Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb.
BiG.AZ President.az-a istinadən təbrik mətnini təqdim edir:
"Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, tarixi ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı mübarizənin rəmzinə çevrilmişdir. Bu qürurverici gün münasibətilə sizi təbrik edir, xalqımıza bəxş etdiyiniz tarixi Qələbəyə görə böyük ehtiramımızı və sonsuz minnətdarlığımızı bildiririk.
Müzəffər Ali Baş Komandan kimi xalqımıza qazandırdığınız şanlı Zəfər milli iradənin təntənəsi, haqq mübarizəsinin ən uca zirvəsi və ədalət hissinin reallığa çevrilməsidir. 44 günlük Vətən müharibəsi ədalətlə haqsızlığın, mərhəmətlə zorakılığın, həqiqətlə yalanın üz-üzə gəldiyi sınaq meydanında Azərbaycanın hərbi, siyasi və diplomatik qələbəsi kimi daim xalqımızın qəlbində yaşayacaqdır.
Sizin rəhbərliyinizlə Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış, həyata keçirilən bərpa və quruculuq işləri xalqımızın qurub-yaratmaq əzminin əyani ifadəsidir. Qısa müddətdə inşa edilən yaşayış məntəqələri, yollar, hava limanları, digər sosial və infrastruktur layihələri öz gücünə arxalanan müstəqil Azərbaycanın inkişaf modelinin bariz nümunəsi, həmçinin müharibədən qalib çıxmış dövlətin sülh, tərəqqi və mədəni dirçəlişə yönəlmiş məramının təcəssümüdür.
Azərbaycan xalqının əsrlər boyu yaratdığı və işğal illərində dağıdılmış mədəni irsinin, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günləri ənənəsinin bərpası bir daha təsdiqləyir ki, qazandığımız Qələbə, eyni zamanda yüksək mədəniyyətin, sarsılmaz ruhun və mənəviyyatın Zəfəridir. Mühüm mədəniyyət hadisəsi olan bu proseslər tarixi yaddaşa söykənən qalib milli kimliyin ifadəsi, dövlətçilik ideallarının mədəni kodlarda inikası və dövlətin milli-mənəvi dəyərlərə verdiyi xüsusi əhəmiyyətin təzahürüdür. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub yaşadılmasına, dünya miqyasında təbliğinə və beynəlxalq mədəni münasibətlər sistemində layiqincə təmsil olunmasına yönəlmiş işlərə verdiyiniz dəstəyə, daim göstərdiyiniz qayğı və diqqətə görə sizə dərin təşəkkürümüzü bildiririk.
Möhtərəm cənab Prezident, sizi bir daha bu əlamətdar və tarixi gündə ölkəmizin mədəniyyət ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın firavanlığı və rifahı, dövlətimizin qüdrətlənməsi və tərəqqisi naminə ali və şərəfli fəaliyyətinizdə yeni uğurlar diləyirik.
Dərin hörmət və ehtiramla,
Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev
Xalq artisti Polad Bülbüloğlu
Xalq artisti Fərhad Şəmsi oğlu Bədəlbəyli
Xalq artisti Firəngiz Əliağa qızı Əlizadə
Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov
Əməkdar memar Elbay Ənvər oğlu Qasımzadə
Xalq artisti Hacı Məcid oğlu İsmayılov
Əməkdar memar Gülçöhrə Hüseyn qızı Məmmədova
Xalq rəssamı Natiq Kamal oğlu Əliyev
Əməkdar incəsənət xadimi Ceyran Emin qızı Mahmudova
Əməkdar incəsənət xadimi Kamilə Hüseyn qızı Dadaş-zadə
