"Koroğlu"dan aeroporta doğru nəqliyyatın hərəkəti dayandırılacaq
Noyabrın 20-si saat 00:00-dan 06:00-dək paytaxtın Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan döngəsi və "Komsomol" dairəsi ərazilərində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri aparılacaq.
Bakı şəhər Baş Polis İdarəsinin DYP İdarəsindən Axşam.az-a bildirilib ki, işlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.
Hava limanından şəhərin mərkəzinə doğru hərəkət etmək istəyən nəqliyyat vasitələrinin sürücüləri alternativ yol olaraq Zığ yolundan istifadə etməklə "8 Noyabr" prospekti istiqamətinə hərəkət edə bilərlər.
21 noyabr tarixində isə saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.
Şəhərin mərkəzindən Hava limanı istiqamətinə isə alternativ yol olaraq metronun "Koroğlu" stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı "8 Noyabr" prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.
Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixlərdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 216 Tarix: 19 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyaqqabıları paltaryuyan maşına atanların nəzərinə
İdman ayaqqabılarını paltaryuyan maşında yumaq həm praktik, həm də riskli üsul hesab olunur. Düzgün proqram və temperatur seçilmədikdə ayaqqabının altlığı açıla, forması isə tamamilə pozula bilər. Lakin mütəxəssislərin diqqət çəkdiyi bir amil sayəsində ayaqqabılarınızı ilk günkü kimi təmizləyə bilərsiniz
18.11.2026 479 Məhkəmə general Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
Külli miqdarda vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunan mediator Türkər Əliyeva barəsində qərardan prokurorluğun verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya protestin
18.11.2026 458 Putinlə Trampın görüşü başa çatdı - Video - Yenilənib
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutur. Bu görüş Putin və Tramp arasınd
10:10 171 Çin "Şijian-24" eksperimental kosmik aparatını orbitə göndərdi
Çin "Şijian-24" eksperimental kosmik aparatını CZ-2D daşıyıcı raketi vasitəsilə orbitə göndərib. xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb. Peyki daşıyan raket noyabrın 19-da Moskva vaxtı ilə saat 01:51-də Çinin şimalında yerləşən Şansi əyalətindəki Tayyua
10:57 173 Peskov Putin və Si Cinpinin Ukraynadakı münaqişəni müzakirə etdiklərini açıqlayıb
Rusiya Prezident Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Şençjendə keçirilən görüşdə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya lideri Si Cinpinə ABŞ prezidentini
18.11.2026 322 Polat Alemdar ekranlara qayıdır? Necati Şaşmazla bağlı sürpriz İDDİA
"Kurtlar Vadisi" serialında Polat Alemdar obrazı ilə tanınan Necati Şaşmazın qardaşı Raci Şaşmazın ssenarisini yazdığı "Yeraltı" serialında qonaq oyunçu kimi rol ala biləcəyi irəli sürülüb. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, hekayəsi və atmosferi ilə "Kurtlar Vadisi"n
18.11.2026 375 Paytaxtın daha 3 rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi - Fotolar
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir
10:53 184 Birqütblü dünyaya qarşı üç hegemonluq modeli: Duqin nə təklif edir?
Rusiyalı ictimai xadim, Kremlin əsas ideoloqlarından biri hesab olunan Aleksandr Duqinin sosial şəbəkə hesabında paylaşdığı xəritə müzakirələrə səbəb olub. Xəritədə ABŞ, Rusiya və Çin qlobal nizamın əsas aktorları kimi təqdim edilir və hər birinə müəyyən coğrafi məkan ayrılır. Duqin bu xəritə vasitəsil
11:32 153 Faciəvi qəzada həlak olan ata-qızın - Fotoları
Xəbər verdiyimiz kimi, bu gün Qazaxda ağır yol qəzası baş verib. "Qafqazinfo"nun məlumatına görə, qəza zamanı 4 nəfər həlak olub, daha biri isə ağır yaralanıb. Qəzada həyatını itirənlər arasında Sənan Dərgahquliyev və onun azyaşlı qızı G.Dərgahquliyeva da var. -a istinadən onların fotosun
10:10 204