Hava kəskin dəyişəcək: Leysan, güclü külək, qar və sel təhlükəsi - Xəbərdarlıq

Hava kəskin dəyişəcək: Leysan, güclü külək, qar və sel təhlükəsi - XəbərdarlıqKüləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

BiG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 30-u axşamdan dekabrın 2-si axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Qusar, Şabran, Siyəzən, Xızı, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı da gözlənilir.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 69   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qardaşlar arvadlarını öldürüb, meyitləri meşədə basdırdılar

Hindistanın Carkhand ştatında öz həyat yoldaşlarını öldürməkdə şübhəli bilinən iki qardaş saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə noyabrın 23-də Qumla rayonunda qeydə alınıb. İstintaqın məlumatına görə, qardaşlar ailə münaqişəsi zəminində 28 və 20 yaşlı həyat yoldaşlarını öldürüblər

16:00 192
.

Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq?

Təhsil eksperti Elşən Qafarov orta məktəblərdə müəllimlərin işə qəbulu ilə bağlı yeni təkliflə çıxış edib. O, pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər üçün magistratura təhsilini məcburi şərt kimi təklif edir. Ekspertin fikrincə, müəllimlərin işə qəbulunda magistr dərəcəsi olan namizədlərə üstünlü

15:30 185
.

"Toyota"nın satışları ardıcıl doqquzuncu ay azalır

Yaponiyanın avtomobil nəhəngi "Toyota Motor" şirkəti ardıcıl doqquzuncu aydır satışlarının azalmasını qeydə alır. "Reuters" agentliyinə istinadən xəbər verir kii, konsernin oktyabr ayında dünya üzrə satışları törəmə "Daihatsu Motor Company" də daxil olmaqla, ötən ilin oktyab

14:20 174
.

İran italyanların ölümündə günahı Ukraynaya atdı

İran Ukraynanı Küveytə pilotsuz uçuş aparatları ilə hücum təşkil etməkdə ittiham ediblər. Hücum nəticəsində "Rheinmetall Italia" şirkətinin iki italiyalı mütəxəssisi həlak olub, daha ikisi isə yaralanıb. xəbər verir ki, bu barədə "The New York Post" İranın nüvə proqramı üzrə danışıqla

18:30 128
.

Zelenski hərbi sahədə kadr təyinatlarının olacağını açıqlayıb

Ukrayna hərbi sahədə yeni kadr təyinatları planlaşdırır. "Report" xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, o, bu məsələni Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Pavlo Palisa ilə müzakirə edib. "Pavlo ilə hərbi sahədək

13:40 181
.

Azərbaycanda pensiyalar və sosial ödənişlər ARTIRILACAQ

Azərbaycanda aparılan sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib, b artım dinamikası gələn il də davam edəcək. ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmu

00:11 386
.

Dünyanın ən qədim fortepiano istehsalçısı müflisliklə bağlı müraciət edib

Şpayxinqen şəhərindəki (Almaniyanın Baden-Vürtemberq federal əyaləti) dünyanın ən qədim fortepiano manufakturası "Carl Sauter Pianofortemanufaktur" müflisliklə bağlı müraciət edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Tarixi 1819-c

15:40 169
.

Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı

Bakının Yasamal rayonunda valideynlərinin evindən qızıl-zinət əşyaları və nağd pul oğurlayan şəxs saxlanılıb. -ın əldə etdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinən M.Kazımlı yaxalanıb. O, əvvəlcə valideynlərinə məxsus 300 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyub v

12:30 221
.

ABŞ Fars körfəzindəki qüvvələrini İsrail və İordaniyaya köçürə bilər

ABŞ-nin Fars körfəzi bölgəsində yerləşən hərbi qüvvələri İrandan daha uzağa - İsrail və İordaniyadakı bazalara köçürə bilər. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Xüsusən Amerika hərbi qulluqçularının əvvəllər ABŞ-nin Yaxın Şərqdəki Mərkəz

19:40 0
.