"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX

"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİXHər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqların səsləndiyini, amma gözlənilən soyuqların baş vermədiyini bildirirlər.

Bu il Azərbaycanda qış necə keçəcək? Ölkədə indiyədək ən sərt qış hansı ildə qeydə alınıb?

Globalinfo.az-a danışan "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənova deyib ki, əslində, qışın sərt keçəcəyini aylar öncədən qəti şəkildə söyləmək elmi baxımdan düzgün deyil:

"Çünki Azərbaycanın hava şəraiti müxtəlif atmosfer proseslərinin təsiri altında formalaşır. Arktikadan daxil olan soyuq hava kütlələri, atmosfer təzyiqinin dəyişməsi, Xəzər dənizinin təsiri və regional hava dövranı qışın gedişinə birbaşa təsir göstərir. Bu səbəbdən qışın bütövlükdə sərt keçməsi ilə ayrı-ayrı günlərdə kəskin şaxtaların müşahidə olunmasını fərqləndirmək lazımdır. Hazırkı məlumatlara görə, Azərbaycanda 2026-2027-ci illərin qışının son 70 ilin ən sərt qışı olacağını təsdiqləyən etibarlı əsas yoxdur. Maraqlı məqam odur ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun mütəxəssisi Səfər Səfərovun açıqlamasında qarşıdakı qışın ümumilikdə mülayim keçə biləcəyi bildirilib. Bununla belə, ayrı-ayrı günlərdə temperaturun kəskin aşağı düşməsi və qar yağması istisna edilmir. Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 30-da açıqladığı noyabr proqnozunda da ölkə üzrə temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu, hələ qışın üç ayı üçün proqnozu deyil, lakin mövsümə keçid dövrünün qiymətləndirilməsi baxımından əhəmiyyətlidir".

Ekoloq bildirib ki, Azərbaycan ərazisində iqlim şəraiti eyni deyil:

"Bakı və Abşeronda mülayim keçən qış dağlıq ərazilərdə sərt şaxtalarla müşayiət olunur. Naxçıvan, Qazax-Gəncə bölgəsi, Quba-Qusar və yüksək dağlıq ərazilərdə temperatur fərqləri daha kəskin hiss edilir. Azərbaycanın meteoroloji tarixində xüsusilə 1949, 1967, 1968, 1972, 1978 və 1979-cu illərin qışları sərt hava şəraiti və güclü qar yağması ilə yadda qalıb. Bakıda isə rekord şaxtalarla bağlı xüsusi diqqət çəkən iki tarix var. 1969-cu ilin 9-10 fevralında Bakıda temperatur mənfi 9,6 dərəcəyədək enib. 2012-ci ilin 8 fevralında temperatur mənfi 11 dərəcəyə düşərək əvvəlki rekordu yeniləyib. Həmin vaxt şaxtalı hava 13 gün davam edib. O dövr son 40 ilin ən soyuq fevral ayıdır".

İB sədri qeyd edib ki, bəzən dünyanın ayrı-ayrı regionlarında gözlənilən atmosfer dəyişiklikləri bütün ölkələrə aid edilərək sensasiyalı başlıqlarla yayımlanır:

"Məsələn, bu il yayılan bəzi xəbərlərdə "El Nino" və qütb burulğanı ilə bağlı proseslərə istinad edilərək son 70 ilin ən sərt qışından danışılır. Halbuki bu iddialar Azərbaycanın meteoroloji müşahidələri əsasında verilmiş rəsmi proqnoz deyil. Uzunmüddətli proqnozlar ehtimal xarakteri daşıyır və zaman keçdikcə yenilənməlidir. Burada əsas məsələ qorxutmaq yox, hazırlıqlı olmaqdır. Bu barədə səsləndirilən fikirlərə ehtiyatla yanaşmaq lazımdır. Azərbaycanda da qısamüddətli şaxtalar, güclü küləklər, qar yağması və temperaturun kəskin dəyişməsi ehtimalı hər zaman nəzərə alınmalıdır. İctimaiyyətə verilən hava məlumatlarında da sensasiyadan çox elmi əsaslandırmaya üstünlük verilməlidir. Çünki hər il təkrarlanan, lakin reallaşmayan qorxulu proqnozlar insanların meteoroloji xəbərdarlıqlara inamını azaldır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 171   Tarix: 07 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentlə şəhid anası arasında səmimi dialoq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə şəhid anası arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 363
.

Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricd

06.11.2026 285
.

İlham Namiq Kamal xalqı Zəfər Günü münasibətilə təbrik etdi

Xalq artisti İlham Namiq Kamal 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bayram münasibətilə sosial şəbəkə hesabında video paylaşıb. O, çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbədən danışıb və Ali Baş Komandanı, hərbçilər

12:20 169
.

Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ

Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Qara dəniz sahillərində intensiv yağış, ölkəni

16:37 6
.

Sabah da yağış yağacaq

Noyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanı

13:24 156
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

16:34 29
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

12:50 251
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

10:47 200
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

16:40 0
.