Bayağı musiqilər zövqü və əsəbləri korlayır

Bayağı musiqilər zövqü və əsəbləri korlayırTaksidə, avtobusda eşitdiyimiz bu musiqilər insanların zövqünə də mənfi təsir edir

"Səni məndən, məni səndən edən
Nənən ölsün, baban ölsün.
Amin deməyən dillər qurusun,
Yandım ay qız, öldüm ay qız..."

Artıq bir neçə gündür ki, səhər işə gələndə qonşuluqda yaşayan taksi sürücüsünün bu musiqinin (?) sədaları altında maşınını təmizlədiyini görmək "nəsib"im olur. Bu azmış kimi, ardınca da mindiyim marşrutda başqa birinin ifasında daha zövqsüz bir musiqinin sədaları altında yol getməli oluram. Sözlərdəki bayağılıq bir tərəfdən, ritm də bir tərəfdən o qədər pis təsir edir ki, gün ərzində əhvalımı düzəltməkdə bəzən çətinlik çəkirəm. Təəssüf ki, tək deyiləm. Mənim kimi bu vəziyyətdən əziyyət çəkən insanlar minlərlə, hətta on minlərlədir. Bayağı musiqilərin bu qədər kütləviləşməsi, az qala gündəlik həyatımızın tərkib hissəsinə çevrilməsi artıq ciddi bir problemə çevrilib. Hələ üstəlik, onların bəzilərinin narkomaniyanı, alkoqolu, pis vərdişləri təbliğ etməsi, bəzən isə pis ifadələrlə meyxanaların səsləndirilməsi problemi daha da dərinləşdirib və aktuallaşdırıb. Bu cür musiqilərin kəskin dərəcədə kütləviləşməsi nə ilə bağlıdır? Bunun qarşısını necə almaq olar?

İncəsənət xadimindən həyəcan təbili

Tanınmış bəstəkar, incəsənət xadimi Faiq Sücəddinovun sözlərinə görə, bu gün musiqilərimiz çox acınacaqlı bir vəziyyətə gəlib çıxıb: "Yazılan sözlər də, bəstələnən musiqilər də çox bəsitdir. Musiqini, şeiri başı çıxan şəxs yazmalıdır. Tək qafiyə xətrinə nə isə yazmaq düzgün deyil. Musiqi çox dərin bir elmdir. Musiqi nəzəriyyəsindən hər bəstəkar, şair baş çıxara bilmir. Əvvəlki illərdə yazılan mahnılar bu gün də unudulmur, dinlənilir. Ona görə ki, o dövrlərdə söz də, musiqi də, ifaçı da bir-birini tamamlayırdı. Lakin bu gün mahnı oxunur, 3-5 gündən sonra unudulub gedir. Çünki söz də ucuzdur, musiqi də, ifaçı da. Mən o vaxtlar mahnı bəstələyəndən sonra onu Şövkət xanıma, bir çox dəyərli sənətkarlara göstərirdim. Çünki musiqinin ölçüsü var, elmi var, hər bir sözün üzərində saatlarla, aylarla işlənməsi var. Lakin indi bir saata mahnı bəstələnir, təqdim olunur ifaçıya. Müğənni də onu bir saata yazdırır, tamaşaçıya təqdim edir. Daha ifasının, düzgün deyilişin üzərində işləmir. Nəyinsə xatirinə söz yazmaq, musiqi bəstələmək yaxşı deyil".

F.Sücəddinov problemin həddən artıq böyüdüyünü deyir. Bildirir ki, vəziyyət dəyişməyəcəyi təqdirdə bayağı mahnılar get-gedə xalq və əsl bəstəkar mahnılarını sıradan çıxaracaq: "Bu gün əsl bəstəkar mahnısı yox dərəcəsindədir və olanlar da səslənmir. Get-gedə bayağı mahnılar özlərinə daha çox yer tutacaqlar, bəstəkar və xalq mahnıları isə yox olacaq, tamamilə silinəcəklər. Bizim mahnıları gürcülər, dağıstanlılar, ermənilər oxuyurlar. Biz isə qulaq asırıq".

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu da vəziyyətdən ciddi narahatdır. Onun sözlərinə görə, bu gün professionallar mahnı janrında fəal iştirak etmədiklərinə görə musiqilərimiz bərbad duruma düşür. Şair bildirir ki, bayağı mahnıların şair və bəstəkarları öz məhsullarını müğənnilərə çox yüksək məbləğə sata bilirlər: "Həmin bəsit mahnıları alan alıcı müğənninin də səviyyəsi satıcı kimidir. Zər qədrini zərgər bilər. Gərək alıcı zər qədrini bilsin ki, aldığı nədir. Əldəqayırma şairlər, bəstəkarlar, müğənnilər o zövqü kütlənin zövqünə formalaşdırıblar. Kütləni arxanca hara istəsən apara bilərsən. İstəyirsən işıq gələn tərəfə apar, istəyirsən qaranlığa".

