Şans, uduşlar və tamaşaçı sevgisi – Çingiz Əhmədov efirə qayıtdı!

Şans, uduşlar və tamaşaçı sevgisi – Çingiz Əhmədov efirə qayıtdı!90-ların sonu, 2000-lərin əvvəli – TV verilişləri arasında populyarlığı və reytinqi ilə lotereya verilişləri birinci yerdə idi. İnsanlar işdən evə gedərkən həvəslə bilet alar, axşam canlı efirdə bəxtini sınayardı. O dövrün cavanları üçün lotereya verilişləri ailəvi bir əyləncəyə çevrilmişdi. Bu gün həmin nəsil o illəri nostalji hisslərlə xatırlayır və ən əsası, lotereyanı sevdirməkdə böyük rolu olan Çingiz Əhmədovu unutmur…

Uzun fasilədən sonra yenidən lotereya verilişinə aparıcı qismində qayıdan, öz unikal performansı ilə efirləri canlandıran tanınmış aparıcı və aktyor Çingiz Əhmədov ilə müsahibəmizi təqdim edirik.

İlk lotereya verilişinin aparıcısı. O, necə seçildi?

Azərbaycanın tanınmış komediya aktyoru, Əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru Çingiz Əhmədov, ilk dəfə lotereya verilişinə aparıcı seçilməsi ilə bağlı maraqlı xatirələrini bölüşüb: "1998-ci ilin sonları idi. "Bəxt loto" üçün aparıcı seçimləri gedirdi. Seçimi Gürcüstandan gəlmiş mütəxəssislər aparırdı. 8-10 nəfər namizəd var idi. Mən gələndə namizədlərin şəkilləri arasında özümün də fotomu gördüm – özü də gülərüzlü bir şəkil idi. Seçicilər məhz həmin şəklə baxıb dayandılar və qərarlarını verdilər.
O vaxt bu veriliş inanılmaz populyar idi! İnsanlar böyük maraqla "Bəxt loto"nu izləyirdi. Verilişin konsepti də cəlbedici idi – 45-50 dəqiqəlik bir proqram idi. Musiqili hissəsi üçün Cavan Zeynallı və digər məşhur müğənniləri dəvət edirdik. Bir dəfə Cavan Zeynallı verilişə gələndə gülərək dedi: "Adə, Çina, elə rahat gəldim ki, yollar bomboş idi. Sən demə, hamı evdədir, hamı sənin verilişinə baxır!"

Təqdim etdiyi ən böyük uduşlar

"O vaxtlar 50 minlik və 10 minlik ("Şirvan") əsginaslar var idi. Yadımdadır ki, cekpot qaliblərinə podnos dolusu 50 minliklər təqdim etmişəm. O dövr üçün bu, inanılmaz məbləğ idi."

"VAZ-2107" qazanan qalib niyə sevinmədi? Qaliblərlə bağlı unudulmaz xatirələr

"VAZ-2107" udan bir qalib var idi ki, onu heç vaxt unutmaram. Boynunu əyəcək qədər qalın və uzun bir boyunbağı taxmışdı. Biz onu təbrik etdik, o isə kuponu göstərib soruşdu: "Bunun nə qədər vaxtı var hədiyyəni götürməyə?" Dedilər ki, 6 ay ərzində hədiyyə götürülməlidir, əks halda verilməyəcək. O, kuponu cibinə qoyub dedi: "Biz Yessentukiyə gedirik, qayıdanda götürərik." Görünür, həmin avtomobil ona o qədər də lazım deyildi, sadəcə bəxtinə düşmüşdü.
Başqa bir maraqlı hadisə də yadımdadır. Bir ailə "VAZ-2107" udmuşdu. Hədiyyələrini götürməyə gələndə gördük ki, çox köhnə və yan tərəfləri çürümüş "VAZ-21011" ilə gəliblər. Ər-arvad məni görən kimi boynuma sarıldılar: "Çingiz müəllim, sənə qurban olaq, biz "07" udmuşuq!" Sevinclərinin həddi-hüdudu yox idi. Üstəlik, bizə böyük bir tort da gətirmişdilər.
Başqa bir qalib isə efirə gəlmişdi. Canlı yayımda ona 12-13 paçka 10 minlik pul əsginasları verdik. O dövr üçün bu məbləğ bir neçə ev almağa kifayət edirdi. Ancaq onun üzündə sevinc yox idi. Soruşdum ki, "Niyə sevinmirsən?" Dedi ki, "Çingiz müəllim, yaxşıdır, amma biletin biri udub, dördü udmayıb..."

Uzun fasilədən sonra yenidən efirə qayıtmaq …

"Bu lotereyanın yenidən başlamasını çoxdan gözləyirdim. Həm tamaşaçılar, həm mənim üçün yenilikdir, nostalji hisslərdir. Özümü elə hiss edirəm ki, sanki heç yaşlanmamışam.
Lotereya – bəxt məsələsidir. O vaxt daşları mən çıxarırdım, indi isə lototron fırlanır və nömrələr çıxır. İlk efirimdə 50 000 manat udulmuşdu. O qədər həyəcanlandım və sevindim ki, sanki uduşu mən qazanmışdım.
Qalib gələnlər arasında elələri var idi ki, sevincini hamıya danışırdı, elələri də vardı ki, heç kimə demirdi – qohumların borc istəməsindən ehtiyat edirdi. Amma udanlar nə qədər çox danışırdısa, insanlar da bir o qədər bu lotereyanın şəffaflığına inanırdı".

"Oxucuları bəxtini sınamağa, lotereya oynamağa dəvət edirəm"

"Bir sözlə, efirdə məni – Çinanı görmək, lotereya oynamaq istəyənlər, sizə səslənirəm! Bilirəm ki, qalib gələcəksiniz. Və o gün gələndə mənə deyəcəksiniz: "Ay Çina, Allah səndən razı olsun, nə yaxşı bizi oynamağa, bəxtimizi sınamağa çağırdın!""


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 951   Tarix: 11 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.