Vüqar Bayramov: "Rəqəmsal İnkişaf Şurası Azərbaycanın elektron hökumət imkanlarını genişləndirir"
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması Azərbaycanda elektron hökumət imkanlarının genişlənməsinə, süni intellekt və müasir rəqəmsal həllərin tətbiqinə güclü təkan verir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu strateji addım ölkənin BMT-nin müvafiq reytinqlərindəki mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir.
V. Bayramov hesab edir ki, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzv ölkələr arasında rəqəmsal xidmətlərin səviyyəsini müəyyənləşdirən əsas qiymətləndirmə mexanizmidir:
"Bu reytinqdə infrastruktur, təhsil səviyyəsi, texnologiyalardan istifadə və inklüziv yanaşma ilə yanaşı, vətəndaşların elektron xidmətlərə çıxış imkanları başlıca meyarlar kimi götürülür. BMT-nin metodologiyasına əsasən, ümumi indeks üç əsas komponentin - onlayn xidmət, insan kapitalı və telekommunikasiya infrastrukturu indekslərinin cəmi əsasında formalaşır. Eyni zamanda, bu qiymətləndirmə beş subindikatoru özündə birləşdirir: sosial şəbəkə aktivliyi, xidmət təminatı, mövzunun təqdimatı, texnologiya və elektron iştirakçılıq. Burada xidmət təminatı 45 %, elektron iştirakçılıq isə 35 % paya malikdir. Bu rəqəmlər göstərir ki, qiymətləndirmədə həm müasir infrastrukturun qurulması, həm də vətəndaşların xidmətlərə əlçatanlığı həlledici rol oynayır".
Deputat vurğulayıb ki, Azərbaycan regionda elektron hökumətin inkişafı sahəsində xüsusi seçilən və ciddi uğurlara imza atan ölkələrdəndir:
"Bir tərəfdən Prezident İlham Əliyev tərəfindən müvafiq strategiyanın təsdiqlənməsi və elektron xidmətlərdən istifadənin genişləndirilməsi Azərbaycanın BMT indeksindəki mövqeyinə birbaşa müsbət təsir göstərir. Digər tərəfdən isə Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının konkret istiqamətlər üzrə fəaliyyəti bu prosesi sürətləndirir. Şuranın birinci iclasında həm mövcud vəziyyət qiymətləndirilib, həm də perspektiv strateji yanaşmalar müəyyən olunub".
V.Bayramov əlavə edib ki, Şuranın fəaliyyəti ölkədə rəqəmsal həllərdən və süni intellektdən daha geniş istifadəyə şərait yaradır: "Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqəti, cəlb olunan sərmayə və texnologiyalar, eləcə də vətəndaşların elektron xidmətlərə əlçatanlığının artması Azərbaycanın BMT indeksindəki mövqeyinin kəskin yaxşılaşmasına gətirib çıxarıb".
Xatırladaq ki, Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə son reytinqində 2024-cü ildəki 74-cü yerdən 36 pillə irəliləyərək 38-ci mövqedə qərarlaşıb. Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib və bu da 2024-cü ilin göstəricisi (0,7607) ilə müqayisədə 16,3 % artım deməkdir. Beləliklə Azərbaycan "Çox yüksək EHİİ" kateqoriyasında daha üstün rəqəmsal inkişafa nail olub və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna yüksəlib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 170 Tarix: 21 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qaldı - Foto/Video
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. -ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. İtlər qızın ayaq nahiyəsini dişləyərək ona xəsarət yetiriblər. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Məktəbli qıza həkimlər tərəfindən tibbi yardım göstərilib
21.11.2026 217 Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxarıb? - Açıqlama-Yenilənib
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. O, rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağl
21.11.2026 327 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü
Bakıda kişi oğlunu siqaret çəkdiyi üçün cəzalandırıb, eləcə də həyat yoldaşını döyüb. -ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki fərdi yaşayış evlərindən birində baş verib. 1986-cı il təvəllüdlü V.Mustafayev evinə gələrkən yeniyetmə oğlunun küçədə siqaret çəkdiyini görüb
21.11.2026 179 İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək "Vidal" aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıql
21.11.2026 191 Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib
00:25 82 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video
İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib. xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Dövlət başçısının sözlərin
21.11.2026 166 Azərbaycanda terminallarla ÖDƏNİŞ QAYDASI DƏYİŞDİ
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
00:23 77 Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib
Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində
21.11.2026 170 Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - Foto
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhn
21.11.2026 193