Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib
Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, Rusiya nümayəndələri Əbu-Dabidə baş tutan danışıqlarda bu təklifə konkret cavab verməyib və qərarın Prezident Vladimir Putin tərəfindən veriləcəyini söyləyiblər:
"Bizim nümayəndələrimiz də onlara deyiblər ki, əgər belə məsələlərə siz qərar verə bilmirsinizsə, onda gəlin liderlərin - Rusiya və Ukrayna prezidentlərinin görüşünü təşkil edək, onlar birbaşa, ikilikdə qərara gəlsinlər. Nəticədə razılaşdılar ki, ABŞ komandası Putinin yanına uçacaq və bu barədə danışacaq. İndi biz də bunun son nəticəsini gözləyirik".
Ukrayna lideri söhbətin onun Putinlə görüşündən getdiyini vurğulayıb və əlavə edib ki, Rusiya Prezidenti müvəqqəti atəşkəs təklifini şəxsən dəstəkləmir.
V.Zelenski həmçinin hesab edir ki, Vladimir Putin Ukrayna ilə müharibədə güzəştlərə yalnız ABŞ-ın güclü dəstək paketi qarşılığında gedə bilər:
"Belə bir dəstək ilin sonunadək tərəflər arasında gərginliyin azaldılması ilə bağlı razılığa gəlmək imkanı yarada bilər. Rusiya real addımlara yalnız ABŞ Konqresinin Ukraynaya güclü dəstək paketi ayırmağa hazır olduğu halda gedə bilər. Bu paketə iki əsas komponent - sanksiyalar və silahlar daxil ola bilər. Mən 2024-cü ildə Donald Trampla görüşüm zamanı ona "Qələbə planı"nı təqdim etmişəm. Həmin planda ABŞ-ın Ukraynaya konkret yardım göstərəcəyi təqdirdə Putinin danışıqlar masasına oturacağı və real addımlar atmağa hazır olacağı qeyd edilib".
Ukrayna lideri eyni zamanda vurğulayıb ki, ABŞ Konqresi belə bir təşəbbüsü dəstəkləmək imkanını nəzərdən keçirsə, ilin sonunadək tərəflər arasında gərginliyin azaldılması istiqamətində müəyyən razılığa gəlmək mümkün ola bilər:
"Bu halda yaranacaq imkanlar pəncərəsi Rusiya tərəfi üçün də açıq olacaq. Ukraynanın güclənməsi fonunda Rusiyanın hərbi qarşıdurmanı davam etdirməkdənsə, diplomatik həll yolunu sınaması daha məqsədəuyğun olardı".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 49 Tarix: 14 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEtibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi
10:37 302 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 247 Qardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
10:58 283 Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
11:30 253 Məşhur əsərdə 20 növ mikrob aşkarlandı
Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun
13.11.2026 390 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 264 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14:15 231 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
17:10 126 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 223