Azərbaycan - Türkiyə qardaşlığı sarsılmazdır

Azərbaycan - Türkiyə qardaşlığı sarsılmazdır8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız hərbi Qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir. Bu möhtəşəm günün altıncı ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfər etməsi və Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada olması Azərbaycan-Türkiyə qardaşlığının, strateji müttəfiqliyinin və sarsılmaz birliyinin növbəti parlaq təzahürüdür.

Türkiyə Prezidentinin məhz Zəfər Günündə Azərbaycanın mədəniyyət paytaxtına səfəri dərin siyasi və mənəvi məna daşıyır. Bu səfər iki dövlət arasında münasibətlərin adi diplomatik çərçivədən çox-çox kənara çıxdığını, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlığa söykəndiyini bir daha nümayiş etdirir. Şuşa milli yaddaşımızın, tarixi kimliyimizin və Qarabağ Zəfərinin rəmzidir. Məhz belə bir şəhərdə iki dövlət başçısının bir araya gəlməsi Azərbaycan-Türkiyə birliyinin sarsılmaz xarakterini bütün dünyaya nümayiş etdirən mühüm siyasi hadisədir.

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında səsləndirdiyi fikirlər bu birliyin mahiyyətini və prinsipial xarakterini bir daha ortaya qoydu. Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycan və Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt öz arzularına çata bilməyəcəklər. İki xalqın və iki liderin heç kimə onların arasına girməyə imkan verməyəcəyini vurğulayan Prezident İlham Əliyev bu münasibətlərin əbədi və sarsılmaz olduğunu qətiyyətlə ifadə etdi.

Prezident İlham Əliyevin dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlərin olmadığını bəyan etdiyini xatırladan deputat bildirib ki, bu bağlılığın ən böyük sınaqlarından biri 44 günlük Vətən müharibəsi zamanı yaşanıb. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar xalqımızın onilliklər boyu gözlədiyi tarixi Qələbəni təmin etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin günlərdə Azərbaycanın haqq işinə verdiyi açıq və qətiyyətli siyasi dəstək isə iki ölkə arasındakı müttəfiqliyin sözdə deyil, əməli fəaliyyətdə təsdiqini tapdığını göstərdi. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bu dəstək xalqımızın mənəvi gücünü artırmaqla yanaşı, dövlətimizin beynəlxalq mövqeyini də möhkəmləndirdi.

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini, dövlətimizin siyasi iradəsini və Ali Baş Komandanın qətiyyətli rəhbərliyini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, həmin tarixi günlər Azərbaycan-Türkiyə birliyinin əsl mahiyyətini ortaya qoydu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada səsləndirdiyi fikirlər də bu tarixi həqiqətlərin növbəti təsdiqi oldu. O, altı il əvvəl Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqının qəhrəmanlıq göstərərək Qarabağı azad etdiyini bildirdi. Türkiyə liderinin vurğuladığı kimi, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə Cənubi Qafqazda yeni bir dövrün başlanğıcını qoydu. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə tarixi ədaləti bərpa etdi və bu gün regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir.

Hərbi Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərdə həyatın yenidən qurulması, Böyük Qayıdışın təmin edilməsi və qazanılmış tarixi uğurların dayanıqlı inkişafla möhkəmləndirilməsidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın hərbi Qələbəni siyasi, iqtisadi və sosial nailiyyətlərlə möhkəmləndirmək əzmini nümayiş etdirir. Yenidən qurulan şəhərlər və kəndlər, salınan yollar, yaradılan müasir infrastruktur, bərpa edilən tarixi və mədəni irs nümunələri dövlətimizin iqtisadi imkanlarının, xalqımızın quruculuq iradəsinin və gələcəyə inamının göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur yenidən Azərbaycanın iqtisadi, sosial və mədəni həyatının mühüm tərkib hissəsinə çevrilir. Türkiyənin bu prosesdə Azərbaycanın yanında olması isə qardaşlığımızın əməli təzahürlərindən biridir.

Azərbaycan və Türkiyə bu gün regionun sabitliyi, təhlükəsizliyi və iqtisadi inkişafı baxımından mühüm rol oynayan güclü tərəfdaşlardır. Azərbaycan-Türkiyə birliyi yalnız iki dövlətin münasibətləri baxımından deyil, bütövlükdə regionun gələcəyi üçün də mühüm əhəmiyyət daşıyır. Bu müttəfiqlik Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına və daha geniş coğrafiyada iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.
Bu münasibətlərin gücü, ilk növbədə, iki ölkənin liderlərinin siyasi iradəsi, qarşılıqlı etimadı və ortaq strateji baxışı ilə bağlıdır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan səmimi münasibətlər Azərbaycan-Türkiyə əlaqələrinə xüsusi məzmun və dinamika qazandırır. Hər iki liderin milli maraqlara əsaslanan qətiyyətli siyasəti, beynəlxalq münasibətlər sistemində mürəkkəb proseslərin getdiyi bir şəraitdə nümayiş etdirdikləri prinsipial mövqe bu müttəfiqliyin regional və qlobal miqyasda əhəmiyyətini daha da artırır. Azərbaycan və Türkiyə qarşılıqlı dəstək, etimad və həmrəylik prinsiplərinə əsaslanaraq təkcə bugünkü münasibətlərini deyil, gələcək nəsillər üçün də möhkəm əməkdaşlıq təməlini formalaşdırırlar.

Türkiyə liderinin noyabrın 8-də, Zəfər Günündə Qarabağda - Şuşada olması xüsusi siyasi və mənəvi məna daşıyır. Bu səfər Türkiyənin Azərbaycanla həmrəyliyinin, ortaq sevinc və qürurunun ifadəsidir. Eyni zamanda, iki qardaş dövlətin keçmişdə olduğu kimi, bu gün də, gələcəkdə də bir yerdə olacağına dair dünyaya ünvanlanmış aydın mesajdır. Zəfər Günündə Şuşada keçirilən görüş Azərbaycan-Türkiyə qardaşlığının növbəti təsdiqi olmaqla yanaşı, iki ölkənin ortaq strateji hədəflərinin, siyasi iradəsinin və gələcəyə hesablanmış baxışlarının nümayişi kimi tarixə düşdü.

Azərbaycan və Türkiyə münasibətləri zamanın sınaqlarından çıxmış, tarixin müxtəlif mərhələlərində möhkəmlənmiş və bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərdir. Şuşadan bir daha təsdiqləndi ki, bu birliyin təməlində ortaq tarix, qardaşlıq, qarşılıqlı etimad və milli maraqlar dayanır. Şuşa bu dəfə də tarixə iki qardaş ölkənin sarsılmaz birliyinin, həmrəyliyinin və ortaq gələcəyə inamının rəmzi kimi həkk olundu.

Ağarəhim Baxışov
Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 60   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 490
.

Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir

Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric

11.11.2026 270
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xəbər verir ki, hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin birinc

10:44 45
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

11.11.2026 329
.

Şuşadan təxribatçılara göndərilən sərt mesaj

Azərbaycan - Türkiyə münasibətləri növbəti dəfə öz gücünü, sarsılmazlığını və siyasi iradəyə söykəndiyini nümayiş etdirdi. Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər Günü münasibətilə Şuşaya səfəri, iki gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin COP31 Liderlər Sammitind

10:51 8
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

11.11.2026 271
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 369
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

11.11.2026 280
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

11.11.2026 382
.