Toyda havaya atəş açıldı, yoldan keçən qadın yaralandı

Toyda havaya atəş açıldı, yoldan keçən qadın yaralandıRusiyanın İnquşetiya Respublikasında toy mərasimi zamanı açılan atəş faciə ilə nəticələnib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, Karabulak yaşayış məntəqəsində 23 yaşlı qadın küçədə gedərkən güllə yarası alıb. Şahidlər hadisə zamanı ərazidən keçən toy avtomobillərdən atəş səslərinin gəldiyini bildiriblər.

Ehtimal olunur ki, qadın Qafqazda toy mərasimlərində havaya atəş açmaq ənənəsinin qurbanı olub.

Ağır vəziyyətdə İnquşetiya Respublika Klinik Xəstəxanasının neyrocərrahiyyə şöbəsinə yerləşdirilən qadın mürəkkəb əməliyyat keçirib və güllə çıxarılıb.

Üç həftədir müalicə alan pasiyentin həyatı üçün hazırda təhlükə yoxdur. Evə buraxılmağa hazırlanan qadını uzunmüddətli müalicə və reabilitasiya gözləyir. Həkimlər zədələnmiş sümük nahiyələrinin titan lövhələrlə bərpası üçün daha bir əməliyyatın keçirilməli olduğunu bildiriblər.

Rusiyada müəyyən edilməmiş yerlərdə odlu silahdan atəş açmaq qanunla qadağan olunsa da, Qafqazın bəzi bölgələrində təhlükəli toy ənənəsi hələ də davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 110   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkətinin təşkilində və baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə rəqəmsal yeniliklər həyata keçirir. xəbər verir ki, bunu "Report"un sualına cavabında BDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Elvi

28.11.2026 262
.

Xəzərin suyunun duzsuzlaşdırılması üçün zavod hansı şəhərdə tikiləcək? - Detallar

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması Azərbaycanda içməli su təminatının yaxşılaşdırılması baxımından nəzərdə tutulan mühüm layihələrdən biridir. BİG.AZ -ə istinadla xəbər verir ki, iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və artan tələbat fonunda bu təşəbbüsün reallaşdırılması xüsusi aktuallı

16:30 0
.

Qardaşlar arvadlarını öldürüb, meyitləri meşədə basdırdılar

Hindistanın Carkhand ştatında öz həyat yoldaşlarını öldürməkdə şübhəli bilinən iki qardaş saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə noyabrın 23-də Qumla rayonunda qeydə alınıb. İstintaqın məlumatına görə, qardaşlar ailə münaqişəsi zəminində 28 və 20 yaşlı həyat yoldaşlarını öldürüblər

16:00 0
.

Paşinyan: "Ermənistanda yeni nüvə enerji blokunun tikilməsi təhlükəsizliyimiz üçün vacibdir"

Ermənistanın baş naziri Nikol Paşinyan Atom Enerjisi Təhlükəsizliyi Şurasının iclasında mövcud Ermənistan Atom Elektrik Stansiyasının (AMES) istismar müddəti bitdikdən sonra ölkədə onu əvəz edəcək yeni nüvə enerji blokunun tikilməsinin zəruriliyini ifadə edib. Bu barədə Ermənistan KİV-ə istinadən məluma

12:40 0
.

Nərgizi öldürəndən sonra parçalayan ata və ögey anaya hökm oxundu

2020-ci ildə itkin düşən, 4 il sonra isə doğma atası və ögey anası tərəfindən qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. BİG.AZ -a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilə

28.11.2026 307
.

Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? - Video

Ədliyyə Nazirliyinin son məlumatına görə, bu il ölkədə 300-dən çox pensiyaçı ailə həyatı qurub. Həmin statistika cəmiyyətdə həm təbəssümlə, həm də tənqidlə qarşılanıb. Paytaxt sakinləri mövzu barədə fikirlərini Baku TV ilə bölüşüblər. "Ailə həmişə lazımdır. Vacibdən də vacibdir. Hamı istədiyi vax

12:20 59
.

Azərbaycan duz istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 78 min 710 ton duz istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 % çoxdur. Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. 2025-c

16:40 0
.

Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı

Bakının Nərimanov rayonunda borclu olduğu şəxsin velosipedini oğurlayıb sataraq əldə etdiyi pulla borcunu qaytaran şəxs saxlanılıb. -ın əldə etdiyi məlumata görə, hadisə polis əməkdaşlarının velosiped oğurluğu ilə bağlı apardıqları araşdırma zamanı üzə çıxıb. Araşdırma zamanı məlum olub ki, saxlanıla

28.11.2026 307
.

"Toyota"nın satışları ardıcıl doqquzuncu ay azalır

Yaponiyanın avtomobil nəhəngi "Toyota Motor" şirkəti ardıcıl doqquzuncu aydır satışlarının azalmasını qeydə alır. "Reuters" agentliyinə istinadən xəbər verir kii, konsernin oktyabr ayında dünya üzrə satışları törəmə "Daihatsu Motor Company" də daxil olmaqla, ötən ilin oktyab

14:20 0
.