, ət yeməyənlər üçün mükəmməl zülal mənbəyidir.

Antioksidant təsirə malik A, C və E vitaminləri başda olmaqla minerallar və Omega-3, Omega-9 yağ turşuları ilə zəngindirlər. B qrup vitaminləri, kalsium və lif baxımından zəngin və zülal baxımından ətə bərabər tutulan paxlalı bitkilərin mütləq istehlak edilməsi olduqca zəruridir.
Heyvani qidalar və paxlalılar ən önəmli zülal qaynaqlarıdır. Zülal isə bildiyimiz kimi, hüceyrə quruluşunun əsas üzvi maddəsidir. Buna görə də qida ilə aldığımız zülal orqanizmə həm enerji verir, həm də orqanizmin inkişafına yardımçı olur. Bundan başqa, zülal immunitet sistemini qoruyur, maddələr mübadiləsinin surətlə işləməsini təmin edir.

3. Tam taxıllar lif, vitamin, mineral və antioksidant baxımından zəngindirlər. Yaşla birlikdə artan xərçəng və ürək-damar xəstəliklərinə tutulma riskini azaldır.
Tam buğda çörəyi taxılın bütün olaraq üyüdülməsindən hazırlanan undan bişirilir. Bir buğda dəni üç hissədən ibarətdir: Kəpək, endosperm, rüşeym.

Kəpək taxılın xarici hissəsi yəni, özəyidir. Taxılın ağırlıq olaraq 15 faizini təşkil edir. Xüsusilə lif baxımından zəngindir.

Endosperm taxılın 82.5 faizini təşkil edir. Klassik ağ un tamamilə endospermdən ibarətdir. Karbohidratlar (xüsusilə nişasta) baxımından zəngindir.

Rüşeym taxılın nüvə hissəsidir və ağırlıq olaraq 2.5 faizini rüşeym əmələ gətirir. B1, B6 və B9 (fol turşusu) vitaminləri və lif baxımından zəngindir. Rüşeymdə bir çox amin turşusu, vitamin, mineral, omega 3 və omega 9 yağ turşuları olur.

4. Zeytun yağı antioksidant və doymamış yağlar baxımından zəngindir. Xərçəng və yaşlanma ilə əlaqədar orqanizmdə müşahidə edilən xəstəliklərə qarşı bədəni qorumağa yardımçı olur.

Onun tərkibində A, D, E, K vitaminləri vardır. Bu vitaminlər antioksidant təsirə malik olub, kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə yardım edir, hüceyrələrin inkişafını stimullaşdırır. Onun tərkibindəki maddələr xolesterinin bağırsaqda mənimsənilməsinə maneçilik yaradır. Zeytun yağının dərini cavanlaşdırması isə çoxdan təsdiqlənmiş faktdır.
Zeytun yağı ən sağlam məhsullardan biri də hesab edilir. Zeytun yağı həm də ən təhlükəsiz məhsul ona görə hesab edilir ki, onun istifadəsi ilə bağlı heç bir sərt məhdudiyyət də yoxdur.

Bu unikal məhsul kosmetologiyada da geniş istifadə edilir. Çünki zeytun yağı dərini gözəlləşdirir, saçları parlaq edir.

5. Pomidor dərini gənc saxlayan likopen adlı antioksidant maddəsinin mənbəyidir. Likopen hüceyrələrin qocalmasının qarşısını alır. Pomidorun qabığı dərini təmizləyir. Təbii maskalarda bu tərəvəzdən istifadə edilir.

Pomidorun tərkibində E, B6, B3, C, A, K vitaminləri var. C vitamini yorğunluqla mübarizə aparır. İmmun sistemini gücləndirir. Bu tərəvəz sözün əsl mənasında qocalığı gecikdirir. Əgər cavan qalmaq istəyirsinizsə, pomidor yeyin.
Pomidorun tərkibinin 93 faizi sudur. Buna görə də susuzluğu aradan qaldırır və bədənə az kalori verir.

6. Fındıq, qoz sağlam yağ, vitaminlər və zülal anbarıdır. Ürək və beyin sağlamlığını qoruyur. Fındıq A və E vitaminləri ilə boldur. Bu da beyin fəaliyyətini yaxşılaşdırır. Fındığı qovrulmamış yemək daha faydalıdır.

