Van Qoqun ölümündən iki ay əvvəl çəkdiyi əsər rekord qiymətə satıldı
Niderlandlı dahi rəssam Vinsent van Qoqun ömrünün son iki ayında yaratdığı "Çiçəklənən şabalıd ağacları" ("Châtaigniers en fleurs") rəsm əsəri Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında 190,4 milyon dollara satılaraq rəssamın yeni hərrac rekordunu müəyyənləşdirib.
"Qafqazinfo"nun BBC-yə istinadən məlumatına görə, 1890-cı ildə kətan üzərində yağlı boya ilə işlənmiş əsərin hərracdan əvvəlki təxmini dəyəri 180 milyon dollar olaraq qiymətləndirilirdi.
Bu satışla Van Qoqun 2022-ci ildə 117,2 milyon dollarla qeydə alınmış əvvəlki hərrac rekordu yenilənib. Rəsmi satın alan şəxsin kimliyi isə hələlik gizli saxlanılır.
Çərşənbə günü baş tutan hərrac rəsmin nasist hakimiyyəti dövründə təzyiq altında satılması iddiaları ilə bağlı davam edən mülkiyyət mübahisəsinin son anda həll edilməsindən sonra reallaşıb.
"Sotheby's" hərrac evi satışa bir neçə saat qalmış rəsmin son sahibləri olan Blaquier-Arrieta ailəsi ilə əsərin əvvəlki alman sahibləri Fişer ailəsinin varisləri arasında qarşılıqlı razılaşma əldə olunduğunu açıqlayıb.
Fişer ailəsinin varislərini təmsil edən vəkil bildirib ki, rəsm İkinci Dünya müharibəsindən əvvəl Amsterdamda nasist rejimi dövründə ailənin nəşriyyat evinin üzləşdiyi maliyyə itkilərini qarşılamaq məcburiyyəti ilə satılıb. Hərrac evinin bəyanatında qeyd olunub ki, əsərin nasist dövrünə aid mürəkkəb tarixçəsi və Holokost zamanı Fişer ailəsinin çəkdiyi əzablar nəzərə alınaraq tərəflər ortaq məxrəcə gəliblər.
Məlumata əsasən, rəsm əsəri 1909-cu ildə tanınmış alman naşiri Samuel Fişer tərəfindən alınıb və 1934-cü ildə onun vəfatına qədər ailənin kolleksiyasında qalıb. 1932-1933-cü illərdə Amsterdamda sənət dileri Paul Kassirerə əmanət edilən tablo 1936-cı ildə Parisdə Anrietta və Marsel Kapfererlərə satılıb.
1975-ci ildə argentinalı Blaquier ailəsi tərəfindən əldə olunan "Çiçəklənən şabalıd ağacları" yarım əsrdən çox müddətdə bu ailənin şəxsi kolleksiyasında saxlanılıb. Mütəxəssislər 1890-cı ildə yaradılmış bu tablonu rəssamın son yaradıcılıq dövrünün ən mühüm sənət nümunələrindən biri hesab edirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 147 Tarix: 19 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah pensiyalar tam ödəniləcək
Noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək
19.11.2026 304 Arktikada təhlükəsizlik: Danimarka parlamenti müqaviləni təsdiqlədi
Danimarka parlamenti ABŞ, Qrenlandiya və Danimarka arasında Arktika regionunda təhlükəsizliyə dair müqaviləyə razılıq verib. xəbər verir ki, bu barədə "Ritzau" agentliyi məlumat yayıb. Sənədin lehinə 109 deputat səs verib, əleyhinə çıxan olmayıb. Qeyd edək ki, noyabrın 3-də Qrenlandiya parlament
19.11.2026 172 Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimində tapşırıqlar icra olunub
Ölkəmizdə keçirilən "Eternity-2026" kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ssenariyə uyğun olaraq, Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrindən ibarət birgə qərargahda bölgədən keçən stratej
19.11.2026 140 Birqütblü dünyaya qarşı üç hegemonluq modeli: Duqin nə təklif edir?
Rusiyalı ictimai xadim, Kremlin əsas ideoloqlarından biri hesab olunan Aleksandr Duqinin sosial şəbəkə hesabında paylaşdığı xəritə müzakirələrə səbəb olub. Xəritədə ABŞ, Rusiya və Çin qlobal nizamın əsas aktorları kimi təqdim edilir və hər birinə müəyyən coğrafi məkan ayrılır. Duqin bu xəritə vasitəsil
19.11.2026 274 Məleykə Abbaszadə BDU-da: İmtahan sistemindən universitet idarəçiliyinə keçid təhsildə nəyi dəyişəcək?
19 noyabr 2026-cı il. Azərbaycanda elm və təhsil sahəsində diqqətçəkən kadr dəyişikliyi baş verdi. Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olundu. Elçin Babayev isə rektor vəzifəsini itirdi. Bu qərar təkc
19.11.2026 333 Paşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri
19.11.2026 272 "Kontakt"da pişik işçini dişlədi, baş direktor cərimələndi
"Kontakt" mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə inzibati qaydada məsuliyyətə cəlb olunub. -a istinadən xəbər verir ki, buna şirkətə məxsus mağazaların birində pişiyin işçini dişləməsi səbəb olub. Xəstəxanada əməkdaşa tibbi yardım göstərilsə də, şirkət tərəfindən istehsalatd
19.11.2026 372 Gələcəyin muzeyində sərgilənəcək 10 texnoloji cihaz
Bu gün böyük pullar xərclədiyimiz, yanımızdan ayırmadığımız bəzi texnologiyalar 20 il sonra dünyaya gələcək uşaqlara, çox güman ki, daş dövründən qalma texnologiyalar kimi görünəcək. Texnologiya o qədər sürətlə inkişaf edir ki, bu günün ən müasir cihazları yaxın gələcəkdə tarixə qovuşaraq muzey eksponatların
19.11.2026 276 Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik
ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb
19.11.2026 194