Ümumilli Lider Heydər Əliyev

Ümumilli Lider Heydər ƏliyevAZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Ümumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Ümumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər Əliyev1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.

Dekabrın 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.
Ümumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevÜmumilli Lider Heydər ƏliyevHeydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

27 mart 1997-si il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilmişdir.

13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülmüşdür.

20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilmişdir.

3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür.

10 may 2003-cü il - Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanmışdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 37950   Tarix: 10 may 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mirkamil haradadır?

Müğənni Ramal İsrafilovun qardaşı Valeh İsrafilov uzun müddətdir səhnədən uzaqlaşan bibisi oğlu Mirkamil Kamilovdan danışıb. Axşam.az xəbər verir ki, o, "Günaydın, Azərbaycan!" verilişində onun harada olması ilə bağlı sualları cavablandırıb:. "Yazırlar ki, Mirkamilə paxıllıq edirsiniz

10.02.2025 1017
.

Bakıda məktəbin qarşısında qadının ŞAH DAMARINI KƏSDİLƏR

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin qadın texniki işçisinə (müvafiq səbəbdən adı qeyd olunmur - red.) fevralın 10-da məktəbin yaxınlığında keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib. Bu barədə -a adıçəkilən məktəbdən bildiriblər

10.02.2025 1061
.

Bakıdakı "Rus Evi" fəaliyyətini dayandırır - RƏSMİ

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq "Rossotrudniçestvo"nun Bakıdakı nümayəndəliyi - "Rus Evi" fəaliyyətini dayandırmaq üçün tədbirlər görür. BİG.AZ xəbər verir ki, bu barədə "Rus Evi" sosial şəbəkə hesabında məlumat yayıb

15:06 175
.

Türkiyədə işsizlərin sayı açıqlandı

Türkiyədə işsiz insanların sayı açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu bildirib. Bildirilib ki, Türkiyədə 3 00 026 nəfər işsizdir. [hh4-unikal]

10.02.2025 281
.

İrem Dericinin yeni sevgilisi Melih Kunukcunun yaşı gündəm oldu

Bir müddət əvvəl sosial media hesabında yeni sevgi həyatından danışan məşhur müğənni İrem Dericinin sevgilisinin yaşı gündəm mövzusu olub. türk mediasına istinadən xəbər verir ki, məşhur müğənni "Gel Konuşalım" verilişinə qatılıb və Melih Kunukcunun əsl yaşını açıqlayıb. Sevgilisinin 25 yaşınd

10:09 361
.

Biləsuvarda intihar edən 11-ci sinif şagirdi əlaçı imiş

Biləsuvarda yerləşən Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi Simuzər Heydərova intihar edib. Məktəbdən "Qafqazinfo"ya bildirilib ki, məktəbli əlaçı və fəal şagirdlərindən biri olub:. "Onun bu addımı atması, hər kəs üçün gözlənilməzdir

10.02.2025 1184
.

Üç il əvvəl Zaqatalada meşədə itkin düşən hindistanlı turistin qalıqları tapılıb

Fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin may ayıdna Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsu

12:29 562
.

ABŞ-də yeni təyyarə qəzası baş verdi

ABŞ-də iki təyyarə qəzasının ardınca yeni bir hadisə daha baş verdi. xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də şəxsi təyyarənin uçuş-enmə zolağından çıxaraq digər təyyarə ilə toqquşması nəticəsində bir nəfər həlak olub. Digər sərnişinlərin vəziyyəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib

10:52 260
.

Android istifadəçilərinə təcili telefonlarını yeniləmək TÖVSİYƏSİ: Səbəb nədir?

Təhlükəsizlik yeniləməsi, təcavüzkarların hücum üçün istifadə etdikləri ikisi də daxil olmaqla təxminən 50 kritik səhvi düzəldir. xarici KİV-ə istinadla xəbər verir ki, Android istifadəçilərinə hakerlərin parollardan yan keçməsinə və cihazları sındırmasına imkan verən boşluqlar səbəbindən telefonların

10.02.2025 303
.

TOP MP3