Fındıq hələ qədimlərdən çox məşhur olan ləpəli bitkidir. Əcdadlarımız fındıqdan təbii fəlakətlərə və pis nəfislərdən qorunmağa qarşı amuletlər düzəldirlərmiş.
Qafqazda qoz ağacı ən nüfuzlu ağac hesab olunur. Elə burda da 4 əsr görmüş qoz ağaclarına rast gəlmək olar. Qoz amin turşuları, tainlərlə və qiymətli minerallarla zəngindir. Qoz fiziki tükənməyə, anemiyaya, ürək və mədə xəstəliklərinə, sinir sistemi pozğunluğuna, kişilərdə isə cinsi gücsüzlüyə çox böyük kömək edir.

7. Balıq dəri sağlamlığını sağlamlığını qorumaqla yanaşı, alzheymer və iflic riskini də azaldır. Ümumiyyətlə, dəniz məhsulları sağlam həyat tərzi keçirmək istəyənlərin menyusundan əksik olmamalıdır. Xüsusilə, sardina və qızıl balıq tərkibindəki omega 3 yağları sayəsində görmə qabiliyyətini yaxşılaşdırır.
8. İspanaq dərini Günəşin yaratdığı bəladan qorumağa yardımçı olur. İspanaq dərinin elastikliyini artıran beto karoten və lutein ibarətdir. Bu bitki vitamin C, beta-karoten və müxtəlif mineralları özündə cəmləşdirir. Bu da saçların sağlam və güclü olmasına kömək edir.
Həmçinin tərkibində su çox olduğu üçün saçı nəmləndirərək daha yumşaq olmasını təmin edir. İspanaq saç dərisinin sağlamlığını qoruyur. Kəpək və göbələk kimi problemlərin yaranmasına mane olur.

9. Qırmızı üzüm özündə qanı sulandıran restveratrol maddəsini ehtiva edir, ürək sağlamlığını qorumağa dəstək olur. Dərinin təzə və təmiz bir görünüş almasını təmin edir, allergiya və kirəcləşmədə iltihab meydana gəlməsinə mane olur.
A, B1, B2, C vitamini ilə yanaşı tərkibində kalium, maqnezium ehtiva edən üzümün insan sağlamlığı baxımından tək başına bir əczaxana olduğu araşdırmalarla da sübut edilib. Üzümün faydalarının sayıla bilməyəcək qədər çox olduğunu dilə gətirən araşdırmaçılar, xüsusilə baş ağrısı və xərçəngə qarşı üzümün qoruyucu təsiri olduğunu da ifadə edirlər.

10. Yaşıl çay ən güclü antioksidant kimi tanınan "EGCG maddəsini özündə ehtiva edir. Xərçəng, ürək və alzheymer riskini azaldır.

Diyetoloqlar bu faydalı içkidən hər gün içməyi tövsiyə edirlər. Onun tərkibində də arıqlamağa kömək edən və mübadiləsini sürətləndirən maddələr var.
Unutmayın ki, bu çay xərçəng hüceyrələrinin yaranmasına mane olur, ürəyi və damarları möhkəmləndirir.

Əhəmiyyətli faydalar vəd edən yaşıl çay qara ciyər, prostat, ağciyər, mədəaltı vəzi və qalın bağırsaq xərçənginə qarşı qoruyucu təsiri ilə diqqət çəkir. Bir dilim limon əlavə edərək istehlak edəcəyiniz yaşıl çay yüksək antioksidant xüsusiyyəti ilə içkilərin baş tacıdır.

11. Qara şokolad yemək və ya içmək dəri Günəşin mənfi şüalarının yaratdığı bəladan qoruyur. Dəridəki qan dövranını artırır və dərinin özünü nəm saxlama tutumunu artırır.

