Türkiyə fond bazarında böhran: Ərdoğan həbs edilənlərin sayını açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin fond bazarında yaranmış böhranla əlaqədar aparılan istintaq çərçivəsində 136 nəfərin həbs olunduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"Hazırkı dövrə qədər iş üzrə istintaqa cəlb edilən 500 şübhəlidən 136-sı həbs edilib, 285 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri seçilib. Türkiyənin iqtisadiyyatına və kapital bazarlarına qarşı mütəşəkkil qanunsuz addımlar atanlar bir-bir məsuliyyətə cəlb olunurlar. Araşdırmalar böyük həssaslıqla həyata keçirilir", - deyə Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiya iclasında çıxışı zamanı vurğulayıb.
Türkiyənin fond bazarındakı böhran sentyabrın 16-da İstanbul birjasında kotirovkaların kəskin azalması fonunda başlanıb. Hərraclar dayandırılıb və istintaq başlanıb. İstintaqın fərziyyəsinə əsasən, bazardakı təşviş bir neçə investisiya fondu və idarəedici şirkətin likvidlik böhranı ilə əlaqədar süni şəkildə yaradılıb. Böhran işinin araşdırılması çərçivəsində İstanbul Prokurorluğu tərəfindən cinayət işi açılıb. Kapital bazarı haqqında qanunvericiliyi pozmaq ittihamı ilə Türkiyənin 2016-2018-ci illərdə ailə və sosial siyasət naziri olmuş Fatma Betül Sayan Kaya həbs edilib. Həmçinin Bank Tənzimləmə Şurasının iki yüksəkvəzifəli nümayəndəsi və İstanbul birjasının rəhbəri saxlanılıb. Ölkə rəhbərliyinin qərarı ilə 131 investisiya fondunun fəaliyyətinə xitam verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 58 Tarix: 18 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəblərdə rus bölməsi bağlanılacaq?
Son günlər rus dilində təhsilin gələcəyi ilə bağlı müzakirələr gündəmə gəlib. Buna isə Millət Vəkili Hikmət Babaoğlunun rus dilində təhsil ilə bağlı səsləndirdiyi fikirlər səbəb olub. Deputat "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman
11:48 356 Bakıda 21° isti olacaq
Noyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək
14:23 294 Türkiyə fond bazarında böhran: Ərdoğan həbs edilənlərin sayını açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin fond bazarında yaranmış böhranla əlaqədar aparılan istintaq çərçivəsində 136 nəfərin həbs olunduğunu bəyan edib. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. "Hazırkı dövrə qədər iş üzrə istintaqa cəlb edilən 500 şübhəlidən 136-s
20:30 1 Çılpaq qadın fotoları müqabilində hərbi sirləri açıqladı
Hindistan Hərbi Hava Qüvvələrinin zabiti çılpaq qadın fotoları müqabilində məxfi hərbi sənədləri Pakistan casusuna ötürüb. xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb. Məlumata görə, zabit qarşı tərəflə WhatsApp vasitəsilə əlaqə saxlayıb. O, casusdan messencer üzərində
11:20 282 Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar
11:50 257 "İrşad"da yeni missiya başlayır: Yaşıl Cümə! - VİDEO
"İrşad" 20-30 noyabr tarixlərində ilin ən gözlənilən alış-veriş missiyalarından birinə start verir. Kampaniya çərçivəsində mağazalar şəbəkəsində təqdim olunan geniş çeşidli məhsullara 70%-dək endirimlər tətbiq edilir. Aksiya müddətində müştərilər məhsulların endirimli qiymətini 18 aya FAİZSİZ
12:16 318 "Epşteyn intihar etməyib, qətlə yetirilib" - Video
Cinsi istismar cinayətlərində mühakimə olunan amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı yeni və diqqətçəkən iddia irəli sürülüb. Tanınmış məhkəmə eksperti Epşteynin rəsmi açıqlamalarda iddia edildiyi kimi, intihar etmədiyini, əksinə, qətlə yetirildiyini bildirib. "Qafqazinfo"nu
17.11.2026 584 23 yaşlı Gülarənin qətli ilə bağlı - Yeni detallar
Bakıda gənc rəssam 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev cinayət
10:15 417 Turistlərin gözləntilərini doğrultmayan ölkələr və məşhur istirahət məkanları
Dünyanın ən məşhur və bahalı istirahət məkanları heç də həmişə turistlərin gözləntilərini doğrultmur. Bəzi səyahətçilər yüksək qiymətlərə baxmayaraq, göstərilən xidmətlərdən və istirahət şəraitindən narazı qalırlar. xarici mediaya istinadən xəbər verir ki, "Reddit" platformasında istifadəçilə
18:45 147