Gündəlik həyatın çətinlikləri: Söyüş
Övladlarımızın söyüş söyməsi hər birimizi narahat edir. Bəzi azərbaycanlılar isə lap balaca yaşlarından övladlarına söyüş öyrədir, sonra isə müasir uşaqların tərbiyəsinin pozulmasından danışırlar.Övladının söyüş söyməsini istəməyənlər müxtəlif üsullardan istifadə etməklə bunun qarşısını almağa çalışırlar. Ancaq bir çox hallarda tərbiyə metodları yanlış seçilir.
Söyüş üç əsas qrupa ayrılır:
1) Ya qarğış etmək, ya da bir-birinə zərbə vurmaq üçün istifadə olunan söyüşlər.
2) Cinsi məzmunlu söyüşlər, ədəbsiz danışıqlar.
3) Şəxiyyətə yönəlmiş söyüşlər.
Uşaqların söyüş söyməsinin müxtəlif səbəbləri var:
Diqqət çəkmək: Bəzi uşaqlar valideynlərindən lazımı diqqəti görməyəndə, diqqət çəkmək üçün söyüşdən istifadə edirlər.
Sarsılma: Bəzi uşaqlar üçün yeniyetmələri şoka salmaq, rahatsız etmək əyləncəli ola bilər.
Ağızdan qaçırmaq: Ciddi əngəllə üzləşənlərin, gərgin, əsəbi olanların ağzından pis söz çıxdığını hər birimiz görmüşük. Bəzən mədəni insanlar belə özlərini saxlaya bilmirlər. Sonra isə utanaraq üzr istəyirlər. Ciddi qadağalarla üzləşən uşağın dilindən də söyüş çıxa bilər, bu səbəbdən də ehtiyatlı olmaq lazımdır.
Müdafiə: Bəziləri üçün pis söz demək müdafiə vasitəsidir. Söyüş söyməyin qadağan edildiyi çevrələrdə böyüyənlər üsyan edərək azad olduqlarını göstərmək istəyirlər.
Yetkinləşmə: Bəzi uşaqlar yetkinləşdiklərini göstərmək üçün pis sözlərdən istifadə edirlər.
Bəs, nə etməli?
1. Örnək göstərmək lazımdır: Özünüz söyüş söymürsünüzsə və yaxud özünə nəzarət edə bilirsinizsə, övladınız sizin davranışınızı təqlid edəcək.
2. Övladınıza sözünü demək üçün şərait yaradın: Övladınız sizə qarşı hirslidirsə və bu zaman düşündüklərini rahatlıqla dilə gətirə bilirsə, bu azadlığı ona vermisinizsə, mənfi düşüncələri dilə gətirmək üçün pis sözlərdən daha az istifadə edəcək.
3. Müzakirə: Pis sözlər bir kağıza yazılır və daha sonra müzakirə edilir. dartışılır.
4. Əhəmiyyət verməmək: Övladınız pis sözlərdən istifadə edəndə valideynlər bunu faciəyə cevirməsələr, uşaqlar daha az söyüş söyərlər.
5. "Başa düşməmək oyunu": Valideynlər belə vəziyyətlərdə şoka düşməkdən daha çox övladlarını yönləndirə bilərlər. "Sənin dediyin sözün mənası nədir?", "başa düşmürəm" deməklə uşaqlardan izahat verməsini istəyə bilərsiniz.
6. Yaradıcılığa meylləndirmək: Yaradıcı məşğuliyyətlər, yazı yazmağa, şəkil çəkməyə həvəsləndirmək, idman övladlarınızın pis sözlərdən istifadə etməməsinə səbəb olardı. Yaradıcı məşğuliyyətlər pis sözlərdən istifadəni əngəlləyər.
7. Pis sözlərdən bezdirmək: Uşaq söyüşdən istifadə edəndə beş dəqiqə ərzində həmin sözü ona təkrar etdirin. Böyük ehtimalla bir daha bu sözdən istifadə etməyəcək. Övladınız sözü deməkdən bezəndə ona istədiyini edə biləcəyini söyləyin.
8. Ciddi cəzalandırma istənilən effekti verməyəcək. Övladınızın üstünə çığırsanız, döysəniz, təhdid edərək çəzalandırsanız o, söyüş söyməyəcək, ancaq siz yanında olmayanda söyüşdən istifadə edəcək.
Pis sözlərin yerinə yaxşı sözlər istifadə etmək üçün övladınızı məlumatlandırın. Yaxşı sözlərdən istifadə edəndə onu tərifləmək, yaxşı sözlərdən istifadəyə təşviq etmək lazımdır.