Şokolad gözəllik üçün də önəmli qida maddələrindən biridir. Araşdırmalar göstərib ki, gözəl və sağlam dəri üçün gündə 20 qram şokolad yemək lazımdır.
Şokolad xoşbəxtlik hormonu adlandırılan endorfinin ifrazını dəstəkləyir. Həmçinin insanın özünü yaxşı hiss etməsinə kömək edən seratonin hormonunun istehsalını artırır. Bədənə enerji verən şokolad gün ərzində yorğun hiss etməyin qarşısını alır.

Qara şokoladın tərkibində antioksidant var. Bir çox meyvələrdə və tərəvəzlərdə də mövcud olan bu maddə bir çox xəstəlikdən qoruyur.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5444   Tarix: 23 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

09.12.2025 280
.

Şirəsini sıçratmadan narı dənələməyin asan yolu - Qaşıqla 1 dəqiqəyə

Narın təmizlənməsi çoxları üçün çətin və səliqəsiz bir iş olduğundan, bir çox insan bu meyvədən uzaq durur. Lakin sadə bir fənd sayəsində narı təmizləmək cəmi bir dəqiqə çəkir və ətraf tamamilə təmiz qalır. -ın xarici mediaya istinadla xəbərinə görə, bunun üçün yalnız iti bıçaq və adi metal qaşıq kifayətdir

07.12.2025 500
.

"Ən bahalısı 1200 manatdır" - Alıcı tapılmır

Təxminən Yeni İlin gəlməsinə günlər qalıb. Bayram simvollarının qiyməti isə getdikcə artıb. Bəs bahalaşma nə ilə bağlıdır?. xəbər verir ki, Yeni ili yeni yolka və oyuncaqlarla girmək istəyənlər də az deyil. Satıcıların sözlərinə görə, hər məhsulun öz alıcısı var:. "Ən bahalı yolka 1200 manatdır

07.12.2025 424
.

"Netflix" "Warner Bros."u 82,7 milyarda aldı

"Netflix" əfsanəvi kino studiyası "Warner Bros."u 82,7 milyard dollara satın alıb. Axşam.az xəbər verir ki, şirkət bununla bağlı rəsmi açıqlama yayıb. Tərəflər arasında müqavilənin ləğvi olacağı təqdirdə 5,8 milyard dollarlıq cərimə nəzərdə tutulur. Bundan başqa, "Warner Bros."u

07.12.2025 249
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1107
.

Mask Avropa İttifaqını ADR-in xüsusi xidmət orqanları ilə müqayisə etdi

ABŞ-li sahibkar İlon Mask Avropa hökumətinin onun "X" platformasını cərimələməsini kəskin tənqid edib. xəbər verir ki, İ.Mask öz sosial şəbəkə hesabında bu barədə yazıb. O, Avropa İttifaqının sözügedən addımını ADR-in (Almaniya Demokratik Respublikası) dövlət təhlükəsizliyi xidməti - "Ştazi"ni

06.12.2025 225
.

DİQQƏT! Bu gündən dekabrın 17-dək...

Bu ilin ən güclü və parlaq meteor yağışlarından biri olan Geminid meteor yağışı bu gündən başlayaraq dekabrın 17-dək aktiv olacaq və dekabrın 14-də öz zirvəsinə çatacaq. "Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, meteo

07.12.2025 631
.

Yaponiyada insanların duş alması üçün nəzərdə tutulan QƏRİBƏ AVADANLIQ

Yaponiyada sərgidə insanların duş alması üçün nəzərdə tutulan qəribə avadanlıq nümayiş olunub. "Barron"s" nəşrinə istinadən xəbər verir ki, cihaz 1970-ci ildə "Science" şirkəti tərəfindən təqdim edilən məhsulun təkmilləşdirilmiş versiyasıdır. Məlumata görə, bu cihazdan istifad

30.11.2025 343
.

Tarixdəki ən böyük ilan: O, avtobusdan uzun olub

Müasir Kolumbiya ərazisində bir zamanlar şəhər avtobusundan uzun və kiçik bir avtomobildən daha ağır olan bir ilan yaşayıb. O, dinozavrlardan sonra bu mənzərədə hökmranlıq edib. Qaynarinfo xəbər verir ki, Rutqers Universitetinin evolüsion bioloqu Skott Trevers "Forbes" üçün yazdığı məqaləsind

06.12.2025 285
.

TOP MP3