Seçmə kitablardan seçmə cümlələr

Seçmə kitablardan seçmə cümlələrİnsanın cismi vardır.Bu cisim eyni zamanda onun üçün həm ağır yük,həm də vəsvəsədir...O bu cismi sürüyür və ona tabe olur...
Viktor Hüqo...Səfillər

Köləliyin ağırlığı qadın üzərinə ,yəni zəriflik,gözəllik, analıq üzərinə düşür...Bu hal bütün kişilər üçün bir ləkə...həm də ən böyük ləkədir... Viktor Hüqo...Səfillər

Əgər günah ilahi surəti qaraltsa, vicdan ağrılı bir məmnunsuzluqla ruhu narahat edər...
Viktor Hüqo...Səfillər

İndiki cəmiyyət içindəki ictimai həyat pisdir.Lakin insan yaradılış olaraq pis deyil, pisliyin qaynağı qanunlar və adətlərdir...
Viktor Hüqo...Səfillər

Allahın tərk etdiyi adam hər axşam çayxanaya gedib yoldaşlarıyla gülüşüb kart oynasa da, hər gün sinifdə yoldaşlarıyla qəhqəhələrlə gülüb əylənsə də, günlərini dostlarıyla söhbət edərək də keçirsə də yalnızdır...
Orhan Pamuk...Kar

Mən o baxış ola bilmək istəyərdim...O baxışın gördüyü dünyada olmaq istəyərdim. O qədər çox istədim ki bunları, o dünyada yaşadığıma inandım... Xeyr, inanmağa belə gərək yox idi... orada yaşayırdım mən...
Orhan Pamuk...Yeni Hayat

Heç bir dərsdə öyrənmədim, heç bir kitabda oxumadım, heç bir filmdə görmədim... necə də gözəlmiş aşiqin məşuqun yatışını doya-doya seyr etməsi...
Orhan Pamuk...Yeni Hayat

Bir gün sizin də bəxtiniz gətirəcək,unutmayın sizin də xoşbəxt olmaq vaxtınız çatacaq. Səbəb siz olmayın,heç kəsi qısqanmayaraq gözləyin. Həyatı sevərək yaşamağı öyrənsəniz, xoşbəxt olmaq üçün nə etmək lazım olduğunu da anlayacaqsınız...
Orhan Pamuk...Yeni Hayat

Hər ağıllı adam həyatın gözəl bir şey olduğunu,məqsədinin də xoşbəxt olmaq olduğunu bilər...amma sonda yalnız axmaqlar xoşbəxt olar...
Orhan Pamuk...Masumiyyet müzesi

Bütün həyatımın bir aldanış, soyuq bir zarafat olmadığını kim sübut edəcək mənə...?
Orhan Pamuk...Kara kitap

Sözlər, tək başlarına insanı qırmaz halbuki...Yaralayan bunun arxasına gizlənən ikiüzlülükdür...
Susanna Tamaro... Dünyanın Ruhu

Onun üçün darıxırsan,nə olduğunu bilmirsən amma yoxluğunu hiss edirsən...İçində bir boşluq var,böyük bir boşluq və bunu necə dolduracağını bilmirsən...bəlkə də aşiq olmamışdan öncə bunun nə olduğunu bilmirdin amma artıq keçmişdəki kimi yaşaya bilməzsən...
Suzanna Tamaro...Sonsuza kadar...

Bütün hekayələr arasında ən sevdiyim Nuh Peyğəmbərinkiydi-az insan,çox heyvan vardı çünki-və bu belə, xoşbəxt olmaq üçün bir başlanğıc sayıla bilərdi...digər hekayələrdə insanlar sadəcə fəlakətlər yaradır,ağrı və ölüm əkirdilər...
Suzanna Tamaro…Sonsuza kadar...

Sən...yay günəşinin...mən...qışın dondurucu rüzgarlarının qucaqladığı insanlarıq...
Suzanna Tamaro…Sonsuza qədər...

Ölülər yoxluqlarıyla deyil, daha çox onlar və bizlər arasında deyilə bilməyənlər üzündən ağrı verərlər...
Suzanna Tamaro…Yüreğinin götürdüğü yere git...

Mənə, dedi, sən ad ver, varlığım sənin olsun.
Mənə elə bir ad ver ki sənin adının yanında dayansın.
Səni anan məni də ansın. Səni xatırlayan məni də xatırlasın...
Bir "ilə" qoy aramıza bizi bir-birimizə bağlasın…
Nazan Bekiroğlu…La-sonsuzluk gecesi

Suyun içində içi yandı.
Elə bir yanmaq idi ki
Cənnətin ağacları az qala alovlanacaqdı..
Rəbbim, dedi.
Ey cənnətin Rəbbi Ey cəhənnəmin var edicisi...
Cənnətində bu qədər yanıramsa cəhənnəmin necədir... ?
Nazan Bekiroğlu…La-sonsuzluk gecesi

