İki azərbaycanlı hərbçi və bir erməni mülki şəxsin cəsədi təhvil verilib

İki azərbaycanlı hərbçi və bir erməni mülki şəxsin cəsədi təhvil verilibSon zamanlar öldürülmüş iki azərbaycanlı hərbi qulluqçunun və Dağlıq Qarabağ ərazisində yerləşən Madagis kəndindən olan bir nəfər mülki şəxsin cəsədləri bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayədarlığı altında təhvil verilib. Bu barədə BQXK-dan ANS PRESS-ə verilən məlumatda bildirilir.
Əməliyyat, Ağdam rayonunun təmas xətti yaxınlığında yerləşən Baş Qərvənd kəndi istiqamətində baş tutub.
BQXK-nın Bərdə ofisinin başçısı Elen Plenevo bildirib ki, "cəsədlərin qaytarılması kədərli hadisə olsa da, vəfat etmiş şəxslərin ailələri öz əzizlərini dəfn edib onlara yas tuta biləcəklər".
"Biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar repatriasiya prosesinin son vaxtlar intensivləşməsinə sevinirik", - deyə o əlavə edib.

Bu həftənin əvvəlində neytral vasitəçi qismində çıxış edən BQXK, bütün aidiyyəti olan tərəflərin razılığına əsasən Ermənistanda saxlanılan bir nəfər mülki şəxsin və bu ilin oktyabr ayında Bakıda vəfat etmiş Ermənistan vətəndaşının cəsədini repatriasiya edib.

Cenevrə Konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.

Qeyd edək ki, təhvil-təslim prosesində Azərbaycan Milli qəhrəmanı Mübariz İbrahimovFərid Əhmədovun meyitləri itikin düşmüş erməni Arustamyan Qavruşa Xaçaturoviçin meyiti ilə dəyişdirilir.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.

Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrasına ötən gündən start verilib. İlk olaraq Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev ötən gün Azərbaycana təhvil verilib. Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib. Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6518   Tarix: 06 noyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şüvəlanda "Türk dünyasına səyahət" adlı tədbir keçirilib

9 iyun 2026-cı il tarixində Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəbdə "Türk dünyasına səyahət" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xəzər Rayo

13:58 167
.

Bu ərazidə qaz OLMAYACAQ

Sabah paytaxtın Nəsimi rayonunun bir sıra küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə "Azəriqaz"a istinadən xəbər verir. Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 11.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun Azadlıq prospektinin

17:48 192
.

Hacıqabulda açıq ərazidə yanğın baş verib

Hacıqabulda açıq ərazidə yanğın söndürülüb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində dah

21:58 247
.

Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi

Azov dənizində hücuma məruz qalmış gəmilərdəki Azərbaycan vətəndaşlarının cənazələri ölkəyə gətirilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşını

22:17 0
.

Xoşbəxtliyi 30 dollara almaq olar?

Xoşbəxtlik mağazada satılmır, amma onu yaratmaq üçün uyğun şərait qurmaq mümkündür. Alimlər bildirirlər ki, insanın gündəlik rifah hissi böyük məbləğlərdən deyil, kiçik, lakin düşünülmüş seçimlərdən asılı ola bilər. Psixoloji rifah sahəsində aparılan araşdırmalar və dünya xoşbəxtlik hesabatlarının nəticələr

19:45 134
.

Bu məktəblərdə ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsinə başlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, imtahan prosesi 8 iyun tarixində

12:03 188
.

Sabah hava necə olacaq?

Azərbaycanda iyunun 11-də 33 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı

14:27 165
.

Vəkilin oğlu faciəvi şəkildə vəfat etdi

Azərbaycanda vəkilin ailəsində bədbəxt hadisə baş verib. BİG.AZ Unikal-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu İnqilab İsmayılov küçəsində qeydə alınıb. Belə ki, 19 yaşlı Cavid Ağazadə binadan yıxılaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Cavid Ağazad

17:54 270
.

"Azərlotereya" ilə möhtəşəm əyləncə geri qayıdır!

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" bu yay yenidən rəngarəng və həyəcan dolu layihəsi ilə görüşünüzə gəlir. "Şans Karvanı 2" musiqi, əyləncə və hədiyyələrlə zəngin interaktiv yay kampaniyası olaraq bu il Bakıdan start götürür və ölkəni

16:25 189
.

TOP MP3