Bacısının günahsız olduğunu deyir
Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı məhkəmə işində yeni inkişaf yaşanıb.
Anasını öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilən Tuğyan Ülkem Gülterin vəkili Merve Uçanok qardaşı Tuğberk Hamza Yağız Gülterin apellyasiya şikayətinə cavab təqdim edib.
Vəkil ərizəsində Güllünün ölümünün qətl deyil, yıxılma və ya intihar nəticəsində baş vermiş ola biləcəyini iddia edib.
O, hadisə zamanı Güllünün 3,53 promil spirtli içkinin təsiri altında olduğunu, qəbul etdiyi dərmanların da fiziki vəziyyətinə təsir göstərə biləcəyini irəli sürüb.
Merve Uçanok həmçinin Tuğberk Gülterin vəkillərinin iş materiallarına təqdim etdiyi "Hadi görüşürüz" səs yazısı ilə bağlı ekspert rəylərinin elmi baxımdan yetərli olmadığını bildirib. Onun sözlərinə görə, rəyləri hazırlayan şəxslərin məhkəmə audioekspertizası sahəsində mütəxəssisliyi yoxdur.
Vəkil qarşı tərəfin hüquqşünaslarının daha əvvəl təxminən üç ay Tuğyan Gülterin vəkili kimi fəaliyyət göstərməsinə də diqqət çəkərək bunu ziddiyyətli hal kimi qiymətləndirib.
Uçanok Tuğberk Gülterin apellyasiya şikayətinin rədd edilməsini, özünün təqdim etdiyi şikayətin isə qəbul olunaraq Tuğyan Gülterin bəraət almasını tələb edib.
Qeyd edək ki, müğənni Güllü 2025-ci il sentyabrın 26-da Yalovadakı evinin pəncərəsindən yıxılaraq həyatını itirib. Onun ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edir. (Axşam.az)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ana yox, ata kimi fədakar oldum"
"Ana kimi fədakarlıq etməmişəm, ata kimi fədakarlıq etmişəm. Uşaqlarımın anası anam olub. Onları dayə yanında qoymamışam. Hər şeyi o edib, anam böyüdüb. Mən ancaq iş-güc arxasınca qaçmışam. Onlara atalıq etmişəm. Mənim və anamın nəzarəti olub ki, savadlı, tərbiyəli, sağlam böyüyüblər". Axşam.a
22.11.2026 477 Cinsi təcavüzə görə qadınlardan üzr istədi
Dünyaca məşhur fransız aktyor Jerar Depardye iki qadına qarşı cinsi təcavüzə görə aldığı 18 aylıq şərti həbs cəzasından apellyasiya şikayətini geri götürüb. İllərdir ona qarşı irəli sürülən ittihamları rədd edən 77 yaşlı aktyor məhkumluq qərarını qəbul edərək zərərçəkmiş qadınlardan üzr istəyib. Aktyo
18.11.2026 945 Boşanma səbəblərini açıqladı
Türkiyəli aktrisa Ezgi Mola 2025-ci ildə boşandığı Mustafa Aksakallı ilə ayrılığının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə qonaq olduğu "Ritmini Bul" adlı yutub proqramında danışıb. O, boşanma ilə bağlı ortaya atılan xəyanət iddialarını da təkzib edib. Ezgi bildiri
22.11.2026 587 "Nə botoks etdirirəm, nə də başqa iynə vurdururam"
Aktrisa Zümrüd Qasımova cavan qalma sirrini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi üzünə botoks və başqa iynəli prosedurlar etdirmədiyini açıqlayıb. O, təbii gözəlliyə üstünlük verdiyini vurğulayıb:. "Nə filtr, nə botoks, nə də üzümə hər hansı iynə müdaxiləsi. Gözəlliyin yalnız iynələrdə v
28.11.2026 226 Könül Kərimova geyimlərini satacaq
Əməkdar artist Könül Kərimova şəxsi geyimlərini satışa çıxarmağa hazırlaşır. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" proqramında danışıb. O bildirib ki, illər ərzində topladığı geyimlər evdə çox yer tutduğu üçün onları satmaq qərarına gəlib. Sənətçi bunun üçün "Könül dünyamız"
19.11.2026 843 Zaurdan Günaya etiraf: "Sənin ağrın canımı göynədir" - VİDEO
Zaur Baxşəliyev xanımı Günay Baxşəliyeva ilə bağlı romantik paylaşım edib. Aparıcı sevgi və ailə münasibətləri haqqında fikirlərini bölüşüb. O, paylaşımında ailə olmağın eyni qanı daşımaq deyil, bir-birinin sevincini və kədərini bölüşmək olduğunu vurğulayıb:. "İllər keçir. Bir gün həyatına yad bir
00:08 95 Bu seriala çəkiləcək
Türkiyəli aktyor Ferit Kayanın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktyor "Mükemmel anneler" serialında rol alacaq. O, "Ali" obrazını ifa edəcək. Qeyd edək ki, Ferit son olaraq "Aşk ve taht", "Uzak şehir" kimi seriallarda çəkilib
22.11.2026 599 Narkotik testlərinin nəticəsi bəlli oldu
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan Özcan Deniz, Deniz Çakır və Burcu Özberkin analizlərinin nəticəsi bəlli olub. Axşam.az xəbər verir ki, onların hər üçünün analiz cavabı mənfi çıxıb. Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsind
28.11.2026 314 Hacı Nuranın səhhəti pisləşib, Almaniyadadır
Aparıcı Hacı Nuran Hüseynovun səhhətində problem yaranıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı bir neçə aydır Almaniyada müalicə alır. Hacı Nuranın ayaq sümüyündə problem yaranıb. Bu səbəbdən yeriməkdə çətinlik çəkən aparıcı yaxın günlərdə əməliyyat olunacaq
25.11.2026 564