"Arıqlama qəhvələri və çayları psixoloji asılılıq yaradır"-ASİM VƏLİYEV
Son dövrlər elektron ticarət yolu ilə kütləvi formada "arıqlama çayı və qəhvələri" adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində güclü təsirə malik maddə hesab edilən "sibutramin" maddəsinin olduğu aşkar edilib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, son dövrlərdə sağlam həyat tərzi və arıqlama mövzusuna olan maraq günbəgün artmaqda davam edir. Təbii ki, bu maraq müxtəlif kommersiya məhsullarının, xüsusən də arıqlama çayı və qəhvələrinin geniş şəkildə reklam edilməsinə səbəb olur. Lakin bu məhsulların istifadə edilməsinin insan sağlamlığına təsirini göz ardı etməməliyik:
"Arıqlama çay və qəhvələrinin tərkibində adətən təbii bitki ekstraktları, kofein, diuretiklər (sidikqovucu maddələr) və bəzi hallarda sintetik komponentlər yer alır. Əksər hallarda bu məhsullar maddələr mübadiləsini sürətləndirmək və orqanizmdən artıq mayenin xaric olunmasını təmin etmək məqsədi güdür.
Təbii bitki mənşəli maddələr hər nə qədər faydalı görünsə də, düzgün dozada istifadə olunmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Məsələn, sennanın ekstraktı tez-tez ishala səbəb olduğu üçün bağırsaq funksiyalarını poza bilər. Kofein yüksək dozada qəbul edildikdə yuxusuzluq, sinir pozğunluğu və ürək döyüntülərinin artmasına gətirib çıxarır. Diuretiklər orqanizmdə elektrolit balansının pozulmasına səbəb olaraq əzələ spazmları və qan təzyiqinin düşməsinə gətirib çıxara bilər.
Bu məhsulların qısamüddətli istifadəsi çəki itkisinə səbəb olsa da, bu itki əsasən maye itkisi ilə bağlı olur. Bununla yanaşı arıqlamanın dayanıqlı olmaması nəticəsində "yo-yo effekti" adlanan vəziyyət yaranır ki, bu zaman insan itirdiyi çəkidən daha artıq çəki toplayır. Həmçinin orqanizmin metabolik funksiyalarına müdaxilə nəticəsində həzm sistemi pozuntuları, bağırsaq tənbəlliyi və maddələr mübadiləsinin yavaşlaması baş verə bilər.
Arıqlama qəhvələri və çayları bəzi hallarda psixoloji asılılıq yaradır. İstehlakçılar bu məhsullar olmadan arıqlaya bilməyəcəklərinə inanaraq onları mütəmadi şəkildə qəbul etməyə başlayırlar. Uzun müddətli istifadə isə psixi narahatlıqlar, sinir sistemində gərginlik və yuxu problemlərinə səbəb ola bilər.
Hər hansı arıqlama məhsulunu qəbul etməzdən əvvəl mütəxəssis rəyi alınmalıdır. Sağlam və balanslı qidalanma ilə yanaşı müntəzəm fiziki aktivlik daha dayanıqlı və təhlükəsiz arıqlama üsuludur. Məhsulların tərkibinə diqqət etməliyik və çox qatıqlı olan məhsullardan imtina etməliyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 888 Tarix: 11 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281