AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb.
Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib.
Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr, AQP indeksi isə 98,4 olub. Sentyabr ayının medianı ilə müqayisədə cüzi, 0,05 %-lik azalma qeydə alınıb. İndeksin baza dövründən 1,6 % aşağı olması bu seqmentdə satış qiymətlərinin hələ də baza səviyyəsinə çatmadığını göstərir.
Kommersiya obyektlərinin icarəsində isə əks tendensiya müşahidə edilib. Median icarə qiyməti sentyabr ayındakı 15 manatdan oktyabrda 16 manata yüksəlib. AQP indeksi 98,4-dən 104,9-a çatıb, aylıq artım 6,7 % təşkil edib. Median aylıq icarə haqqı 2 000 manat olub.
Bununla belə, ofis, ticarət, iaşə, anbar və istehsal sahələrinin fərqli xüsusiyyətləri nəzərə alınmalıdır. Bu obyektlərin təyinatı və ölçüləri üzrə təklif strukturunun dəyişməsi ümumi median qiymətə təsir edə bilər.
Torpaq bazarında da artım tendensiyası davam edib. Belə ki, oktyabrda torpaq sahələrinin median təklif qiyməti 16 250 manat/sot, AQP indeksi isə 121,9 təşkil edib. Sentyabrla müqayisədə indeks 2,2 % yüksəlib. Aprel 2026-cı ilin baza dövrü ilə müqayisədə qiymət səviyyəsi 21,9 % artıb. Palata torpaq sahələrinin qiymətləndirilməsində yerləşmə, təyinat, kommunal və nəqliyyat infrastrukturu, sahənin ölçüsü və sənədləşmə vəziyyətinin əsas amillər olduğunu diqqətə çatdırır. Bu səbəbdən ümumi indeksdəki artımın ayrı-ayrı torpaq sahələrinin bazar dəyərinə birbaşa tətbiqi düzgün hesab edilmir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 64 Tarix: 08 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 86 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 141 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
07.11.2026 180 Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi
Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili
07.11.2026 176 Almaniya Ukraynaya "Patriot" göndərməyəcək
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil
07.11.2026 124 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind
07.11.2026 182 Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
00:10 133 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı
Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır
07.11.2026 236