Mənbə: Kayzen.az
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 9647 Tarix: 16 sentyabr 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXorvatiyada Roma dəfinəsi tapıldı: Əsgər maaşı olduğu ehtimal edilir
Xorvatiyanın şərqində yerləşən Moxovo ərazisində arxeoloqlar 302 ədəd Roma sikkəsi aşkarlayıblar. "Rambler"ə istinadən xəbər verir ki, Zaqreb Arxeologiya İnstitutu bu tapıntının Roma İmperiyasının əsas sərhədlərindən biri olan Dunay limesini qoruyan kiçik bir hərbi bölmə ilə bağlı olduğun
17.05.2026 145 Smartfon niyə donur? - Problemin həlli üçün ekspert məsləhətləri
Vaxt keçdikcə ən güclü smartfonların belə işləmə sürəti aşağı düşə bilər, ancaq bir çox vəziyyətlərdə bu çətinliyi yeni telefon almadan aradan qaldırmaq mümkündür. -ın məlumatına görə, mütəxəssis Andrey Rjavin "İzvestiya" nəşrinə verdiyi müsahibədə bu mövzuya toxunub. "Telefon yaddaşını
10.05.2026 225 Pomidorun qabığını sadə üsulla soymaq - Qaynar suya ehtiyac yoxdur
Pomidorun qabığını soymaq üçün adətən qaynar sudan istifadə olunur. Lakin mütəxəssislər bildirirlər ki, bu proses daha asan və alternativ üsullarla da həyata keçirilə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə Kobieta.Gazeta.PL nəşri yazıb. Bəzən pomidorun qabığını soymağa ehtiyac olmur. Dietoloqları
10.05.2026 243 180 illik sirr açıldı
1845-ci ildə Arktikada itkin düşən məşhur Franklin ekspedisiyasının bəzi üzvlərinin kimliyi təxminən 180 ildən sonra DNT analizləri vasitəsilə müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, İngiltərədən yeni dəniz marşrutu tapmaq məqsədilə yola çıxan Con Franklinin rəhbərlik etdiyi ekspedisiyad
14.05.2026 488 Ən ucuz və ən bahalı torpaq sahələri hansı ərazilərdədir?
Son dövrlərdə Lənkəran şəhərində torpaq sahələrinin qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Qiymətlər əsasən ərazilərin yerləşməsindən asılı olaraq dəyişir. Əmlak alqı-satqısı ilə məşğul olan şəxslərin sözlərinə görə, satış üçün uyğun torpaq sahələrinin sayı məhduddur. Bazara çıxarılan torpaqları
16.05.2026 187 "WhatsApp"da nömrəni gizlətmək mümkün oldu
WhatsApp" tətbiqində bir sıra yeni dəyişikliklər tətbiq olunub. Son yeniləmələrdə əsas diqqət məhz məxfilik, süni intellekt və istifadə rahatlığına yönəlib. Belə ki, artıq istifadəçilər telefon nömrəsini paylaşmadan "username" vasitəsilə əlaqə qura biləcəklər ki, bu da təhlükəsizliyi artırır
10.05.2026 385 Ev heyvanı saxlayanlara vacib tövsiyə: Bir səhv faciə ilə nəticələnəcək
Tərkibində çoxlu sayda bakteriya olduğuna görə durğun sular itlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir və ev heyvanlarının bu sulardan istifadə etməsinə icazə verilməməlidir. xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Kinoloji Federasiyasından (RKF) məlumat verilib. "Dördayaqlı dostlarımızı
10.05.2026 367 Bir ailədən üç rekordçu: Bacıların ümumi yaşı 316-ya çatıb
Braziliyadan olan üç qadın ən uzunömürlü doğmalar olaraq yeni dünya rekorduna imza atıb. xəbər verir ki, bu barədə məlumatı "Longevi Quest" tədqiqat mərkəzinə istinad edərək "Need To Know" nəşri yayımlayıb. Lenita, Zoraida və Zulina de Deus Nunes adlı bacıların birgə yaşı 316 il təşki
17.05.2026 172 Ev qiymətinə kənd aldılar
Britaniyalı cütlük Ben və Neytan Pirson Fransanın Sent-Serqos bölgəsində tərk edilmiş bir kəndi təxminən 69 min funt-sterlinqə (təxminən 220 min manat) satın alaraq yeni həyat qurmaq qərarına gəlib. BİG.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, əmlaka bir böyük ferma evi, beş əlavə tikili və təxminə
16.05.2026 187