Nəqliyyatda qadağalar fayda vermir

Bayağı musiqilər insanların əsəblərini pozmaqla yanaşı, zövqünü də korlayır. Bu isə həm xoşagəlməz, həm də təhlükəli tendensiyadır. Əsəbi və zövqsüz insan özünə, yaxınlarına, eyni zamanda cəmiyyətə müsbət heç nə aşılaya bilməz. Bunu biz özümüzdən demirik, bu, psixoloqların, mütəxəssislərin gəldiyi qənaətdir. Bu cür musiqilərin daha çox yayıldığı yer ictimai nəqliyyatdır. Paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarda işə gələn və işdən gedən vaxtlarımızda əsəblərimizin korlandığı məqamlar çox olur. Bir müddət əvvəl mətbuatda Nəqliyyat Nazirliyinin avtobus sürücülərinə nəzarəti gücləndirməsi ilə bağlı xəbər yayılsa da, vəziyyət yenə də həmənkidir. Qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov avtobuslarda siqaret çəkən, musiqi cihazları olan, sərnişinlərlə mübahisə edən sürücülərin ciddi cəzalandırılacağını demişdi: "Sürücülərə ciddi nəzarət etmək üçün bütün avtobuslarda "Taxoqraf" adlanan və "qara qutuya" bənzəyən cihazlar quraşdırılacaq. Bundan sonra sürücülərə nəzarət daha da gücləndiriləcək".
Göründüyü kimi, müvafiq nəzarət mexanizmi var, amma işləmir. N.Həsənov isə deyir ki, avtobuslarda Motsartın musiqiləri səsləndirilsə, sərnişinlər bunun da söndürülməsini tələb edəcəklər. O, mətbuata açıqlamasında bildirib ki, avtobuslarda maqnitofonlardan istifadə nəqliyyat sistemində ağrılı məsələdir. Mətbuat katibinin fikrincə, əslində insanın mənəviyyatını qanunla yox, vicdanla tənzimləmək lazımdır: "Avtobuslarda bayağı musiqiyə görə sürücünü danlayan adamın həmin musiqiyə özünün qulaq asdığının şahidi olmuşam. Hətta bayağı musiqini irad tutanların "zəngimcell"i elə həmin bayağı musiqidir. Ancaq avtobusda belə musiqi səslənəndə, bunu problem kimi ortaya qoyurlar. Mən də ictimai nəqliyyatda bayağı musiqilərin səsləndirilməsi ilə razı deyiləm. Amma belə çıxır ki, bu, mental xüsusiyyətlərdən irəli gəlir. Biz sürücü və sərnişin olaraq səviyyəmizi artırmalıyıq". N.Həsənov deyib ki, avtobusu idarə edərkən məhz bayağı musiqi səsləndirdiyinə görə xətdən uzaqlaşdırılan sürücülər olub: "Sürücü maşına oturanda elə bilir ki, ağadır. Bu düşüncə tərzini dəyişmək lazımdır. Bu məqsədlə onları tədris-kurs kombinatlarına dəvət edirik. Təəssüf ki, buna nail ola bilmirik. Gələcəkdə sürücüləri işə götürəndə, sahibkarlara lisenziya verəndə qarşıya qoyulan əsas şərtlərdən biri sürücülük vəsiqəsi ilə yanaşı, onun mədəni səviyyəsi də əsas götürüləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2484   Tarix: 31 may 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentlə xanımının rəsmi qonaqlarla birgə - Fotosu

Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Mərasimdə dövlət və hökümət başçıları, nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanm

14:41 86
.

"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azərlotereya" ASC-nin birgə təşkilatçılığı ilə "Gələcəyə yaşıl miras" devizi altında ağacəkmə aksiyası keçirilib. Ətraf mühitin mühafizəsi, təbii ehtiyatların qorunması və ölkədə yaşıllıq sahələrinin artırılması məqsədilə 2023-cü ildən etibarə

13:37 128
.

İraqdan gələn pilotsuz aparatlar Səudiyyə hava məkanında vuruldu

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi İraqdan ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Turki Al-Maliki sosial media platforması X-də paylaşım edib. Bəyanatda deyilir:. "İra

11:26 148
.

İran müharibəsi uzandıqca BƏƏ və Səudiyyə Ərəbistanı dron hücumları barədə məlumat verirlər

Birləşmiş Ərəb Əmirliklərindəki nüvə elektrik stansiyasında pilotsuz təyyarənin hücumu yanğına səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı isə üç dronun tutulduğunu bildirib. ABŞ prezidenti Donald Tramp İranla ABŞ-İsrail müharibəsinə son qoymaq səylərinin dayandırıldığ

10:36 157
.

Amerika nüvə sualtı qayıqlarının istehsalını artırır

ABŞ 2027-2031-ci illər ərzində sualtı qayıqların tikintisinə ümumilikdə 124,9 milyard dollar xərcləməyi planlaşdırır. xəbər verir ki, bu barədə RIA Novosti ABŞ Hərbi Dəniz Qüvvələrinin illik planına istinadən məlumat yayıb. Məlumata görə, ABŞ həmin dövrdə hər il ən azı bir "Columbia" sinifl

11:42 137
.

Japarov: Bişkek və Ankara TDT-də cinayətkarlığa qarşı mübarizə şurası təşəbbüsünü irəli sürüb

Qırğızıstan və Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) cinayətkarlığa qarşı mübarizə üzrə xüsusi şurasının yaradılması ilə bağlı birgə təşəbbüslə çıxış edib. "Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov TDT-nin qeyri-rəsmi sammitind

17.05.2026 190
.

Bakıxanovda yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar əraziyə dərhal FHN-i

12:49 199
.

TDT: iqtisadi və rəqəmsal inteqrasiya dərinləşir

ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin yekunlaşdığı gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) "Süni İntellekt və Rəqəmsal İnkişaf" mövzusunda qeyri-rəsmi Zirvə görüşü keçirilib. Zirvədə Azərbaycan Prezidenti İlham Əliyev

12:10 145
.

Zelenski: Rusiyanın zərbələri nəticəsində həftə ərzində 52 nəfər ölüb, 346 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri həftə ərzində 3 170-dən çox PUA, 1 300-dən çox idarəolunan aviabomba və müxtəlif tipli 74 raket buraxaraq Ukrayna ərazisinə kütləvi hücumlar həyata keçirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat yayıb. "Atəşlə

17.05.2026 219
.

TOP MP3