Bu gün Azərbaycanda Sevgililər günü qeyd edilir

Bu gün Azərbaycanda Sevgililər günü qeyd edilir30 iyunda İlham və Fərizənin toyu olub.

Bizim ölkədə Sevgililər günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi, 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilir.

Bu tarix İlham və Fərizənin xatirəsinə ithafən qeyd edilir. Bu cütlüyün faciəvi məhəbbət hekayəti milyonlarla azərbaycanlını sarsıtdı. İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar.

2004-cü ildən Azərbaycanda Sevgililər günü 30 iyun tarixində qeyd edilir. Bu günün tarixçəsi qəmli də olsa onların məhəbbətini, Leyli və Məcnun, Fərhad və Şirinin məhəbbətləri ilə müqayisə etmək olar.

Ailə quran gənclər ümid və arzu dolu idilər. Amma 1990-cı ilin gəlişi cavanlara bədbəxtlik gətirdi. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet tanklarının Bakıya girdiyi an İlham hadisələrin şahidi oldu. Bu şahidlik onu şəhidlik zirvəsinə qaldırdı.

Həyat yoldaşının öldüyünü eşidən Fərizə onsuz həyatdan imtina etdi. İntihara cəhd edən Fərizəyə mane oldular, ilk cəhdinin boşa çıxmasına baxmayaraq, o fikrindən dönmədi. O, sirkə içərək doğmalarına vida məktubu yazıb, İlhamsız yaşaya bilməyəcəyini bildirdi. Məktubunu sona çatdıra bilməyən Fərizə bətnindəki körpəsi ilə əbədiyyətə qovuşdu.

İlham və Fərizənin faciəvi talelərinə baxmayaraq, Azərbaycanda Sevgililər günü onların nikaha daxil olduqları tarixdə qeyd edilir. Bu tarix azərbaycanlılar üçün əsl məhəbbət və sədaqət bayramıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3008   Tarix: 30 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Günəşi görmədən 1500 il: Misirdə palçıq altında qalmış şəhər tapıldı

Nil deltasında minilliklər boyu yığılan lil təbəqələri qədim şəhərləri gizlədərək çoxsaylı arxeoloji tapıntıları qoruyub saxlayıb. Qaynarinfo xəbər verir ki, "DailyGalaxy" nəşrinin yazdığına görə, alimlər bu yaxınlarda Tell əl-Farain arxeoloji ərazisində - qədim Buto şəhəri ilə əlaqələndirilə

02.04.2026 409
.

Ödənişli yolda "Bentley" ilə qəza törətdi, kəmər həyatını xilas etdi - Video

"Ötən gün saat 06:00 radələrində "Bentley" markalı avtomobil Bakı-Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb. O, qəza nəticəsində xəsarət alıb"​. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlə

02.04.2026 425
.

Əsma Əsədin Bəşər Əsəddən boşanmaq istəməsi ilə bağlı yeni İDDİA

Suriyanın devrilmiş lideri Bəşər Əsədin Dəməşqin süqutundan sonra Rusiyaya qaçdığı və çətin bir dövr keçirdiyi iddia edilir. Həyat yoldaşı Əsma Əsədin bir daha ondan boşanmaq qərarına gəldiyi və bununla da evliliklərinə son qoyduğu və Əsədin ağır psixoloji stressdən əziyyət çəkdiyi iddia edilir. bildiri

02.04.2026 330
.

Uşaqlarla pul haqqında necə danışmalı?

Bir çox valideyn pul mövzusunda danışmaqdan çəkinir, sanki bu mövzu ya utandırıcıdır, ya da uşaqlar üçün hələ tezdir. Halbuki uşaqlar ailədəki atmosferi böyüklərin düşündüyündən daha həssas şəkildə hiss edirlər. -ın xarici mediaya istinadən xəbərinə görə, uşaq görürsə ki, pul mövzusu gərginlik yaradır

02.04.2026 311
.

"Instagram" ödənişli olacaq - Yeni funksiyalar gəlir

"Instagram" istifadəçilər üçün yeni ödənişli abunəlik paketini təqdim etməyə hazırlaşır. -a istinadən xəbər verir ki, "Instagram Plus" adlandırılan bu xidmət platformada əlavə funksiyalar və daha geniş imkanlar vəd edir. Yeni abunəlik vasitəsilə istifadəçilər paylaşanın xəbəri olmada

02.04.2026 412
.

Kallas: Hörmüz boğazında təhlükəsizlik Aİ üçün təxirəsalınmaz prioritetdir

Hörmüz boğazında təhlükəsizlik Avropa İttifaqı üçün prioritetdir. APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X"-də Çin XİN rəhbəri Van İ ilə danışıqlarının yekununa dair yazıb. "İranın mülki gəmilərə hücumları və dah

02.04.2026 397
.

Rumıniyada Mirça Luçesku erası başa çatdı

Rumıniya Futbol Federasiyası baş məşqçi Mirça Luçesku ilə yollarını ayırdığını açıqlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanu açıqlamasında Luçeskuya təşəkkür edərək deyib: "Cənab Mirça Luçesku bu çağırışı qəbul etdi və Rumıniy

02.04.2026 319
.

10 yaşlı məktəblini dərsə gedərkən it qapdı

Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zərur

02.04.2026 455
.

İranda Yaxın Şərqin ən hündür körpüsü partladıldı

ABŞ-İsrail qüvvələrinin havadan zərbəsi nəticəsində İranın paytaxtı Tehran yaxınlığındakı Kərəc rayonunun Əzimiyyə bölgəsinə B1 körpüsü partlayıb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Bundan sonra Kərəcin bəzi hissələrində elektrik enerjisi kəsilib

02.04.2026 433
.

TOP MP3