Bu tarixdə ətin qiyməti BAHALAŞACAQ - QİYMƏT

Bu tarixdə ətin qiyməti BAHALAŞACAQ - QİYMƏTAzərbaycanda qoyun və keçilərin sayının 6,73 milyon başa enərək son 23 ilin minimumuna düşməsi ölkənin ət bazarında həm qoyun, həm də mal ətinin bahalaşması üçün birbaşa zəmin yaradır. Yerli istehsalın azalması fonunda alıcıların alternativ kimi mal ətinə üstünlük verməsi bu seqmentdə də tələbi artıraraq qiymətləri yuxarı çəkir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Modern.az-a danışıb. O qeyd edib ki, heyvanların sayının azalması birbaşa bahalaşmaya səbəb olmur:

"Azərbaycanda son illər xırdabuynuzlu heyvanların sayı xeyli azalıb. Ancaq bu o demək deyil ki, heyvanların sayının azalması mütləq bahalaşmaya səbəb olmalıdır. Bahalaşmada xırdabuynuzlu mal-qaranın sayının azalmasını bir amil kimi götürmək olar, lakin ətlik qoyunlar və cins heyvanlar hesabına ət istehsalını yüksəltmək mümkündür və bu istiqamətdə işlər görülür.

Bahalaşmaya səbəb olan digər amillər də var. Bunlara fermerlərin və heyvandarlıqla məşğul olan insanların bazara çıxmaqda çətinlik çəkməsi, eləcə də yemlərin qiymətinin artması daxildir. Digər tərəfdən, burada işbazların da fəaliyyəti rol oynayır - onlar regionlardan heyvanları ucuz qiymətə alıb bazarda baha qiymətə satırlar".

Deputat əlavə edib ki, bahalaşmanın bir səbəbi də son illər heyvandarlığa marağın azalmasıdır:

"Başqa amillərdən biri isə son illər heyvandarlığa və mal-qaranın saxlanmasına marağın müəyyən qədər azalmasıdır. İnsanlar daha rahat iş axtarır, bu sahənin çətinliklərini çəkmək istəmirlər. Təbii ki, heyvanların sayı kəskin azalırsa və maraq aşağı düşürsə, ət istehsalı da azala bilər və bu, bazarda bahalığa səbəb olar.

Ancaq dövlət bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Artıq 2025-2026-cı illərdə çox mühüm dövlət proqramı qəbul edilib. "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda bu məsələlər aydın ifadəsini tapıb və xüsusilə heyvandarlığın inkişaf etdirilməsi üçün qarşıya ciddi vəzifələr qoyulub.

Burada dövlət dəstəyinin artırılması, heyvandarlıqla məşğul olan insanlara lazımi şəraitin yaradılması, cins heyvanların gətirilməsi, eləcə də qoyun və keçilərin cins tərkibinin yaxşılaşdırılması, yem tədarükü, baytarlıq-sağlamlıq tədbirləri və digər məsələlər geniş şərh olunub. Ən vacib məqam stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir ki, bu da heyvandarlıqla məşğul olan insanlara əlavə imkanlar yaradılmasını nəzərdə tutur. Görülən bu tədbirlər, sözsüz ki, həm heyvandarlığın inkişafına, həm də daxili bazarda ət təminatının sabitləşməsinə öz müsbət təsirini göstərəcək".

Aqrar sahə və iqtisadiyyat üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə isə ətin bahalaşmasının əsas səbəblərindən biri örüş sahələrinin azalmasıdır:

"Həqiqətən də, son on ildə heyvanların baş sayı daha sürətlə azalıb. Bunun da səbəbi örüş ərazilərində məhsuldarlığın aşağı düşməsi, ümumiyyətlə, örüş sahələrinin azalmasıdır. Onun da səbəbi odur ki, bəzi oliqarx məmurlar həmin əraziləri mənimsəyir və səmərəli istifadə etmirlər. Digər tərəfdən, ölkədə yem bazası zəifdir. Bu problemlər, əlbəttə ki, heyvandarlığın inkişafında böyük əngəldir.

Keçən il əslində mal və qoyun əti istehsalı azalıb. Ümumi ət istehsalında artım ona görə göstərilib ki, quş ətinin istehsalında artım olub. Amma quş ətinin istehsalının artması ümumi ətin qiymətinə təsir etmir, çünki insanlar əsasən təzə kəsilmiş mal və qoyun ətinə üstünlük verirlər. Məsələn, 2024-cü illə müqayisədə 2025-ci ildə mal əti istehsalı 152,9 min tondan 150,5 min tona, qoyun əti isə 89,7 min tondan 88,4 min tona düşüb".

