Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.
BiG.AZ President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Bu tarixi gün Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda xalqın göstərdiyi şücaətin, milli birliyin və sarsılmaz iradənin parlaq təcəssümüdür. Bu gün Azərbaycan qüdrətli və özünə inamlı dövlət kimi tarixi Zəfərinin bəhrələrini bərpa və yenidənqurma, inkişaf və xalqının davamlı rifahı üçün səfərbər edir. Zati-alinizin uzaqgörən və müdrik rəhbərliyi bu möhtəşəm nəticəyə nail olmaqda mühüm rol oynamışdır.
Pakistan qarşılıqlı inam, ortaq dəyərlər və dərin köklərə malik qardaşlıq əlaqələri üzərində qurulmuş ikitərəfli münasibətlərimizin yüksək səviyyəsi ilə qürur duyur. Azərbaycanla aramızdakı xüsusi münasibətləri yaxın gələcəkdə güclü, çoxşaxəli və dinamik strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək öhdəliyimizə sadiq qalırıq.
Məhz bu yanaşmadan çıxış edərək, Zati-alinizin qarşılıqlı razılaşdırılmış münasib tarixdə Pakistana çoxdan gözlənilən səfərini səbirsizliklə gözləyirik. Qəti əminəm ki, Zati-alinizin İslamabada səfəri ikitərəfli, regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparmaq, eyni zamanda strateji və iqtisadi tərəfdaşlığımızı daha da gücləndirmək üçün bir sıra qarşılıqlı faydalı təşəbbüslərin rəsmi olaraq başlanmasına gözəl fürsət yaradacaqdır.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 124 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. BİG.AZ xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
15:29 118 Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Qeyd olunub ki, gəmi boğazın qadağan olunmuş hissəsi ilə hərəkət edib. İran tərəfinin iddiasına görə, gəmid
16:00 88 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
18:51 0 Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, dövlətimizin başçısına binalarda yaradılacaq şərait barədə məlumat verildi. Bildirildi ki, kitabxan
11:41 198 İndoneziyada Prezident Subiantonun tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilib
Yüzlərlə işçi İndoneziya Prezidenti Prabovo Subiantonun danışıqlarının polis əməkdaşları tərəfindən ehtimal olunan qanunsuz dinlənilməsi ilə bağlı istintaq fonunda ona dəstək mitinqinə çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Aksiyaya rəhbərlik edən Əmə
16:30 56 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
19:50 0 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
19:40 0 "Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqları
14:56 162 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind
18:52 0