İçimizdəki yanğına bir səs axtararkən,
hamımız başqalarının səsiylə danışırıq.
Borc sözlərlə...
Nazan Bekiroğlu... Mor mürekkep

"işıq" ki tək qaynaqdan yayılar,
işığa yaxın olan işıqlıq, uzaq qalan qaranlıqdır..
hər şeyin Ondan olması və işığın tək qaynaqdan yayılması
Ondan başqasının bilinmə və sevilmə ehtimalını yox edər…
Nazan Bekiroğlu...Leyla ile Mecnun

Möcüzə, qapılarını ancaq özünə inananlara açar...
Nazan Bekiroğlu...Mor mürekkep

Rəbbim..! hər şeyə razıyam, hamısına razıyam... Yetər ki eşqdən azad etmə ürəyimi...
Nazan Bekiroğlu...Yusuf ile Züleyha

Züleyxa Yusifə bir məktub yazmağa başlayınca ;
"YUSİF..." deyə başladı,
Dayandı..
"YUSİF..."
deyə bitirdi..
... Gördü ki xitabdan kənara keçə bilmədi.
Anladı ki eşqin naməsində sərnamədən kənar kəlam yox.
Və Züleyxanın lüğətində Yusifdən başqa söz yoxdur...
Nazan Bekiroğlu...Yusuf ile Züleyha

Halbuki sevmək, ən çox, nəyi sevdiyinin fərqinə varmaq deməkdir və sevən bir az da nəyi sevdiyini biləndir...
Nazan Bekiroğlu...Yusuf ile Züleyha

Yusif quyuda da xoşbəxt idi,Züleyxanın yanında da...
İndi nə Züleyxalar yetir Eşqə,nə də quyudakıların ürəyi səbrə...
Nazan Bekiroğlu...Yusuf ile Züleyha

Nə sənin adın Yusifdur, nə də mən Züleyxayam. Sanma ki əllərimdən cırılacaq köynəyin... Lakin bir gün Züleyxa olub gəlsəm sənə, Yusif kimi qarşıla, iffətli...səbrli...
Nazan Bekiroğlu...Yusuf ile Züleyha

Çünki eşq, gözəllik qarşısında qeydsiz qala bilməmə halıdır…
Nazan Bekiroğlu...Yol Hali

Yanaraq var olmağı qəbul etməklə sönərək yox olmaq arasında ediləcək seçimdən ibarət idi bütün hekayə...
Nazan Bekiroğlu...İsimle Ateş Arasında


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4820   Tarix: 20 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

22.09.2026 2766
.

100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?

Bu ilin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən 100 ildən çox yaşı olan 10 ədəd əl ilə şəkilən rəsmlər gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan yaşı 100 ildən çox olan rəsmlərin ümumi dəyəri 5,89 min dollar təşkil edib. Beləliklə, gətirilən bir ədədin orta gömrü

28.09.2026 266
.

Qeyri-adi tapmaca: cavabını tapa bilərsinizmi?

Sosial mediada sadə bir artı işarəsinin tamamilə fərqli bir qaydanı gizlətdiyi bir riyazi tapmaca populyarlıq qazanır. -ın xəbərinə görə, məqsəd sağdakı rəqəmlərin necə əldə edildiyini anlamaq və sonuncu nümunənin nəticəsini müəyyən etməkdir. Şəkildə aşağıdakı tənliklər göstərilir: 6 + 3 = 15, 7 +

27.09.2026 236
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

27.09.2026 973
.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma

20.09.2026 294
.

Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir

Mandarin seçərkən yalnız rənginə baxmaq kifayət deyil. Qabığın toxuması və bərkliyi ilə meyvənin ölçüsünə görə çəkisi birlikdə qiymətləndirildikdə daha şirəli və ətirli olanları seçmək ehtimalı artır. Üstəlik, bəzi mandarin növləri yetişdikdə belə qabığında yaşımtıl tonlar saxlaya bildiyi üçün rəng təkbaşın

27.09.2026 286
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21.09.2026 393
.

Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil

Bıçaq dəyəndə içi qarpız kimi qıpqırmızı çıxan bu meyvə dünyada təkcə bir yerdə bitir. Başqa torpağa əkildikdə bütün xüsusiyyətini itirib ağaran meyvəni pulla belə satın almaq olmur. xəbər verir ki, İtaliyanın şimalında, Florensiyadan iki saatlıq məsafədə yerləşən Apenin dağlarının ətəklərində salınmı

03.10.2026 159
.

Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?

Payızda təsərrüfat sahibləri tez-tez toyuqların əvvəlkindən xeyli az yumurtladığını müşahidə edirlər. Yayda yuvaları hər gün yoxlamaq lazım gəlirdisə, havalar soyuduqca yumurtaların sayı azalır. Bu dəyişiklik həmişə quşların sağlamlığında problem olduğunu göstərmir. xarici mediaya istinadən xəbər veri

00:37 95
.