Qiymətlər artır, gəlirlər geri qalır - İQTİSADÇIDAN AÇIQLAMA
Son aylarda ölkədə müşahidə olunan bahalaşma əhalinin gündəlik həyatına birbaşa təsir göstərməkdə davam edir. Ərzaq məhsullarından tutmuş kommunal xidmətlərə qədər bir çox sahədə qiymətlərin artması ailə büdcələrinə əlavə yük gətirib. Bu vəziyyət fonunda maaş və pensiyaların inflyasiya ilə müqayisədə kifayət qədər sürətlə artmaması cəmiyyətdə narahatlıq yaradır.
Sosial təminat sistemində mümkün dəyişikliklər və gəlirlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Bəs bahalaşmanın sürətləndiyi bir şəraitdə maaş və pensiya artımı əhalinin real alıcılıq qabiliyyətini qorumağa kifayət edirmi?
Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, maaşların artması yalnız iqtisadi inkişaf şəraitində olur. Yəni bunlar hamısı bir-birinə bağlı olan bir şeydir. Onun sözlərinə görə, iqtisadiyyat artmasa və təsarüffat subyektlərinin gəliri artmırsa hökümətdə təbiiki maaşları artırmır: "İqtisadiyyat inkişaf edəndə daha çox biznes olur və işçiyə ehtiyac artır. Şirkətlər arasında rəqabət həmçinin işçilər uğrunda olur. Buna görədə maaşlar artır. Azərbaycanda isə bunların heç biri yoxdur. Dövlətdə təbiiki pensiya və ya dövlət qurumlarında olan maaşları artıra bilmir. Çünki dövlətində gəlirləri azalıb. Bundan başqa maaş artımı inflyasiyaya səbəb olacaq. Yəni dövriyyədə pul həcmi artacaq və buda inflyasiyaya aparacaq. Dediyim kimi maaşların artımı iqtisadi inkişaf şəraitində ola bilər.
Buda bizdə yoxdur. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, ən azı yaxın 10 il ərzində çox ağır bir dövr olacaq. Yəni iqtisadi inkişafın heç konturlarıda görünmür. Bu şəraitdə təbiiki maaş artımını gözləmək yersizdir. İnsanlar buna alışmalıdır və çalışmalıdırlarki hər kəs özünə bir çarə qılsın. İqtisadi inkişafın olmamasının kökündə sahibkarlıq üçün normal şəraitin olmaması dayanır. Şərait olmadığı üçün mülkiyyət hüququ qorunmur və sahibkarların haqları pozulur. Eyni zamanda məhkəmələr onları müdafiə etmir. Buna görədə əksər insanlar ölkədə aktiv fəaliyyətlə məşğul olmaq istəmir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 665 Tarix: 18 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788