Süni intellekt müəllimləri əvəz edəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Süni intellekt müəllimləri əvəz edəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASon illər süni intellekt texnologiyalarının sürətli inkişafı bir çox peşələrin gələcəyi ilə bağlı ciddi müzakirələr yaradıb. Xüsusilə inkişaf etmiş ölkələrdə bəzi məktəblərdə robot və süni intellekt əsaslı tədris sistemlərinin tətbiqi diqqət çəkir. Artıq bir sıra ölkələrdə dərs prosesində müəllimlərə kömək edən rəqəmsal platformalar, virtual assistentlər və avtomatlaşdırılmış tədris proqramları istifadə olunur.

Bu vəziyyət isə "gələcəkdə müəllimləri robotlar əvəz edə bilərmi?" sualını yenidən gündəmə gətirib. Bəs süni intellektin sürətli inkişafı uzun illər sonra müəllim peşəsinin tamamilə yox olmasına səbəb ola bilərmi?
Süni intellekt müəllimləri əvəz edəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, süni intellekt nə qədər inkişaf etsə də, müəllimlik peşəsini tamamilə yox edə bilməz, çünki bu peşə sadəcə informasiya ötürməkdən ibarət deyil. Əgər funksiya yalnız dərslikdəki bilikləri, düsturları və ya tarixi faktları şagirdə çatdırmaq olsaydı, süni intellekt bunu insandan qat-qat mükəmməl edərdi. Lakin həqiqi müəllimlik həm də pedaqogikadır, tərbiyədir və insan mənəviyyatının formalaşdırılmasıdır. Onun sözlərinə görə, robot şagirdə hər hansı bir elmi tənliyi öyrədə bilsə də, ona Vətən sevgisini, vicdanı, xeyirxahlığı və insanlıq fəlsəfəsini aşılaya bilməz, çünki bu dəyərlər proqramlaşdırılmış alqoritmlərlə deyil, yalnız ruhla və qəlblə ötürülür: "Təhsil prosesində şagirdlə müəllim arasında yaranan canlı emosional bağ, səs tonunun istiliyi, bir baxış, vaxtında verilən təsəlli və ya ruhlandırıcı söz gənc nəslin xarakterinin bünövrəsini qoyur. Heç bir texnologiya uşağın gözlərindəki kədəri və ya daxili potensialı insan fəhmi və sevgisi ilə duya bilməz. Bizim klassik irsimizdə, Şərq fəlsəfəsində, Nizami və Füzuli kimi dahilərin yaradıcılığında uca tutulan ustad-şagird münasibətlərini mexanikləşdirmək təhsilin ruhunu öldürmək demək olar.

Gələcəkdə müəllimin rolu sadəcə formasını dəyişəcək və o, məlumat ötürən şəxsdən prosesi idarə edən, istiqamət verən bir rəhbərə, mentora çevriləcək. Siniflərdə texnoloji köməkçilər, yazı işlərini yoxlayan və fərdi proqramlar quran süni intellekt sistemləri mütləq olacaq və onlar müəllimin işini yüngülləşdirəcək. Yəni, texnologiya müəllimin rəqibi deyil, onun ən güclü köməkçisi olacaq, lakin o texnologiyanın başında və sinifdə son sözü deyən mənəvi qüvvə kimi yenə də İnsan-Müəllim dayanacaq. Süni intellekt dərslikləri əvəz edə bilsə də, insanın daxili dünyasını inşa edən müqəddəs müəllim simasını heç vaxt əvəzləyə bilməyəcək".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 510   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.