Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyilHəyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib.

BiG.AZ axar.az-a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunması ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilib. Sözügedən müraciət hakim Vüqar Məhərrəmovun icraatındadır.

Bu barədə Musavat.com-a daxil olan məlumatı mərhum Pərvanə Əhmədovanın valideynləri təsdiqləyiblər. Keçmiş hakimin qayınanası Mətanət Məmmədşah qızı Quliyeva və qayınatası Süleyman Ayub oğlu Quliyev onun azadlığa çıxmasını istəyirlər. Onlar baş verən faciəvi hadisənin qəsdən deyil, məhz ehtiyatsızlıqdan baş verdiyini əsas gətirərək, Fəqan Əhmədovun vaxtından əvvəl azad olunması xahişi ilə ən müxtəlif instansiyalara rəsmi müraciətlər ünvanlayıblar.

Zərərçəkmiş şəxsin hüquqi varisləri kimi Mətanət Quliyeva və Süleyman Quliyev eyni mövqedən çıxış edərək Xəzər Rayon Məhkəməsinin hakimi Vüqar Məhərrəmova da rəsmi ərizə göndəriblər. Onlar məktublarında keçmiş hakim olan kürəkənlərindən şikayətçi olmadıqlarını xüsusi vurğulayıblar:

"Biz, mərhum Pərvanə Əhmədovanın valideynləriyik, məhkum Fəqan Rövşən oğlu Əhmədov bizim kürəkənimizdir. Bir valideyn kimi bildiririk ki, onlar bir-birlərini sevib ailə qurubar. Onlar nikah dövründə mehriban yaşayıblar, ailələrində heç vaxt söz-söhbət olmayıb. Birgə nikahlarından 2 azyaşlı olmaqla, 3 övladı vardır. Fəqan Əhmədov da uşaqlarının qayğısına bir ata kimi çox gözəl qalırdı. Baş verən bədbəxt hadisə təsadüfən, ehtiyatsızlıqdan baş vermişdir. Kürəkənimiz qızımıza heç vaxt bilərək xəsarət yetirməzdi".

Mərhumun valideynləri uzun müddətdir həbsdə olan Fəqan Əhmədovun himayəsində qalan övladlarının vəziyyətini nəzərə alaraq məhkəmədən onun azadlığa buraxılmasına etiraz etmədiklərini bildiriblər:

"Hazırda bir valideyn kimi, zərərçəkmiş şəxsin hüquqi varisləri kimi Fəqan Əhmədovdan şikayətçi deyilik. Uzun müddətdir ki, o həbsdədir. Övladlarının ata qayğısına ehtiyacı vardır. Buna görə də, 2 azyaşlı övladının olmasını, hadisənin təsadüfən baş verməsini, bizim ondan şikayətçi olmadığımızı nəzərə alaraq Fəqan Əhmədovun cəzadan vaxtından əvvəl azad olunmasına etiraz etmirik".

Xatırladaq ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Fəqan Əhmədov 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan yaşayış massivində birgə yaşadıqları evdə arvadı Pərvanə Əhmədovaya tüfəngdən atəş açıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Əhmədov qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Fəqan Əhmədovun həbs müddəti 10 ildən 7 ilə endirilib.

İndi isə cəzasının böyük hissəsini çəkmiş sabiq hakimin Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılması diqqət mərkəzindədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 79   Tarix: 14 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 409
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 193
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 198
.

Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir

Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə

13.11.2026 413
.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

16:20 0
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 219
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 0
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 425
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 366
.