Xalq artisti Zeynəb Yəhya qızı Xanlarova
Xalq artisti Fidan Əkrəm qızı Qasımova
Xalq rəssamı Ömər Həsən oğlu Eldarov
Xalq artisti Şəfiqə Haşım qızı Məmmədova
Xalq artisti Flora Ələkbər qızı Kərimova
Xalq artisti Rauf Canbaxış oğlu Abdullayev
Xalq artisti Alim Həmzə oğlu Qasımov
Xalq artisti Niyaməddin Cabbar oğlu Musayev
Xalq artisti Oqtay Mir-Əsədulla oğlu Mir-Qasım
Xalq artisti Cənnət Əlibəyovna Səlimova
Xalq artisti Xuraman Əkrəm qızı Qasımova
Xalq artisti Yusif Yevgeniyeviç Axundzadə
Xalq artisti Mənsum İsrafil oğlu İbrahimov
Xalq artisti Elçin Ləzgi oğlu Həşimov
Xalq artisti Elşən Məmməd oğlu Mansurov
Xalq artisti Malik Məmməd oğlu Mansurov
Xalq artisti Fəxrəddin Əlisahib oğlu Dadaşov
Xalq artisti Zabit Gülxan oğlu Nəbizadə
Xalq artisti Ağacəbrayıl Ağasaleh oğlu Abasəliyev
Xalq artisti Səkinə Qulu qızı İsmayılova
Xalq artisti Mələkxanım Yadigar qızı Əyyubova
Xalq artisti Gülyaz Zakir qızı Məmmədova
Xalq artisti Gülyanaq Zakir qızı Məmmədova
Xalq artisti Aygün Əliqulu qızı Bayramova
Xalq artisti Nəzakət Xosrov qızı Teymurova
Xalq artisti Simarə Cəmaləddin qızı İmanova
Xalq artisti Afaq Bəşir qızı Səfərova
Xalq artisti Nurəddin Əzulla oğlu Mehdixanlı
Xalq artisti Firəngiz Bəhər qızı Mütəllimova
Xalq artisti Həmidə Məmməd qızı Ömərova
Xalq artisti İlham Namiq Kamal oğlu Əhmədov
Xalq artisti Vaqif Behbud oğlu Mustafayev
Xalq artisti Ramiz Həsənağa oğlu Mirzəyev
Xalq artisti Yusif Vilayət oğlu Eyvazov
Xalq artisti Mərahim Fərzəli oğlu Fərzəlibəyov
Xalq artisti Rafiq Əliəşrəf oğlu Əzimov
Xalq artisti Səidə Əbülfəz qızı Quliyeva
Xalq artisti Sabir Novruz oğlu Məmmədov
Xalq artisti Qurban İbrahim oğlu İsmayılov
Xalq artisti Məbud Ələsgər oğlu Məhərrəmov
Xalq artisti Bəsti Əli qızı Cəfərova
Xalq artisti Laləzar Bəşir qızı Mustafayeva
Xalq artisti Məleykə Əlifağa qızı Əsədova
Xalq artisti Əli Qayıb oğlu Nurzadə
Xalq artisti Lüdmila Semyonovna Duxovnaya
Xalq artisti Aleksandra Konstantinovna Nikuşina
Xalq artisti Natəvan Şua qızı Şeyxova
Xalq artisti Rafiq Mirzəhüseyn oğlu Seyidzadə
Xalq artisti Gülbacı Ələkbər qızı İmanova
Xalq artisti Murad Zöhrab oğlu Adıgözəl-zadə
Xalq artisti Murad Fərid oğlu Hüseynov
Xalq artisti Faiq Miri oğlu Sücəddinov
Xalq artisti Yeganə Əsgər qızı Axundova
Xalq artisti Zamiq Balarza oğlu Əliyev
Xalq artisti Firuz Əliabbas oğlu Əliyev
Xalq artisti Vamiq Məmmədəli oğlu Məmmədəliyev
Xalq artisti Ağasəlim Sahib oğlu Abdullayev
Xalq artisti Ənvər Hidayət oğlu Sadıqov
Xalq artisti Natiq Bahadur oğlu Şirinov
Xalq artisti Yalçın Vasif oğlu Adıgözəlov
Xalq artisti Əbdül Əlisa oğlu Mahmudov
Xalq artisti Fəxrəddin Manaf oğlu Manafov
Xalq artisti Teymur Ənvər oğlu Göyçayev
Xalq artisti Bəxtiyar Oktay oğlu Xanızadə
Xalq artisti Şüküfə Mühədin qızı Yusupova
Xalq artisti Salman Hüseyn oğlu Qəmbərov
Xalq artisti Cəmil Fikrət oğlu Əmirov
Xalq artisti Mehriban Mürvət qızı Zəki
Xalq artisti Şəfiqə Alxas qızı Eyvazova
