"Emin Əmrullayev təhsil ictimaiyyətində sıfıra düşən nüfuzunu bərpa etmək istəyir" - Təhsil eksperti
Təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq.
Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, Emin Əmrullayev müəllimlərin əmək haqqını artırmaq səlahiyyətində olan şəxs deyil. Müəllimlərin əmək haqqının artırılması ilə bağlı sərəncamı cənab prezident verir. Emin Əmrullayev təhsil ictimaiyyətində sıfıra düşən nüfuzunu bərpa etmək istəyir ki, guya müəllimlərin əmək haqı artacaq:
"Emin Əmrullayevin bu fikrinin məntiqi əsası yoxdur. Ölkədə hazırda 151 minə yaxın müəllim çalışır. Onlardan 137 mini daimi əsaslarla işləyir. 10 faizə qədəri müddətli müqavilə ilə işləyir. Müəllimlərin həftəlik dərs norması ilə təmin olunması şərtdir. Emin Əmrullayev müəllimlərin əmək haqqını artırmaq səlahiyyətində olan şəxs deyil. Müəllimlərin əmək haqqının artırılması ilə bağlı sərəncamı cənab prezident verir. Əmrullayev populist fikir söyləyib və təhsil ictimaiyyətində sıfıra düşən nüfuzunu bərpa etmək istəyir ki, guya müəllimlərin əmək haqqı artacaq. Müəllimlərin əmək haqqının artırılması saylarının azaldılması ilə olmamalıdır. Müəllimlərin sayı yaranmış tələblərə uyğun olmalıdır. Hazırda bizim 5,6,7,8 saatla işləyən müəllimlərimiz var. Qanunvericiliyə görə, müəllimin həftəlik dərs yükü 18 saatla təmin olunmalıdır. Təmin oluna bilmirsə, tədris ilinin sonuna qədər 18 saatın əmək haqqı ödənilməlidir. Bugünki sistemdə müəllim sayının azaldılması hansı yolla başa gələcək? Bizim regionlarımızda müəllim çatışmazllğı, eyni zamanda müəllim artımı var. Əhalinin şəhərlərə köçməsi nəticəsində regionlarda ibtidai sinif müəllimlərinin sayında çoxluq var. Şəhərlərdə isə hər il vakansiya çıxır. Eyni zamanda gənc müəllimlərə regionlarda şərait yaradılmadığına görə onlar regionları seçmir və ya yerdəyişmə üçün qısa müddətli dözməli olurlar. Xüsusilə xarici dil, fizika, kimya, biologiya fənlərində regionlarda çatışmazlıq var. Düşünürəm ki, bunun əsaslandırılması olmalıdır. Üstəlik bunu nazir statusunda olan şəxs söyləyirsə, istənilən halda fikrini əsaslandırmasını təqdim etməlidir. Düşünürəm ki, bu, Emin Əmrullayevin növbəti populist çıxışıdır. Maaş artımı ilə təhsil ictimaiyyətində sıfırın altına düşən nüfuzunu bərpa etmək istəyir. Müasir dövrdə insanlar daha çox biliyə malikdirlər və hamı bilir ki, əmək haqqının artımı təhsil nazirinin səlahiyyətində deyil. Müəllim sayının azaldılması mexanizminin necə olacağını deməlidir. Əgər demirsə, populizmdən başqa bir şey deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3223 Tarix: 11 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281