Türkiyədə dəhşətli cinayət: Sevgilisini öldürüb meyiti ilə polis idarəsinə getdi

Türkiyədə dəhşətli cinayət: Sevgilisini öldürüb meyiti ilə polis idarəsinə getdiTürkiyənin Aksaray şəhərində 39 yaşlı Necati Doğanay ondan ayrılmaq istəyən 31 yaşlı sevgilisi Rabia Yeşildalı avtomobildə tapança ilə vuraraq öldürüb. Daha sonra qadının meyitinin olduğu avtomobillə polis bölməsinə gedərək təslim olub.

Oxu.Az DHA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 28-də saat 4 radələrində Yunus Emre məhəlləsində baş verib.

İki uşaq anası Rabia Yeşildal sevgilisi Necati Doğanayla birgə yaşamağa başladıqdan sonra onun evli və üç uşaq atası olduğunu öyrənib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Mübahisədən sonra Doğanay qadını Pınar məhəlləsində yaşayan anasının yanına apara biləcəyini deyib. Onlar birlikdə evdən çıxaraq avtomobilə miniblər. Bu zaman Necati Doğanay tapança ilə Yeşildala atəş açıb. Başından güllə yarası alan iki uşaq anası hadisə yerində həyatını itirib.

Necati Doğanay Yeşildalın meyitinin olduğu avtomobillə polis bölməsinə gedərək təslim olub.

Qeyd edək ki, Rabia Yeşildal 25 gün əvvəl 33 yaşlı keçmiş əri Osman Oruç tərəfindən 15 bıçaq zərbəsi ilə öldürülən Şefika Yeşildalın qohumudur.

Türkiyədə dəhşətli cinayət: Sevgilisini öldürüb meyiti ilə polis idarəsinə getdiTürkiyədə dəhşətli cinayət: Sevgilisini öldürüb meyiti ilə polis idarəsinə getdi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 71   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkətinin təşkilində və baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə rəqəmsal yeniliklər həyata keçirir. xəbər verir ki, bunu "Report"un sualına cavabında BDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Elvi

28.11.2026 262
.

Xəzərin suyunun duzsuzlaşdırılması üçün zavod hansı şəhərdə tikiləcək? - Detallar

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması Azərbaycanda içməli su təminatının yaxşılaşdırılması baxımından nəzərdə tutulan mühüm layihələrdən biridir. BİG.AZ -ə istinadla xəbər verir ki, iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və artan tələbat fonunda bu təşəbbüsün reallaşdırılması xüsusi aktuallı

16:30 0
.

Qardaşlar arvadlarını öldürüb, meyitləri meşədə basdırdılar

Hindistanın Carkhand ştatında öz həyat yoldaşlarını öldürməkdə şübhəli bilinən iki qardaş saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə noyabrın 23-də Qumla rayonunda qeydə alınıb. İstintaqın məlumatına görə, qardaşlar ailə münaqişəsi zəminində 28 və 20 yaşlı həyat yoldaşlarını öldürüblər

16:00 0
.

Paşinyan: "Ermənistanda yeni nüvə enerji blokunun tikilməsi təhlükəsizliyimiz üçün vacibdir"

Ermənistanın baş naziri Nikol Paşinyan Atom Enerjisi Təhlükəsizliyi Şurasının iclasında mövcud Ermənistan Atom Elektrik Stansiyasının (AMES) istismar müddəti bitdikdən sonra ölkədə onu əvəz edəcək yeni nüvə enerji blokunun tikilməsinin zəruriliyini ifadə edib. Bu barədə Ermənistan KİV-ə istinadən məluma

12:40 0
.

Nərgizi öldürəndən sonra parçalayan ata və ögey anaya hökm oxundu

2020-ci ildə itkin düşən, 4 il sonra isə doğma atası və ögey anası tərəfindən qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. BİG.AZ -a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilə

28.11.2026 307
.

Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? - Video

Ədliyyə Nazirliyinin son məlumatına görə, bu il ölkədə 300-dən çox pensiyaçı ailə həyatı qurub. Həmin statistika cəmiyyətdə həm təbəssümlə, həm də tənqidlə qarşılanıb. Paytaxt sakinləri mövzu barədə fikirlərini Baku TV ilə bölüşüblər. "Ailə həmişə lazımdır. Vacibdən də vacibdir. Hamı istədiyi vax

12:20 59
.

Azərbaycan duz istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 78 min 710 ton duz istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 % çoxdur. Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. 2025-c

16:40 0
.

Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı

Bakının Nərimanov rayonunda borclu olduğu şəxsin velosipedini oğurlayıb sataraq əldə etdiyi pulla borcunu qaytaran şəxs saxlanılıb. -ın əldə etdiyi məlumata görə, hadisə polis əməkdaşlarının velosiped oğurluğu ilə bağlı apardıqları araşdırma zamanı üzə çıxıb. Araşdırma zamanı məlum olub ki, saxlanıla

28.11.2026 307
.

"Toyota"nın satışları ardıcıl doqquzuncu ay azalır

Yaponiyanın avtomobil nəhəngi "Toyota Motor" şirkəti ardıcıl doqquzuncu aydır satışlarının azalmasını qeydə alır. "Reuters" agentliyinə istinadən xəbər verir kii, konsernin oktyabr ayında dünya üzrə satışları törəmə "Daihatsu Motor Company" də daxil olmaqla, ötən ilin oktyab

14:20 0
.