Vahid Məhərrəmli qeyd edib ki, baş sayının azalmasına da xüsusi diqqət yetirmək lazımdır:

"Bu hal əvvəllər ət istehsalını artırıb, çünki heyvanlar kəsimə verilib. Heyvanların sayı ilbəil azalırsa, deməli, ət istehsalı da azalır. Artıq elə bir həddə çatıb ki, bu, özünü istehsalda göstərir və keçən ilki azalma bu il ətin qiymətində özünü büruzə verir.

Bu il ətin qiyməti 17 manat 50 qəpikdən qalxaraq 19,50-20 manata çatıb. Qısa müddətdə baş sayını artırmaqla və ya xaricdən daha çox diri heyvan idxal etməklə ölkədə ətin qiymətini tənzimləmək mümkün olmayacaq. Çünki xarici ölkələrdə də qlobal istiləşmə ilə bağlı örüş sahələrində məhsuldarlıq aşağı düşüb və diri heyvan ixracına bir o qədər yol vermirlər, hər ölkə öz daxili tələbatını ödəməyə çalışır.

Yemlik bitkilərin istehsalında da azalma var. Bu ondan xəbər verir ki, qış üçün yem ehtiyatımız az olacaq. Yem az olacaqsa, daha az ət istehsal edəcəyik; təklif az olanda isə qiymət artacaq.

Təəssüf ki, yaxın perspektivdə qiymətlərin stabil qalacağını demək çətindir. Ölkədə qiyməti əsasən təzə kəsilmiş mal və qoyun əti formalaşdırır. Toyuq ətinin və ya gətirilən dondurulmuş ətin artımı qiymətə, demək olar ki, təsir etmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 118   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkətinin təşkilində və baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə rəqəmsal yeniliklər həyata keçirir. xəbər verir ki, bunu "Report"un sualına cavabında BDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Elvi

28.11.2026 123
.

Azərbaycan ayaqqabı istehsalını 56 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 277,4 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 % çoxdur. Bu ilin noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 98 min cüt hazır məhsu

28.11.2026 169
.

Qəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?

Son vaxtlar Azərbaycanda qəfil ölüm halları ilə bağlı yayılan xəbərlər diqqət çəkir. Gözlənilmədən baş verən bu ölümlər bir sıra suallar doğurur. İnsanların qəfil vəfat etməsinə hansı amillər səbəb nədir?. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında ölkədə bütü

28.11.2026 224
.

"The Telegraph": Ukrayna Krım körpüsünə yeni zərbələr endirməyə hazırlaşır

Ukrayna Krım körpüsünü tamamilə dağıtmaq məqsədilə ora yeni zərbələr endirməyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "The Telegraph" məlumatlı hərbi mənbələrə istinadən bildirib. "Prezident (Ukraynanın prezidenti -red.) onun tamamilə məhv edilməsini istəyir",

28.11.2026 219
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, noyabrın 27-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis tərəfindən təmin olunub. Axtarışda olduğun

28.11.2026 203
.

Qəbir daşını kreditlə qoymaq günahdırmı?

Artıq şəxsiyyət vəsiqəsi ilə kreditlə qəbir daşı qoymaq mümkün olacaq. Bəs bu dini baxımdan nə dərəcədə düzgündür? . xəbər verir ki, bu barədə sosial şəbəkələrdə reklam xarakterli görüntülər paylaşılıb. Tək şəxsiyyət vəsiqəsi ilə 3 aydan 24 ata qədər istənilən formada qəbir daşını kreditlə əldə edə bilərsiniz

28.11.2026 153
.

7 gün itkin düşən yaşlı qadın torpaq yeyərək sağ qaldı - Video

Türkiyənin Mersin şəhərində bir həftə əvvəl itkin düşən 76 yaşlı Müminə Kılıç sağ tapılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaşlı qadının yeddi gün ərzində nəm torpaq yeyərək və dərədən su içərək həyatda qalmağa çalışdığı məlum olub. Kılıç yaşadığı evdən təxminən 7 kilometr uzaqlıqda bələdiyy

28.11.2026 214
.

Ermənistan gələn il yeni nüvə enerji blokunun seçimi ilə bağlı qərar verməyi planlaşdırır

Ermənistan yeni nüvə enerji blokunun seçilməsi istiqamətində işləri davam etdirir və hökumət bu məsələyə 2027-ci ildə aydınlıq gətirməyi planlaşdırır. "Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət başçısı yanında Atom Enerjis

28.11.2026 170
.

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında noyabrın 29-da müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini

28.11.2026 205
.