Xalq artisti Zemfira Əli qızı Nərimanova
Xalq artisti Sadıq Sirac oğlu Zərbəliyev
Xalq artisti Ağaverdi Ağaəli oğlu Paşayev
Xalq artisti Fəxrəddin Nuri oğlu Kərimov
Xalq artisti Teyyub Şüeyb oğlu Aslanov
Xalq artisti Mübariz Hüseyn oğlu Tağıyev
Xalq artisti Brilliant Süleyman qızı Dadaşova
Xalq artisti Zülfiyyə Güloğlan qızı Xanbabayeva
Xalq artisti Aygün Ələsgər qızı Kazımova
Xalq artisti Tünzalə Qabil qızı Ağayeva
Xalq artisti Faiq Balağa oğlu Ağayev
Xalq artisti Eyyub Zəkəriyyə oğlu Yaqubov
Xalq artisti Röyalə Yaqub qızı Nəcəfova
Xalq artisti Möhlət Xanəli oğlu Müslümov
Xalq artisti Rüfət Eldar oğlu Xəlilzadə
Xalq artisti Afaq Süleyman qızı Məlikova
Xalq artisti Təranə Hüseyn qızı Muradova
Xalq artisti Cəmilə Əsədulla qızı Bayramova
Xalq artisti Yusif Əli oğlu Qasımov
Xalq artisti Gülağası Ağahüseyn oğlu Mirzəyev
Xalq artisti Sərdar Fərəculla oğlu Fərəcov
Xalq artisti Azər Zeynalabdin oğlu Zeynalov
Xalq artisti Samir Qadir oğlu Cəfərov
Xalq artisti Şamil Kamran oğlu Süleymanov
Xalq artisti Məmmədsəfa Məmmədəli oğlu Qasımov
Xalq artisti Aygün Ziyad qızı Səmədzadə
Xalq artisti Eldar Bəhram oğlu Mansurov
Xalq yazıçısı Kamal Mehdi oğlu Abdulla
Xalq yazıçısı Elmira Hüseyn qızı Axundova
Xalq yazıçısı Natiq Rəsul oğlu Rəsulzadə
Xalq yazıçısı Afaq Məsud qızı Vəliyeva
Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlı
Xalq rəssamı Sakit Qulam oğlu Məmmədov
Xalq rəssamı Səlhab İsa oğlu Məmmədov
Xalq rəssamı Arif Möhübəli oğlu Əzizov
Xalq rəssamı Fuad Məmmədəmin oğlu Salayev
Xalq rəssamı Eldar Hidayət oğlu Mikayılzadə
Xalq rəssamı Aydın Məmməd-Ağa Rəcəbov
İctimai xadim Rafael Baba oğlu Hüseynov
Əməkdar elm xadimi Nailə Məmmədəli qızı Vəlixanlı
Əməkdar elm xadimi Məhərrəm Paşa oğlu Qasımlı
Əməkdar incəsənət xadimi Cahangir Talıb oğlu Səlimxanov
Əməkdar incəsənət xadimi Lalə Şirməmməd qızı Hüseynova
Əməkdar incəsənət xadimi Cəmil Elşad oğlu Quliyev
Əməkdar incəsənət xadimi Mehriban Zaur qızı Ələkbərzadə
Əməkdar incəsənət xadimi Ayaz Ramiz oğlu Salayev
Əməkdar incəsənət xadimi Elxan Pərviz oğlu Cəfərov
Əməkdar incəsənət xadimi Baba Vəzir oğlu Məsimov
Əməkdar artist Gülzar Qurban qızı Qurbanova
Əməkdar artist Sahib Ağaverdi oğlu Paşazadə
Əməkdar artist Fuad Natiq oğlu İbrahimov
Əməkdar artist Əyyub Ramiz oğlu Quliyev
Əməkdar artist Rain Ələddin oğlu Sultanov
Əməkdar artist Şahin Növrəs oğlu Növrəsli
Əməkdar artist Emil Əfrasiyab oğlu Məmmədov
Əməkdar artist İsfar Aydın oğlu Rzayev-Sarabski
Əməkdar mədəniyyət işçisi Kərim Məhəmməd oğlu Tahirov
Əməkdar mədəniyyət işçisi Əminə Zakir qızı Məlikova
Əməkdar mədəniyyət işçisi Rəşad Müseyib oğlu Məcid
Əməkdar mədəniyyət işçisi İlqar Əliabbas oğlu Paşayev
Əməkdar mədəniyyət işçisi Samirə Zimirxan qızı Əliyeva
Əməkdar jurnalist Aqil Məhəmməd oğlu Abbas
"Xan Şuşinski" Fondunun təsisçisi Bəyimxanım İsfəndiyar qızı Cavanşirova-Verdiyeva".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









