Xankəndi Stadionu açıldı - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, Xankəndi Şəhər Stadionu 1956-cı ildə istifadəyə verilib. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Xankəndi şəhəri erməni işğalından azad olunub. Bundan sonra stadionun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
Xankəndi Şəhər Stadionu əsaslı təmir edilərək UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun qurulub. Stadionun ərazisi genişləndirilərək 3,39 hektara çatdırılıb.
Stadionun ümumi tamaşaçı yerlərinin sayı ümumilikdə 8554-dür. Onlardan da 8214-ü standart oturacaqlı, 251-i isə xüsusi qonaqlar üçün olan yerlərdir. Bundan başqa, 59 yer media, 30 yer isə fiziki imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.
Uzunluğu 105, eni isə 68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında isə atletika zonası yerləşir. Bu zona 100 metr, eyni zamanda, 200 metrdən 10 min metrədək məsafələrə qaçış, o cümlədən maneələrlə qaçış, uzununa tullanma və digər zonalardan ibarətdir.
Stadionda futbolçular və texniki heyət, həmçinin hakimlər, məşqçilər, media nümayəndələri üçün otaqlar, konfrans zalı, tibb məntəqəsi var.
Qeyd edək ki, Xankəndi Şəhər Stadionunun əsaslı təmirdən sonra istifadəyə verilməsi Azərbaycanda idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu layihənin icrası işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun inkişafı baxımından mühüm rol oynamaqla Azərbaycanda idmana və gənc nəslin sağlam yetişməsinə göstərilən diqqəti əyani şəkildə nümayiş etdirir. Bölgələrimizdə Olimpiya idman kompleksləri, stadionlar və digər müasir idman obyektlərinin yaradılması Azərbaycanın idman ölkəsi kimi dünyada nüfuzunu daha da artırır. Təsadüfi deyil ki, bu gün ölkəmiz mötəbər qlobal idman yarışlarına uğurla ev sahibliyi edir, nüfuzlu beynəlxalq idman qurumları öz tədbirlərinin məhz Azərbaycanda keçirilməsində maraqlıdırlar. Bu xüsusda ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunmuş (FIFA U-15) dünya çempionatı və festivalını, həmçinin gələn il 20 yaşadək kişi futbolçular arasında keçiriləcək dünya çempionatını (FIFA U-20 World Cup) qeyd etmək olar.













BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 204 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, dövlətimizin başçısına binalarda yaradılacaq şərait barədə məlumat verildi. Bildirildi ki, kitabxan
11:41 198 10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb
2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə
06.11.2026 289 Metronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
13:25 170 FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira
16:34 29 Prezident Ağdama getdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda
13:40 164 Şuşanın hər daşı bir tarix, hər küçəsi bir qəhrəmanlıq dastanıdır
Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix xalqımızın onilliklər boyu ürəyində gəzdirdiyi torpaq həsrətinin, doğma yurdlarına qayıtmaq arzusunun və milli qürurunun təntənəsidir. 8 Noyabr təkcə hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycanın öz tarixi torpaqlarının müdafiəsi
14:44 130 Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
06.11.2026 326 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə
17:30 0 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
15:04 123