2025-ci ilin dəb trendlərini TikTok-dan izlə!

2025-ci ilin dəb trendlərini TikTok-dan izlə!Dəb dünyası sürətlə dəyişir və 2025-ci il heç də istisna deyil! Bu il geyim kombinlərindən rəng palitralarına, aksesuar seçimlərindən material trendlərinə qədər hər şey fərqli və maraqlı olacaq. Əgər sən də dəbli görünmək və ən son trendlərdən xəbərdar olmaq istəyirsənsə, o zaman TikTok bu mövzuda sənin ən yaxın dostun ola bilər!
Belə ki, bu platformada moda dünyasının ən kreativ simaları artıq 2025-ci ilin yeni və trendləri formalaşdıran üslublarını paylaşırlar. Maraqlı kombinlər, ilhamverici stil ideyaları və gündəlik geyimləri daha şıq etməyin yolları məhz TikTok-da öz əksini tapır. Artıq məlum oldu ki, bu məqaləmizdə dəb mövzusunda bir-birindən zövqlü və faydalı məzmunları ilə diqqət çəkən, ən son yeniliklərlə izləyicilərini tanış edən 5 məşhur yaradıcıdan danışacağıq.

@parvana.atakishi
Dəb və stil yaradıcısının hesabı zövqlü geyinməyi sevən xanımlar üçün əsl ilham mənbəyidir. Bu platforma təkcə geyim seçimi ilə məhdudlaşmır, eyni zamanda, geyimin psixologiyaya təsiri, rənglərin harmoniyası, bədən quruluşuna uyğun kombinlər, fəsillərə görə geyim seçimisaç düzümü kimi mövzularda da dəyərli məsləhətlər təqdim edir.
Əgər 2025-ci ilin moda dünyasında nələrin baş verdiyini öyrənmək istəyirsinizsə, bu hesab sizin üçün əvəzolunmaz olacaq! Burada ən son trendlər, rəng çalarlarının mövsümlərə görə kombinasiyası, parça seçimləri və geyimlərin insan əhvalına təsiri haqqında maraqlı məlumatlar tapa bilərsiniz.
Bu hesaba daxil olun, 2025-ci ilin ziyafət geyimləri, zərif və iddialı tərzlər, şalvar və köynək kombinləri, saç kəsimləri və aksessuar seçimi kimi mövzularda hazırlanmış məzmunlardan faydalanın.
@arzu.ja
İncə zövqü, eleqant tərzi və özünəməxsus kontentləri ilə seçilən bir yaradıcıdır. Onun tərzi sadəcə geyim seçimlərində deyil, həm də ev dekorasiyasında, şəxsi aksessuarlarda və ümumi həyat tərzindəki incə detallarda özünü göstərir. Zəriflik və orijinallığı bir araya gətirən Arzu Ja, öz auditoriyasına unikal ilham mənbəyi təqdim edir.
Onun hesabı dəb və stil sahəsində maraqlı məsləhətlər, geyim və aksesuar seçimləri, həmçinin makiyaj mövzusunda zövqlü toxunuşlarla doludur. Burada klassik və modern üslubların ahəngini, rəng uyğunluğunun incə nüanslarını və hər detalda hiss edilən fərdiliyi görmək mümkündür.
Əgər eleqant və incə tərzə önəm verirsinizsə, Arzu Ja-nın yaradıcı dünyası sizin üçün əsl ilham mənbəyi olacaq!

@turangarayeva
Bu sahədə fərqlənən və özünəməxsus üslub yaradan yaradıcılardan biri də Turanədir. Onun paylaşdığı məzmunlar dəbli geyim mövzusuna fokuslansa da, izləyicilərinə birbaşa tövsiyə vermək əvəzinə, öz tərzini nümayiş etdirərək ilham mənbəyi olmağı seçir. Bu isə izləyicilərə həm ilham verir, həm də geyimə fərqli baxış bucağı formalaşdırır.
Turanənin unikal geyim yanaşması və cəsarətli kombinləri izləyiciləri tərəfindən böyük maraqla qarşılanır. O, təkcə moda qaydalarını izləmir, onları özünəməxsus şəkildə şərh və tətbiq edir. Bu isə onun fərqli və orijinal üslubunu yaradır.
Moda sadəcə geyinmək deyil, özünü ifadə etməyin də bir formasıdır. Turanə isə bunu ən yaxşı şəkildə nümayiş etdirən yaradıcılar sırasındadır. Bu videodan da göründüyü kimi, 2025-ci ilə də əynində parıltılı, şıq və cazibədar obrazı ilə qədəm qoyur!
@stylelusion
Hər birimizin geyimə özünəməxsus yanaşmamız var, amma çox az adam bu marağı biznesə çevirə bilir. O isə bunu bacarıb! Sevdiyi üslubu mağazalarda axtarmaq əvəzinə, öz xəyal dünyasından ilhamlanaraq yaratmağa başladı. Beləcə, təkcə öz stilini deyil, həm də öz brendini formalaşdırdı.
Onun geyim tərzi estetikliyi, zərifliyi və eleqantlığı ilə seçilir. Bu yaradıcı sadəcə geyim satmır, həm də öz üslubu ilə insanlara ilham verir. Onun məzmunları sübut edir ki, dəb təkcə trend olmaq deyil, həm də insanın daxili dünyasını, fərdiliyini əks etdirməkdir.
Yaradıcı, eyni zamanda faydalı məsləhətlər də paylaşır – uzun kəmərdən düzgün istifadə qaydaları, çanta seçimi və digər tövsiyələri izləyicilər üçün olduqca yararlıdır.
@chabnamme
Şəbnəm təkcə Bakıdan deyil, həm də dəbin paytaxtları sayılan Paris, Milan kimi şəhərlərdən də kontent hazırlayır. Onun zövqlü geyim tərzi və unikal üslubu izləyicilərinin marağını cəlb edir. Yaradıcı yalnız geyim nümunələri ilə deyil, həm də saç düzümləri və dəbli makiyaj texnikaları ilə izləyicilərinə faydalı məzmun təqdim edir. Minimalist makiyajdan tutmuş cəsarətli göz laynerlərinə, klassik buruq saçlardan müasir wet-hair effektinə qədər geniş bir spektrdə məsləhətlər paylaşır.
Bir sözlə, bu yaradıcıların məzmunları təkcə trendləri izləmək üçün deyil, həm də özünəməxsus üslub yaratmaqda faydalı mənbə sayılır. Burada dəb influenserləri sayəsində hər kəs özünə uyğun tərzi kəşf edə, ilham ala və dəbli görünməyin yeni yollarını öyrənə bilər.
Unutma, dəb təkcə geyim deyil – o, sənin şəxsiyyətini ifadə etməyin ən gözəl yollarından biridir. TikTok-un sürətli və rəngarəng dünyasında öz stilini yarat və onu cəsarətlə ifadə et!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2096   Tarix: 11 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.